Sərraf Balaxan
Keçəllərin və qeyri-keçəllərin şairi
II nağıl
Xanım hey!
“Hələ ki başında tük var, qədrini bil oğlum.” Qədrini bil. Bürcün şir, ilin at olsa da...
Müasir Azərbaycan şeirində yeni texnikanın ixtiraçısı, qeyri-səlist məntiqli şeirimizin yaradıcısıdır.
Nəsrinin və poeziyasının qəhrəmanı dili-dodağı qurumuş Kefli İsgəndərdir. O, İsgəndər ki, artıq 100 yaşına gəlib çatıb, amma yenə də dindirirsən belə deyir:
Sərraf Balaxan
Yuxu və ya azad dustağın hekayəti
Qəribə yuxu idi. Bu yaşımadək heç belə bir yuxu görməmişdim. Bəlkə, yalan danışıram. Çünki yuxularımın heç bircəsi belə yadımda qalmır. Amma bu yuxu...
Elə qəribəlik də bunda idi.
İstəyirəm ilk yadımda qalan yuxumu sizlərə danışım.
Bir yolun kənarında dayanmışdım. Kimisə gözləyirmiş kimi. Bu yolla elə bil cəmisi bircə maşın gedib-gəlirdi. Ya da ki, maşınların hamısı bir-birinin eyni idi.
Azər Abdulla
Zəruri qeyd: bu yazı 2006-cı ildə “ədalət” qəzetində yayımlanmışdı. əsər o2001-ci ildə yazılsa da, xanəmirin (quşdilixanəmirkülsoyuğu) həmyerliləri ilə arasında baş verən ağır münaqişə səbəbindən beş il sonra sadəcə 50 ədəd şəklində çap olunmuşdu.
Təbrizdən keçən yol
Xanəmirin... Bağışlasın, artıq mətbuat aləmində tanındığına, hamıdan seçilən imzasını düzgün yazmadığıma görə müəllif məndən inciyə bilər. quşdilixanəmirkülsoyuğun “ağğğbaaağğğ» romanını (yeri gəlmişkən müəllifin “ra.m.o.n» adlandırdığı bu əsərə məncə, lirik, tragik poema, yaxud elegiya da demək olar) vərəqləyib gözdən keçirərkən kitabına, eləcə canına verdiyi qəribə adı, kitabın rəyçisinin, redaktor, bədii və texniki redaktorlarının adlarını oxuyanda sənət aləmində yenilikçi Uilyam Uitme, Rembo, Təbriz miniatür məktəbi, Pikaso, Salvador Dali, Bosx, Mayakovski, rejissor Tarkovski, bizim Alim Oasımov yaradıcılığına bir az bələd olsam da, peşmançılıqla, təəssüf hissiylə kitabı masanın üstünə atdım. Bu nə əllaməçilikdi, nə qədər axtarmaq olar, haçan özünə tapacaq Xanəmir?»-deyə düşündüm. Bir neçə il öncə “Qobustan” incəsənət toplusunun redaksiyasında Türkiyədə çap olurmuş “Kül soyuğu” şeir kitabının birini mənə, birini Tofiq Abdinə bağışlayanda Tofiq dərhal “Azar kitab haqqında yazar!» deyəndə “Zalım, yazırsan, özün yaz, Xanəmirin yanında yerini şirin eləməyinə bax bunun, bəlkə şeirləri məni tutmayacaq»- belə düşünsəm də, Tofiqə olan acığımı, hirsimi birtəhər uddum. Kitabı oxuyandan sonra yenə də “Qobustan”-toplusu redaksiyasında Xanəmirlə başqa vaxt görüşəndə, yetmişinci illərin əvvəllərində indiki Nəsimi heykəlinin yanından ötərkən Vaqif Cəbrayılzadənin qatlanmış şagird dəfdərində yazdığı şeirlərini çəkinə-çəkinə mənə verib rəyimi bilmək istəməsini xatırladım.
Zahid Sarıtorpaq
Buz baltası
Tofiq Qaraqayanın “ŞEİRİN ZƏNGLİ SAATI” şeirlər kitabının doğurduğu ovqatın bəzi çalarları
Çağdaş türk ədəbiyyatında saflığıyla daşdan süzülən su misallı sözə malik ystadlar oturuşmuş mövqeləriylə milli şeirimizin incilərini yaradırlar. Hansı cərəyanın, hansı dünyagörüşünün daşıyıcıları olmalarından asılı olmayaraq bu gün türk şeirinin yükünü çiyinlərində namusla çəkən onlarla ünlü imza yiyəsi var. Bu insanların çoxu haysız-küysüz, sakit həyat sürür və təlatümlü iç dünyalarını günəşə tutulmuş ayna misallı yazılarıyla əks etdirirlər.
Şükran Yücəl
Şeksprin bacısı ya da Dostoyevskinin sevgilisi
Virciniya Vulfun qadın yazarların adətən stolüstü kitabına çevrilən «Özünə aid bir otaq» kttabında Şeksprin bacısı ilə bağlı bir hissə var. Virciniya Vulf bu hissədə Şeksprin dühasına sahib olacaq bir qadının hələ ki, dünyaya gəlmədiyini iddia edən bir keşişin iddialarına cavab verir. Qadınlar ədəbiyyat sahəsində məhsuldarlaşmağa başlayan kimi onların istedadı da mübahisə olmağa başladı. Açıqca yazılmadı və deyilmədi, ancaq qadınların yazarlığına hamı dodaq büzdü. Qadınların yazarlığı bu gün də qadın hissiyyatı və qadın dünyası kimi qəbul edilir.
Cəmil Meric
YUNAN MÖJÜZƏSİ
"Umrandan Uyqarlığa" kitabından
Bütün Quranları yandırsaq, bütün məsjidləri uçurtsaq, avropalıların gözündə Osmanlıyıq, Osmanlı, yəni İslam. Qaranlıq, təhlükəli, bir düşmən yığını!
Avropa madəçiliyinə baxmayaraq xristiandır; sağçısıyla, solçusuyla xristiandır. Xristian üçün tək düşmən bizik: Xaçlı ordularını darmadağın eləyən qorxunj və dəhşətli qüvvə. Gənj jüjə, vahiməli əzabları sonunda qojalmış devin zəifliyini kəşfedir; əldə vəfa, mərdlik, mərhəmət... Aşağıdan alar, boş çıxar, yaltaqlanır və... Nəhayət devi yıxar. Savaş meydanlarında deyil, bu yataq otaqlarında əldə edilən bir zəfərdir.
Cəlil Cavanşir
Nəğməkarın son nəğməsi
Və ya Vüqar Əhməd özünü necə ifşa etdi
Maraqlıdır ki, bir çox qələm adamları 40 yaşı keçən kimi tənqidə qarşı dözümsüz olurlar. Tənqidə ikrahla, qəzəblə yanaşırlar. Tənqid eşidəndə qızarıb-bozarmaqla qalmayan bu tip “qocalar” tənqidi fikir bildirəni təhqir etməkdən də çəkinmirlər. Onu da bildirim ki, nə qədər bu “qocalar” tənqidə qarşı dözümsüz, bəzi gənclərimiz isə yaltaq olacaq ədəbiyyatımızın da inkişafı ləngiyəcək.
Ədəbiyyatımızın ciddi şəkildə inkişaf edə bilməməsinin bir səbəbi də məhz bizim ədəbi tənqidimizin zəif olması, ədəbi tənqid adına iddialı olan yazıların müəyyən qonaqlıq sonrası və ya para qarşılığı yazılmasıdır. Əslində ədəbi tənqidlə bağlı yazmaq fikrində deyiləm.
Cəlil Cavanşir
Yanlış yanaşmalar və kədərli sonluqlar
(Günel Mövludun şeirləri haqqında)
II Yazı
Günel Mövludun şeirlərindən bol-bol adrenalin aldıqdan sonra düşündüm ki, zərif şairin şeirlərinə hökmən öz tənqidi fikirlərimi də bildirməliyəm. Bir də axı ilk yazı Cəlil adlı bir oxucunun münasibəti idi. İndi isə konkret faktlar əsasında fikirlərimi əlahəzrət oxucularla bölüşmək istəyindəyəm.
Əsəd Qaraqaplan
Mən AYB-nin sədriyəm
Əfəndilər!
Deyirəm indiki gənclər var ya, vallah başdan ayağa fırıldağdılar. Hələ sən o Məcid Rəşadı görürsənmi? O gün görürəm bir sürü gənc yazarı həndəvərdə otara-atara gətirib təpib AYB-yə. Hələ də gözü doymur, deyir, hələ Qazaxdan, Borçalıdan, Qarabağın unudulmuş ellərindən olan 123 nəfər aşıq var ki, indi onların sənədləriylə əlləşirəm AYB-yə üzv eləyim. Yanasan Tarı, belə də iş olar?
Adam gələr bir sədirlə məsləhətləşər, bir götür-qoy eləyək, görək nə var, nə yox. Həsənsoxdu dəyirmanına döndərib AYB-ni. Heç böyə hörmət-zad qalmayıb indiki gənclərdə.
Hələ Hüseyn Elçinbəylini görəsən? O gün “Qunduz” jurnalının son nömrəsini gətirib mənə, açıram səhifələri, görürəm ki, ən gənc müəllif bizim nəslə, yəni 70-cilər nəslinə aiddir. Deyirəm “Hüsüş, bala, bu, nə deməkdi?”.
Nuridə Atəşi
Əsəd bəy və amazonlar
Azərbaycanın dünya şöhrətli yazarı Əsəd Bəy (Qurban Səid) Azərbaycan oxucusuna artıq müəyyən qədər tanışdır. Azərbaycanda doğulan, Almaniyada yaşayan və İtaliyada 37 yaşı tamam olmadan dünyasını dəyişən yazar dünya ədəbiyyatına “Əli və Nino” kimi ölməz bir bestseller əsər bağışlamaqla 20 -ə yaxın əsər miras qoymuşdur.
Qurban Səid təxəllüsü ilə yazmış olduğu son romanı olan “Sevgidən bixəbər kişi” əlyazması (Tərcümə N.A) əlimizdədi.
Əsəd Bəyin arxiv sənədləri və son əlyazmasından bir hissə dünyada ilk dəfə onun öz vətəni olan Azərbaycanda nəşr edilmişdir. (Yüz ilin sirləri, Nurlan 2007. Nuridə Atəşi) Əsəd Bəy bioqraf, orientalist, Qafqaz ekperti və tarixçi kimi Avropada və dünyada məşhur idi.
Cəlil Cavanşir
Adrenalin
(Günel Mövuludun şeirləri haqqında)
(I hissə)
“Bu dünyada bir qramlıq adrenalin-zad qalmayıb. Heç nəyə təəccüblənmək, heç nədən sarsılmaq, şoka düşmək mümkün deyil. Yaşımızın belə gənc, şair qəlbimizin belə kövrək vaxtında nələr görmədik, nələr eşitmədik, İlahi!”
Yuxarıdakı cümlələr şairə Günel Mövludun bir köşəsindən seçilib. Günel haqqında yazacağım yazıya bu girişi təsadüfi seçməmişəm.Bəlkədə yazıya heç dəxli yoxdu, sırf mənim özümlə bağlıdı. Hər halda…
Cəlil Cavanşir
Milli Kitab Müsabiqəsinin müəmmalı sonluğu
Elxan Qaraqanın məktubu sual doğurur.
Azərbaycan ədəbiyyatı son vaxtlar iyrənc oyunlara, siyasətə qurban getməkdədir. Əslində bu oyunlar həmişə olub. İnkişafdan danışmağa başladığımız bir vaxtda daha ciddi oyunlara rəvac verənlər çoxalıb. Milli Kitab Mükafatı da ədəbiyyatımızın başına açılan oyunlardan biridir. AYB-nin təqaüd oyunu kimi bu da növbəti bir oyun idi. İlk gündən bu hiss olunurdu. Televiziyalar, mətbuat bu müsabiqəni işıqlandıranda, ilk günlər şəxsən bir yazar kimi mən sevinmişdim.
Cəlil Cavanşir
Ədabiyyata xidmətin E.Əlibəyli modeli
Onu müxtəlif layihələrdə görmüşük. Space TV-də, ABA-da, nəhayət Azad Azərbaycan Televiziyasında. Həmişə maraqlı layhələrlə yadda qalmağa çalışır. Bir ara teatrda da çalışıb.
Kifayət qədər maraqlı, diqqət mərkəzində olmağı bacaran, çalışqan və zəhmətkeş adam təsiri bağışlayır. Ədəbiyyatımıza aidliyi olmasa da bir çox yazarlardan daha artıq ədəbiyyata və çağdaş yazarlara faydası toxunub. Ədəbiyyatımızın sevilməsində, kitab təbliğatında əvəzsiz rolu var. Seyircilərin şou-biznes kanalı kimi tanıdığı ATV-nin efirində qəfildən ciddi mövzuların qoyulması, həlli yollarının axtarılması intellektual seyirci kütləsini də ATV-yə cəlb etdi. Televiziya tənqidçisi olmadığımdan bu layihələrin nəzəri baxımdan hansı dərəcədə uğurlu alınması haqqında fikir söyləməkdə acizəm. Ancaq bir seyirci kimi öz fikirlərimi bölüşməkdə çətinlik çəkmirəm. Az qala unutmuşdum, haqqında yazmaq istədiym şəxs ATV-nin siması olmağı bacarmış, kifayət qədər auditoriya toplamış Elçin Əlibəylidir. Bu yazıda bir neçə məqama diqqət etməyə çalışacağıq. Əsas hədəfimiz televiziya adamı E. Əlibəyli, onun ədəbiyyata xidmət etmək cəhdləridir.
Elxan Xanəlizadə
ŞƏXSİ MARAQ MÜSABİQƏSİ HAQQINDA SON BALLADA!
Oyuncaq...
adətən uşağa baş qatmaq üçün verilir. Mükafatlar isə böyüklərə baş girləmək üçün ənam edilir. Bəxşişi verənlər xilaskar mələk obrazında cəmiyyətə sırınan tiplərdir. Onlar ən təhlükəli ünsürlər olduğu üçün verdikləri mükafatlar da yalnız öz maraqlarına xidmət edir. (Maraqlar müxtəlifdir: - deputat olmaq istəyən kim, ictimai fiqur kimi cəmiyyətə sırınan kim, sponsorları qazlayan kim). Mükafat adında oyuncağı isə həvəslə alanlar məsum uşaq kimi başlarını uzun müddət həmin oyuncaqla qatırlar. Hələ bir sağol da deyirlər oyuncaq verənlərə.
Aysel Əsgərova
KİNOPROSESDƏ BOŞ QALAN STUL
1895-ci il. Bu təqvim dьnya tarixinə kino sənətinin yarandığı gün kimi düşüb. 1898-ci ildə isə Azərbaycanda kino meydana gəldi. Dьnya kinosundan 3 il sonra yaranmağına baxmayaraq müasir dövrdə Azərbaycan kinosu 3 il yox 300 il Avropa və Amerika kinosundan geri qalır. Təqribən 45-ci illərdən 90-cı illərə kimi kinomuz inkişafda olsa da sonralar durğunluq yox, məhz geriləmə dövrü başladı. Səbəbini kino işçilərindən soruşsaq “dцvlət kinoya pul ayırmır” cavabını alacağıq.
Bəxtiyar Hidayət
CAVİDANNAMƏ və yaxud YAĞIŞ HAVASI
Burda indi yağışlar mövsümüdüBir sözə bəndəm
-ağlayacam
CAVİDAN
Xatırlayırsınızsa hər dəfə ağzını Azərbaycanla açıb ümummilli liderlə qapayan, barmaqlarının 80 faizində üzük olan və bununla da əlimizdə qalan torpaqların qorunmasının vacib olduğunu bildirən xalq artisti İlhamə belə bir cümlə işlətmişdi-Mənim heç kupalnikim də olmayıb. Guya pozğunluqmuş kupalniki olmaq.
Və ümumiyyətlə bu xarabada əxlaq yanız qadında axtarılır-sanki kişinin əxlaqa zada dəxli yoxdu. Ilhaməkimilər də özlərini ən əxlaqlı adam kimi cəmiyyətə sırıyıllar.


