Nərmin Hüseynzadə
Nərmindən iki hekayə
Qarğa, gəl qon
Əvvəlcə Əlinin palçıqda şappıldayan ayaq səsləri, sonra isə gur, ciyiltili səslə oxuduğu mahnı yağışın bu balaca kəndə hədiyyə etdiyi sükutu bir andaca pozdu. Əyninə boz, böyük pencək, qara yun jaket, tünd göy nazik şalvar qara rezin ayaqqabı geyinib küçədə veyil-veyil gəzən Əlini belə görməyə hamı öyrəşmişdi. Kənd camaatının gözünü yamanca qorxudan yağış, palçıq heç onun vecinə də deyildi. Eləcə oxuyur, yoldan keçənə sataşır, zarafat edir olmayan dişlərini bütün gün çöldə qoyurdu.
Hikmət Carçılı
Qərar (mini povest, psixlər üçün)
Bu mini povesti hərdən ağlını itirmək məqamına kimi
gəlib çatan mübarizlərə hədiyyə edirəm...
Mətləb
Mən
“Qapılar bağlanır, növbəti stansiya…” şablon sözlər vaqonun divarlarına dəyib acizanə əks-səda verdi. Qulaqlarım bu sözləri eşitməkdən yorulmuşdu.Vaqona minmək istəyirdim, amma ayaqlarım… Ayaqlarım beynimdən gələn əmri yerinə yetirməkdən boyun qaçırırdı. Bu iki bədbəxtin inadkarlığı çox davam etsəydi nəsə pis bir hadisə baş verəcəkdi. Qapılar bağlanacaqdı və…
Anar Gülümsoy
tilsimli təslim
...baxırsan dəli kimi çiyinlərinə... baxırsan, baxırsan... inanmırsan gözlərinə: hardan peyda oldu bu qanadlar? İlahi, harda gizlənmişdi qanadlarım, niyə görməmişəm bu vaxta kimi???!!!
Nərmin Hüseynzadə
Yunan filosofu Platonla müsahibə
Bir az özünüz haqda
- e.ə 427-ci ildə zadəgan ailəsində anadan olmuşam həyatının çox hissəsini Afinada keçirmişəm, “Sokratın apologiyası” (təriflənməsi ), “Qanunlar” və eləcə də dialoq formasında otuz dörd əsər yazmışam. Bundan başqa Pir, Teetet, Fedon, Parmenid, Fedr, Meneksen, və s. kimi dialoqların müəllifiyəm
Tomas Elot
Şerin musiqisi
Şer haqqında yazan, ya da danışan şairin özünəməxsus xüsusiyyətləri ilə bərabər çatışmamazlıqları da var. Əgər bunları görməzdən gəlsək daha xoş olar. Mən heç bir nəsr yazımı darıxmadan oxuya bilmirəm. Əvvəlcə söylədiklərimi çox vaxt təkrarlaram, bəzən də inkar edərəm. Amma buna inanıram ki, şairlərin keçmişdə yazdıqları tənqidi yazılarında bəlkə məqsədsiz belə olsa, şüur altında hər zaman yazdığı şer növünü müdafiə edir.
Ayxan
Tanqo Qasım
Kənd məktəbinə şəhərdən bir qrup nümayəndənin gələcəyi xəbəri camaatın dilinə düşmüşdü. Kişilər çayxanada, arvadlar bulaq başında bir-biriləri ilə bu barədə danışır, kəndə gələcək yad qonaqları qarşılamaq üçün səbirsizlənirdilər. Hamı evinin künc-bucağını təmizləyir, bağı-bağatı urvata salırdı. Yaşlı kişilər həyətin qabağında sıra ilə düzülmüş kötüklərdə oturub nümayəndə heyətinin nəyə görə gələcəyini dartışırdılar.
Xuan Rulfo
Xuan Rulfo (1918 - 1986) - Meksika yazıçısı. «Od içində düzəngah» (1953) adlı hekayələr toplusunun və «Pedro Paramo» (1955) romanının müəllifidir. Bu roman haqda Borxes belə yazır: ««Pedro Paramo» ispan dilli ədəbiyyatın və ümumiyyətlə, dünya ədəbiyyatının ən yaxşı romanlarındandır». Markesin «Pedro Paramo» haqdakı fikri isə daha qəti səslənir: «Bü günəcən ispan dilində yazılmış ən gözəl roman». Azərbaycanlı oxucular Xuan Rulfonun bu şah əsəri ilə bir - neçə il bundan qabaq yazıçı Yaşarın tərcüməsində tanış olmaq imkanı qazanıblar. Bu sayımızda Rulfonun «Luvina» adlı kiçik bir hekayəsini çap edirik.
LUVİNA
«Cənubda başı göyə dirənən dağlar arasında ən hündür dağ Luvinadır. Luvina həm də o dağların ən daş - kəsəklisidir. Həmin bu dağ sanki bütünlüklə əhənğ daşından hörülüb. Ancaq indiyəcən Luvinada heç kim bu daşı əzib əhəng eləmək haqda fikirləşməyib. Burada əhəng daşına həmişə əl - ayağa dolaşan lazımsız bir şey kimi baxıblar. Yerli camaat bu daşa «vəhşi» daş deyir.
Anar Gülümsoy
sevinnəm
gecələri sübh udur
bu da ömürə subutdu
Allah, bu nə sükütdu,
çökübdü varlığıma?
Mətləb
İnsan
Qulağına xəbər çatmışdı ki, qəbri məhz bu qəbristanlıqdadır. Özü isə sağ idi. Müharibə insanların həyatına çox dəyişikliklər və gözlənilməməzliklər gətirir. Həyatının qəribəliyi isə içində öz vücudunun olmadığı saxta qəbri idi. İndi yolu buradan düşmüşdü. Insanlarda vahimə oyadan bu qəbristanlıq kəndlərinə gedən yolun kənarında idi. Kənd camaatı da bu qəbristanlıqdan şikayətçi idi. Ölülərdən də şikayətçi olmaq olar?...
quşdilixanəmirkülsoyuğu
ağğğbaaağğğ
DO
Meşəlikdir. İslanıb. Onbeşində. Dərinliklərindədir. Qız. İslanıb. Saçlarıda. Tutqundur. Ayaqyalındır. Gözəldir. Qaşları da gözəldir. Uzunsifətlidir. Gözəldir.
Raqif Raufoğlu
İMPROVİZASİYA
Bu hadisə hər gecə Bakının Şəhidlər Xiyabanında təkrarlanır. Hər gecə bir şəhid oyanır. Gedib əbədi məşəl kompleksinin yanında dayanır. Şübhəli-şübhəli ora-bura boylanır. Milli Məclisə baxıb dodaqlarını büzüşdürür. Protokol qaydalarına əsasən gətirilən əklilləri yığışdırır. Qaşlarını çatıb alnını qırışdırır. Asfalt olmayan yolla lap aşağı düşüb torpağı bir az da sürüşdürür. Naməlum istiqamətdə şəhərə tərəf yollanır. Şəhid olduğu yeri axtara-axtara gəlib Amerika səfirliyi ilə Rus səfirliyinin arasında dayanır. Təcrübəsiz bir ümidlə başını qaldırıb yuxarı baxır. Hər şey gözünün qabağında canlanır: Müharibə təzədən başlanır. Nuru paşa gəlir, İngilislər gedir. Stalin sürgündən, Hitler həbsxandan qaçır. Ruzvelt qımışıb gülür. İmperiyalar devrilir. Birdən bütün ümidlər nifrətə çevrilir...
Hikmət Carçılı
Ayrıldıqdan sonra
O gün səndən ayrılandan sonra bütün gecə küçələrdə veyil-veyil dolaşmışam. Əzab çəkmişəm sənə dediyim sözləri düşünüb. Onda gözlərimi hirs qapamışdı qarşımdakının kim olduğunu, dediklərimin nələrdən ibarət olduğunu bilmirdim.
Elçin Səfərli
Elçin Səfərli – ölkə hüdudlarından kənarda yetəri qədər tanınan gənc Azərbaycan yazışısı. Onun “Bosforun şirin duzu” və “Qayıdışsız” (Туда без обратно) romanları bestseller sıralarına daxildir. Rus metbuatı onu “2008-ci ilin ədəbiyyat tapıntısı”, tənqidçilər isə “gənclərin Orxan Pamuku” adlandırır.
Elçin Səfərli – peşəkar jurnalist, bir çox ədəbiyyat müsabiqələrinin laureatıdır.
İradə Aytel
Qanlı öpüşlər
Əlləri, dodaqları, pərişan saçları, çılpaq bədənini gizlədən qırmızı xalatı, bir vaxtlar dəli sevginin istiliyində isinən, «alışan», «yanan», qırmızı güllü balışı, elə həmin güllərə qərq olmuş yorğanı, döşəyi, hətta, döşəmə də qıp-qırmızı qana boyanmışdı. O, isə ağlamır, qanlı dodaqları ilə sevgilisinin artıq buza dönmüş dodaqlarından öpür, yenə öpürdü.
Onun idi həmin dodaqlar, yarıaçıq qalmış qəhvəyi gözlər, o qamət, o bədən, o gecə… Hamısı, hamısı onun idi. Bu vüsal gecəsini heç kəs ondan ala bilməzdi. Daha qorxa-qorxa öpmürdü o dodaqları… Qorxmurdu bu vüsalın bitəcəyindən… Bu gecə əbədi vüsalın gecəsi idi.



