Doqquz İklim
262 dəfə oxunub
9Ağu/1017

Cəlil Cavanşirin “Alma” qəzetinə müsahibəsi

Yaltaqlıq, yarınmaq hesbına prezident təqaüdü alıb, müstəqillikdən, əqidədən danışmaq olmaz.

 Cəlil Cavanşir- Oğuz rayonunda anadan olub. İxtisasca tərcüməçidir. 2003-cü ildən Azərbaycan mətbuatında şeirləri, tərcümələri, publisistik yazıları çap olunur. www.doqquziklim.net ədəbiyyat layihəsinin rəhbəridir. II Nəsimi ədəbiyyat Müsabiqəsində poeziya nominasiyasında II yeri qazanıb. Azad Azərbaycan Televiziyasının əməkdaşıdır.

Kateqoriya: Müsahibə Ardını oxu
106 dəfə oxunub
14Tem/105

Vaqif Bayatlı Odər: Susub durmaq ancaq böyük həqiqətləri kəşf edərkən mümkündür

Mən indi ancaq fədakarlıqları, məhəbbətləri xatırlayıram

Allah heç bir dini kitabında “mən Allaham, dünyanı mən yaratmışam” deməyib

– Vaqif bəy, bir az öncə rahatsızlığız olmuşdu, şükür Allaha ki indi ayaqdasız və bizim suallarımızı cavablandırırsız. Bəs indi özünüzü necə hiss edirsdiz..

– Hər bir insan Allahın duyğusunun milyardda bir hissəsi də ola bilər. Ona görə də, hər bir insanın əbədiyyəti duyarkən, ayrıca olaraq özünü necə hiss eləməsi, ağrıması, hətta ölməsi ötəri hissdir. Dünyanın Allahla vəhdətdə ölümsüz duyumu var ancaq. Müəyyən vaxtdan sonra buna gəlib çatırsan. Bu qədimlərdən üzü bəri gələn bir söhbətin bir qədər şən davamıdır. Bir neçə yüz il, min il öncə bu barədə daha qızğın mübahisələrin iştirakçısı olmağım hissi olmadığım qədər mənə şübhəli görünür.

Kateqoriya: Müsahibə Ardını oxu
63 dəfə oxunub
29Haz/103

Postmodernizm nədir?

10 SUAL - 10 CAVAB

Ədəbiyyatda və memarlıqda istifadə olunmağa başlanan bu qavram siyasi ədəbiyyatımıza da daxil oldu.
Son günlərdə «postmodernizm» qavramı özəlliklə siyasi mövzularda çox işlənməyə başlandı. ABŞ Kəmbrij Universiteti Sosyologiya Bölümünün professoru Prof. Dr. Əli Akaya postmodernizmlə bağlı 10 sualla mürajiət etdik

Kateqoriya: Müsahibə Ardını oxu
55 dəfə oxunub
23Haz/102

Ozan Arif:Türk millətinin özü ozandır

Mən kommunist Azərbaycana gələ bilməzdim

Onu da bir məqamda tuta bildik.
Bir zamanlar Türkiyənin fərqli bölgələrində türk-İslam ülgüsünü sovunan sazıyla-sözüylə milyonların ruhu coşdurub ayağa qaldıran Turan elinin bu gün tək, tənha ozanı Ozan baba Ozan Arifi xatırlayıram. Hər proqramında Türküstanın, Qafqazların - Çeçenistanın, uyğur türklərinin, Boskanın dərdini-sərini dilə gətirən, bas-bas bağıran bu ünlü kişiyə adam sənətkar deməyə dili gəlmir.

Kateqoriya: Müsahibə Ardını oxu
121 dəfə oxunub
10Haz/100

Rövşən Yerfi ilə müsahibə

Ədəbi aləm demək olar ki, dəstələrdən ibarətdir

-Düşüncənizdəki yazar məfhumu ilə reallıqdakı yazarın fərqi varmı?

-Mən 21 yaşımadək elə güman edirdim ki, şairlər, yazıçılar Allahın ən sevimli bəndələri, ən mənəviyyatlı, ədalətli, haqqı sevən yaratdıqlarıdır. İnanmazdım ki, yazıçı qərəzkar, paxıl, qəlbi qara olsun. Əgər beləsi olarsa, onun həqiqi yazıçılığına, şairliyinə şübhəm oyanardı. Represiya illərində olanları zamanın ayağına yazırdım. 1986-cı ildə ilk dəfə Natəvan klubunda o dövrün yazarlarının söz davasını, “atışmasını” seyr edəndə bütün təsəvvürlərim çilik-çilik oldu. Ayıldım ki, heç demə onlar da başqalarından seçilmirlərmiş. Milislər, ya da “obexeislər” kimi adi insanlarmış, sadəcə, səlahiyyətləri quru sözə çatırmış.Bu hələ harasıdır, məlum oldu ki, bu “ədəbi davalar” ayrı-ayrı adamlar arasında yox, dəstələr arasında gedirmiş. Əsasən də regionlara bölünmüş dəstələr arasında...

Kateqoriya: Müsahibə Ardını oxu
59 dəfə oxunub
20May/103

Xanəmir Telmanoğlu: “Qərb şeiri əşyaya özgürlük verir”

10-16 may 2010-cu il tarixində, Türkiyənin İstanbul şəhərində Uluslararası Şeir festivalı keçirilmişdir. 2010-cu ildə Avropanın mədəniyyət paytaxı olmağa iddalı İstanbul şəhərində keçirlən bu şeir festivalına dünyanın dörd bir tərəfindən 50-yə yaxın şair qatılmışdır. Hər dəfə bir xalqın ədəbiyyatı üzərindən dünya şairlərini bir araya gətirən festival bu səfər İrlandiya poeziyası çərçivəsində təşkil olunmuşdur.Bir həftə boyunca davam edən festivalı İstanbul Böyük Şəhər Bələdiyyəsi həyata keçirirdi.Dünya xalqlarının çağdaş ədəbiyyatını təmsil edən şairlərin şeirləri ingilis dili ilə yanaşı türk dilində də səsləndirilib.Müxtəlif unveristetlərdə, Boğaziçi gəzinti gəmisində, bir çox mədəniyyət mərkəz və salonlarında, eləcə də açıq havada düzənlənən şeir oxuma tədbirlərinə minlərlə insan qatılıb.Bu şeir festivalında Azərbaycan ədəbiyyatını şair Xanəmir Telmanoğlu təmsil etmişdir. Onunla qısa müsahibəmizi oxuculara təqdim edirik.
Kateqoriya: Müsahibə Ardını oxu
21 dəfə oxunub
4May/100

MİŞEL DE KASTELLO ilə müsahibə

Dünyaca ünlü yazarın son dərəcə maraqlı musahibəsini sizlərə təqdim edirik. Musahibənin ilk sualından da goründüyü kimi təqdimata ehtiyac yoxdur.

- On üç yaşindan bəri Dostoyevskini oxuyan, bir fransiz - ispan yazari olaraq gecələri düşərgədə haminin ümid qaynaği olmusunuz. 2 avqust 1933 - cü ildə ispan ananin və fransiz atanin uşaği olaraq dünyaya gəlmisiniz, vətəndaş müharibəsi bütün gücü ilə davam edərkən siz ananizla birgə ispaniyani tərk edirsiniz, gözünüzü açib görürsünüz ki, lozerdəki qaçqin düşərgəsindəsiniz. aradan bir az keçmiş tək başina alman düşərgəsinə göndərilirsiniz. əndəlüs, hueska sahilləri… daha sonra 20 yaşinda fransa və tələbəlik illəri… ədəbiyyat və psixologiya fakultələrində aldiğiniz təhsil… 

Kateqoriya: Müsahibə Ardını oxu
15 dəfə oxunub
4May/100

Elif Şafakla müsahibə

Mütləqlikdən daha çox şərtiliyə, qatılıqdan daha çox elastikliyə, təklikdən daha çox cəmliyə açıq olan bir insanam.

AHMET SAIT AKÇAY: Yazmaga hekayə ilə başladınız, ancaq bir kitabdan sonra romana yönəldiniz. Belə kəskin dönüşünüzü nə ilə baglayırsınız?

ELIF SAFAK: Roman yazmaga baslamamışdan əvvəl müxtəlif janrlarda əsərlər qələmə almısdım, ekspermentlər aparmısdım. Hekayələr, esselər, seirlər yazmışdım, gündəliklər tutmuşdum. Bunların əksəriyyəti heç nəşr də olunmayıb. Sonra roman janrında yazmağa başlayanda əsl yazmaq istədiyim şeyin elə bu olduğunu anladım.

Kateqoriya: Müsahibə Ardını oxu
16 dəfə oxunub
29Nis/100

СAMAL MƏHСUBLA MÜSAHİBƏ

İNGİLTƏRƏDƏ ANCAQ MİLLİ AZLIQ, XARİCİ, KİŞİ, ƏRƏB, MÜSƏLMAN KİMİ QƏBUL OLUNURAM

SÖHBƏTLƏŞDI: ƏSLİ TOXUMCU

Camal Məhcub 1960 - ci ildə Londonda doğulub. Geologiya təhsili alıb; tərjüməçi və sərbəst yazar kimi fəaliyyət göstərib. 1989 - ju ildə «Rəşidin durbini», 1994 - jü ildə «Wings of Dust» və 1996 - jı ildə «In The Hour of Signs» (1996) romanlarını yazıb. 1993 - jü ildə bir hekayəsiylə «The Guardian» qəzetinin və «Heinemann» curnallarının təqdim etdiyi Afrika Kiçik hekayə mükafatını qazanıb. 

Kateqoriya: Müsahibə Ardını oxu
18 dəfə oxunub
27Nis/100

Bəxtiyar Hidayətlə müsahibə

Bəxtiyar Hidayət: “...Gərək bizdə kitab mədəniyyətinin  formalaşması üçün əvvəla vərəq mədəniyyəti, dəftər mədəniyyəti , qəzet mədəniyyəti formalaşa...”

-- Bəxtiyar bəy nə vaxt hiss etdi ki, o artıq şairdir?

-- Şair olduğunu hiss etmək... Bu əslində fərqli olduğunu hiss etməkdi. Yoxsa ilk qələm təcrübəsi hələ şairlik demək deyil. Ilk qələm təcrübəsi fərqli olduğunu hiss etməkdir. Bu gün siyasətdə, musiqidə, elmdə və sair sahələrdə o qədər fərqli olduğunu vaxtilə şeirlə bildirənlər var ki. Sonradan şair olmayıblar. Və əgər şairliyin dalınca düşsələr uzağı “Moşu” olacaqdılar. Sən özün də belələrini çox görmüsən- daha doğrusu belə bədbəxtləri. Doludu belələrinnən biz tərəflər.

Kateqoriya: Müsahibə Ardını oxu
34 dəfə oxunub
22Nis/101

Rafiq Tağı- “Mən içimdə həmişə qalib, cəmiyyətdəsə məğlub kimiyəm”

İnsan heç də həmişə əxlaq daşıyıcısı deyil

- Rafiq bəy, öncə bizim bu yeni fəaliyyətə başlayan doqquziklim.net saytından danışmanızı istərdim. Saytın fəaliyyəti sizdə hansı təəssüratı oyadır? Bir də bizə hansı irad və tövsiyələriniz var?

- Xeyirə işləyəcək nə yaradılırsa, onu ancaq alqışlamaq olar.
Saytda ədəbiyyat və mədəniyyət məsələlərinə fundamental yanaşmanız nəzərə çarpır. Bunun üçün tətbiq etdiyiniz üsullar rəngarəngdir. Palitranız zəngindir. Hətta az bildiyimiz Şərq fəlsəfəsinə yer ayırmanız saytınızın xarakterik cəhəti sayıla bilər.
İndidən irad söyləyib qəlbinizi qırmaq istəməzdim. Ancaq deməsəm də küsərsiniz. Reklamınız zəifdir, bu, bir. Misal üçün, şəxsən özünüz deməsəydiniz, mən bu saytın mövcudluğundan xəbər tutmayacaqdım. İkinci, bu məkanda öz yazılarınıza minimum yer ayırmanız məsləhət olardı. Onsuz başqa yerlərdə yazılarınız gen-bol verilir və onsuz da bu saytın bütün uğurları sizin adınıza yazılacaq.
Təvazökarlıq baxımından “Kultaz.com” saytının yaradıcısı Zahir Əzəmət bir nümunədir.

Kateqoriya: Müsahibə Ardını oxu
26 dəfə oxunub
27Mar/101

UMBERTO EKO: «AVROPA POPULİZMİN TƏHDİDİNDƏDİR»

«L Ekspress» qəzeti İtaliyanın məşhur nasiri, dil və məna alimi Umberto Ekodan Avropanın bugünü və gələcəyi ilə əlaqəli ölkəmizi də maraqlandıran qısa, lakin diqqətləri çəkən bir müsahibə götürüb. Bu mühasibənin Qərbin bizə, özünə və dünyaya baxışını açıqca sərgilədiyini düşünərək həmin müsahibəni sizə təqdim edirik.

Kateqoriya: Müsahibə Ardını oxu
28 dəfə oxunub
19Mar/102

Raqif Raufoğlu: B.Obama öz mənəvi gücünün hamısını irqindən, qürur duyduğu keçmişindən alıb

Raqif Raufoğlu imzasıyla ölkənin müxtəlif ədəbi mətbuatında ədəbi-bədii yazılarıyla, özəliklə şeirləri ilə çıxış edib. Çağdaş Azərbaycanın gənc yazarlarındandır. “Doqquz iklim” dərgisində müntəzəm şəkildə yaradıcılıq nümunələri və ingilis dilindən etdiyi bədii tərcümələrini çap etdirir. “Ənvər Paşa” ictimai-fikir dərgisinin məsul redaktoru, “Çölçülər Ədəbiyyat Mərkəzi“nin yaradıcılarından biridir.
“Azad Azərbaycan” radiosunun əməkdaşıdır.
ABŞ-n ilk qaradərili prezidenti Barak Obamanın “ Atamın arzuları” kitabını orjinaldan tərcümə edərək oxuculara təqdim edib. Bu kitabla bağlı onunla apardığımız müsahibəni oxuculara təqdim edirik.

Kateqoriya: Müsahibə Ardını oxu
21 dəfə oxunub
19Mar/100

Əsəd Qaraqaplan: Qoy özünə əmin olmayanlar rahatsız olsunlar

Yazıçı Əsəd Qaraqaplan həmkarı Cəlil Cavanşirin suallarını  cavablandırır

C.C.: Nə zaman hiss elədin ki, sən udmağı bacarırsan? Nədən qələbənə belə əminsən?

Ə.Q.: O zaman anladım ki, ətrafımdakı gənclərin məhv olduğunu və ya məhv edildiyini görməyə başladım. Ətrafımdakı gənclərin gözümün önündə məhv olması məni bir az da güclü olmağa məcbur etdi. Çox şeylə təkbaşına mücadilə aparacağını görəndə adam daha da güclü olur. Gündəlik həyatda, ötəri qayğılarda, yaşadıqlarımda, gördüklərimdə uduzduqca anladım ki, özümdə, yaradıcılığımda udmağı bacarıram.

Kateqoriya: Müsahibə Ardını oxu