Doqquz İklim
164 dəfə oxunub
12Ağu/1013

Elnaz Eyvazlı

“Sadəcə gedişin deyil yoxluğun …”

Həyat çox qəribədir. Əslində bu, nə mənim fikrim deyil, nə də yeni deyil. Hamı həyatdan ya küsəndə, ya da istədiyini ala bilməyəndə bunu deyir: həyat çox qəribədir. Bəs nədir, nədədir onun qəribəliyi? Heç kim həyatın üzünə durub onu qınaya bilmir, heç kim bu qəribəliyi onun üzünə vura bilmir. Çünki hərə öz həyatını özünəməxsus yaşayır. Lakin qəribə olan müxtəlif və müəyyən detallardır.

141 dəfə oxunub
23Tem/107

Xanəmir Telmanoğlu

İkiqatlı  yeddi variantda ozanlama

 Oxuculara təqdim etdiyim bir şeyirin iki qatı yeddi variantda  ozanlaması ekspriment xarakterlidir.  Bu yeddi variantda əslindaə bir mətindir. Çagdaş şeyirin yeni strukturu  orqanizmi  içsəl-dış mexanizminə keçitdə bir cəht kimi qiymətləndirilə bilinər. Öncəki -əski şeyir nümunələrindən xoşgörüylə ədalət prinsipləriylə ayrılmagın bu türlü mətin sərgilənişləriylə poetik varidatı hesaba qatmagın dışında hələlik başqa yolünü görmürəm .hesab edirəm poetik mətinə qarşı belə qəddar davranış şeyirimizin gələcək ədəbi –poetik təməlinin oluşmasına pis-yaxşı öz sarsıdıcı töhfəsini verəcək . 

97 dəfə oxunub
16Tem/107

Nərmin

Öz Dünyam

Yaxşı ki,dünyada hələ özüm var
Yaxşı ki, özümü itrməmişəm...
Elə düşünməyin bu nə misralar?!
Özünü itirib çoxdan insanlar...

Özləri məhv olub çox insanların
Quruca bədəndi, quruca daşdı...
Ruhu da çürüyüb çoxdan onların
Quruca cismdi,quru baxışdı...

54 dəfə oxunub
29Haz/104

Polşa şeiri

Leopold Staff (1878-1957)

XX əsrin ən çox oxunan şairlərindəndir. Hüquq, fəlsəfə və filologiya fakultələrində təhsil aldı. 1901 - ji ildə «Gedişlə bağlı yuxular» adlı şeir kitabı ilə modernizmin özünə məxsus şairlərindən biri kimi tanındı. 1918 - ji ildə artıq şairin doqquz şeir kitabı nəşr olunmuşdu. 1946 - jı ildə «Mart havası» kitabı nəşr olunub. Tərjüməçi kimi qədim yunan və latın dillərindən elədiyi tərjümələrdən başqa fransız, italyan və alman dillərindən elədiyi bir sıra tərjümələrlə də tanınır.

52 dəfə oxunub
23Haz/101

Xanoğlan Sarallının rəsimləri

 Yürüyən vəhşi

61 dəfə oxunub
13Haz/100

Aşıq sənətinin dahi nümayəndələri

I Yazı

Aşıq sənəti əsirlərcə cilalanıb təkmilləşən zəngin ənənəyə malikdir. Əsirlər kеçdikcə nəsildən-nəslə ötürülərək bu günümüzə gəlib çıxan aşıq sənəti xalqın ruhunu, zövqünü оxşayır, dövrün ictimai siyasi həyatını və ruhi dünyasını özündə əks еtdirir.
Хalqın tükənməz sənət xəzinəsinin kеşiyində duran, оnu yеni incilərlə ziynətləndirənlər içərisində ən fəxri yеri aşıqlar tutur. Aşıq müxtəlif vaxtlarda Оzan, Yanşaq, Varsaq və s adlarını daşımışlar. Aşıq sözü isə bir titul kimi təxminən XI-XII yüzilliklərdən bəllidir.
Həmişə xalqla qırılmaz əlaqədə оlan aşıq yaradıcılığı həyatın və zəmanənin tələblərinə uyğun inkişaf еdərək müxtəlif mərhələlərdən kеçmiş, bəzən parlayıb çiçəklənmiş, bəzən süquta uğramış, bir dövrdə kamil ustadlar yеtirdiyi halda, başqa bir dövrdə оrta səviyyədən yuxarı qalxa bilməyən şəxsiyyətlərlə kifayətlənmişdir. Zaman kеçdikcə aşıq sənətinin məzmunu, mövzu dairəsi dəyişməklə bərabər оnun bədii ifadə vasitələri, fоrması da güclü təbəddülata uğramış, kamilləşmiş, yеni bоyalarla, yеni rənglərlə, zənginləşmişdir. Aşıq sənətinin yüksəlmiş və intibah mərhələləri bir qayda оlaraq böyük ustad aşıqların və qüdrətli xalq dastanlarının yaranması ilə bağlı оlmuş, xalqımızın bədii fikir tarixinin yеni mərhələsi kimi qеyd оlunmuşdur.

27 dəfə oxunub
3Haz/100

Odiseas Elitis

1911-ci ildə kiritdə anadan olub. 1979-cu ildə nobel mükafatı alıb.

YOXLUĞUN İQLİMİ

I

Dünyanın bütün iqlimləri günah çıxardı

Yerlərini tasam doldurdu.

Saçlarımın içində üzgün olunca

Peşmanlıq duymayan elm

Bir acının düyününə bağlandı

17 dəfə oxunub
2Haz/100

Səhlədar Hidayətoğlu

Hikmət Carçılının təqdimatında

Səhlədar Hidayətoğlu Qazaxda yaşayır. Alpoyut kənd orta məktəbində ədəbiyyat müəllimi işləyir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qazaxda fəaliyyət göstərən “Vaqif” ədəbi məktəbinin sədridir. İki kitab müəllifidir. Hazırda üçüncü kitabını çapa hazırlayır.
Səhlədar müəllimə uğurlar arzulayıb, iki şeirini siz oxucuların rəyinə təqdim edirik.

Və inanırıq ki, bəyənəcəksiniz...

84 dəfə oxunub
1Haz/102

Elvin Mustafayev

Cəlil Cavanşirin təqdimatında

Ay küsəyənim

Gözlərimi yığanmıram gözündən,

Dərd, titrəyir isinmir od, közündən,

Cığırın var taleyimin izindən.

Küsüb barışınca,ay küsəyənim.

Güllər jaləsindən göz yaşın içir,

48 dəfə oxunub
1Haz/102

Milli Kitab Mükafatının qalibi açıqlandı

Qaraqan son 10 ilin ən güclü yazıçısıdır?

Mayın 31-də Milli Kitab Mükafatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Milli.Az-ın verdiyi xəbərə görə, media nümayəndələrinin və ədəbi ictimaiyyətinin iştirakı ilə “Park İnn” otelinin banket zalında baş tutan toplantıda mükafatın qalibləri açıqlanıb.

Birinci yerə – Elxan Qaraqan («A» romanı),
İkinci yerə Əjdər Ol (Portret hekayələri)
Üçüncü yerlərə – Samit Əliyev («Sem şaqov v napravlenii zakata» povesti) və Fəxri Uğurlu (Hekayələr toplusu) ilə layiq görülüb.

28 dəfə oxunub
3May/100

Razim Əliyev (tədqiqatçı)

Gəmiqaya

Gəmiqaya qayaüstü təsvirlərində latın qarafikası ilə yazılmış “keçi” və “ovçu “sözlərini oxumuşdum. Keçi şəkli ətrafında latın qrafikası ilə “keçi”, at üstündə oxatan pozasında dayanmış adam təsviri altında “ovco” ifadəsi yazılmışdır.

19 dəfə oxunub
27Nis/100

T. S.Eliot

Təqdim edəni: Alpər Atilla

1888-ci ildə Amerikada doğulub. 1965-ci ildə İngiltərədə ölüb. Bir çox tənqidi və araşdırma yazıları yazıb. Şeri və yazıları İngiltərədə yeni bir ənənə ortaya qoydu. Yaşadığı dönəmə damğasını vurmaqla yanaşı, moderin şer deyəndə ağla ilk gələn o oldu. Şöhrəti ancaq Pikkasoyla ölçülə bilinər. İkinci bir qəhər Eliotun avanqadizmə olan təmasi və yeni bir şer axıllını ortaya çıxması dəyərləndirilə bilər. bunun səbəbini Eliotun 1920-ci ildə Xristianlığa dönməsiylə bağlayırlar. «Hollow Men» şeri şairin ən irani şeridir. Gəncliyində qələmə alıb.

40 dəfə oxunub
25Nis/102

Cəlil Cavanşir

www.doqquziklim.net  e-dərgisinin yaradıcı kollektivi Zahir Əzəmətin 35 yaşını təbrik edir!

Upuzun bir SMS

(Zahir Əzəmətin 35 yaşına)

Onu 7-8 ilə yaxındır ki, qiyabi olaraq tanıyıram. Elə aramızda da 7-8 yaş fərq var. Haqqında həmişə tənqidi fikirlərim olub. Heç vaxt sevimli şairlərimin, sevimli yazarlarımın arasında olmayıb. Şəxsən tanıyana qədər haqqında bir cümlə də olsa müsbət fikir səsləndirməmişəm. Hələ 2007-ci ildə ədəbiyyat saytlarının birində xeyli dartışmışdıq. Özümü haqlı, güclü və məğlubedilməz hesab etdiyim zamanlardı. Ağına-bozuna baxmadan hamıyla dartışır, hamıyla mübahisə edirdim. Zahir Əzəməti tanımayana, onunla söhbət etməyənə qədər onu qərəzli, dəstəbaz kimi qiymətləndirirdim. Təkrar edirəm, tanımayana qədər...

39 dəfə oxunub
22Nis/101

Fərhad Mete

Xanəmir Telmanoğlunun təqdimatında

FƏRHAD METENIN MƏNƏ VERDIYI ŞEİRLƏRİ

Ey dili qafil fil faili məchul fani f...

Bu şeirlər (Aşağıdakı şeirlər (doqquziklim.net)) Fərhad Meteyə məxsusdur.dünyasını dəyişməmişdən hardasa bir ay əvvəl mənə vermişdi. Həm baxıb fikirlərimi öyrənmək üçün, həm də “ Doqquz iklim” dərgisində çap olunması üçün. Mən də məmnuniyyətlə götürmüşdüm. .

20 dəfə oxunub
10Nis/102

Ayişə Nəbibəyli

ŞƏKİL ÇƏKMƏK GÜNAHI

Şəkil çəkmək surət yaratmaqdır, o dünyada, axirətdə çəkdiyin şəklə can verməlisən, çəkdiyin şəkil üçün cavab verməlisən, deyə insanlarda bir qorxu var. Doğrudan da şəkil çəkmək günahdırmı?

Şəkil çəkmək insanın özünü ifadə vasitələrindən biridir. Rəssam öz fantaziyasına görə ən müxtəlif şeylər çəkə bilər, o cümlədən adam şəkli. Bunun üçün niyə o dünyada cavab verməlidir? Dindarlar deyir, yaratmaq Allaha məxsusdur. Tək yaradıcı Allahdır, insanı o yaradır, ondan başqa yaradıcı yoxdur. Rəssam Allah təalanı yamsılayır. Bu isə günahdır, yəni Allahın yaratma sifətini özünə şamil etmiş olur. Bu şirkdir. Şirk isə böyük günahlardan biridir. (Böyük günahlar Allahın bağışlamadığı günahlardır.)

38 dəfə oxunub
7Nis/105

Elxan Xanəlizadə ilə müsahibə

Elxan Xanəlizadə: - “Nigar Köçərli başa düşüb ki, Rəşad Məcid hamam suyu ilə özünə dost qazanıb, ictimaiyyət arasında kifayət qədər xal yığmağa çalışıb.”

Dosye: Elxan Xanəlizadə 1980-ci ildə Füzuli rayonunda anadan olub. 2001-ci ildə fərqlənmə diplomu ilə Bakı Dövlət Universitetinin Filologiya fakultəsini bakalavr pilləsi üzrə bitirib, 2003-cü ildə magistr dərəcəsi alıb. 2003-2005-ci illərdə Azərbaycan Milli Ordusunun zabiti kimi Goranboy rayonunda həqiqi hərbi xidmət keçib. Müxtəlif illərdə dövrü mətbuatda çıxış edən gənc yazar həm də ispan dilindən tərcümələr edib. 2006-cı ildən “Azad Azərbaycan” radiosunda aparıcı və redaktor vəzifələrində çalışır. 2010-cu ilin yanvar ayında “Yol” romanını eyni adlı kompakt disklə oxucuların və dinləyicilərin ixtiyarına verib.
Son günlərdə Milli Kitab Mükafatına qarşı kəskin tənqidi çıxışlar edən Elxanı biz də dinləmək istədik. Elə bu məqsədlə onu “Doqquziklim”ə dəvət etdik.