Doqquz İklim
37 dəfə oxunub
10Tem/100

Ayişə Nəbili

Yusufun Kənan eli

Yusufu yitirdim Kənan elində
Yusufum bulundu Kənan bulunmaz”

Kənan elində Yusufu uddu quyu. Quyu, qaranlıq quyu. İçində ilan çayan qıvrılıb yatan, su əjdahasının ağzını açıb hər gələni udduğu, dibsiz, soyuq qorxunc quyu. Bayram elədi quyu öz mifik sakinləri ilə Yusufu uduşunu. Yusuf qısılıb quyunun əlacsız küncünün ıssızlığına, əl açmağa, dil döndərməyə güc yetirəməyib təvəkkül məqamında susdu. Susduqca Yusuf böyüdü, içində sözə dönə bilməyən istəkləri, duaları böyüdü. Şaxıdı gün üzünə, şaxıyan kimi Yusuf diriliyin üzünə. Dirilik aman vermədi ölümə. Yusuf, gözü göylərdə ulduzların bürcünü aradı, Ayın nişanını saydı. Gün gəldi axşam oldu, axşamlar sabah oldu. İşıq qaranlığı, qaranlıq işığı yedi bitirdi.

Kateqoriya: Din Ardını oxu
28 dəfə oxunub
11May/100

İbn Arabi

İRFAN AYNASI

Tövsiyyələr:
Biz bu əsəri hazırlayarkən bir məna sərxoşluğu duyduq. Şübhəsiz, siz də oxuyurkən eyni hissi keçirəcəksiniz.
Biz bu əsəri hazırlayarkən zehnimizin dağıldığını, içimizin kəllə - məyallaq olduğunu sezdik; şübhəsiz, siz də eyni hissi duyacaqsınız.
Biz bu əsəri hazırlarkən zahiri görən, iç aləmindən yana heç bir nəsibi olmayan kimsələrin, bu əsəri oxuyunca nə deyə biləcəklərini düşündük... Şübhəsiz, eyni düşüncəyə siz də qapılacaqsınız.

Kateqoriya: Din Ardını oxu
34 dəfə oxunub
17Nis/101

Muhyiddin İbn Arabi

İRFAN AYNASI

Doqquz iklim” dərgisi təqdim edir.

Tövsiyyələr:
Biz bu əsəri hazırlayarkən bir məna sərxoşluğu duyduq. Şübhəsiz, siz də oxuyurkən eyni hissi keçirəcəksiniz.
Biz bu əsəri hazırlayarkən zehnimizin dağıldığını, içimizin kəllə - məyallaq olduğunu sezdik; şübhəsiz, siz də eyni hissi duyacaqsınız.
Biz bu əsəri hazırlarkən zahiri görən, iç aləmindən yana heç bir nəsibi olmayan kimsələrin, bu əsəri oxuyunca nə deyə biləcəklərini düşündük... Şübhəsiz, eyni düşüncəyə siz də qapılacaqsınız.
Bütün bunlar çözülməsi tələb olunan birər problemlərdir; hansı ki, çözülməsi vacibdir. Bu problemin çözülməsi yolunda aşağıdakı tövsiyyələrimizə, mümkünsə, diqqət kəsilin:

Kateqoriya: Din Ardını oxu