Doqquz İklim
	<language>en</language>
Sərraf Balaxan
		<description><![CDATA[Keçəllərin və qeyri-keçəllərin şairi
II nağıl
Xanım hey!
“Hələ ki başında tük var, qədrini bil oğlum.” Qədrini bil. Bürcün şir, ilin at olsa da...
Müasir Azərbaycan şeirində yeni texnikanın ixtiraçısı, qeyri-səlist məntiqli şeirimizin yaradıcısıdır.
Nəsrinin və poeziyasının qəhrəmanı dili-dodağı qurumuş Kefli İsgəndərdir. O, İsgəndər ki, artıq 100 yaşına gəlib çatıb, amma yenə də dindirirsən belə deyir: 
“Nə yanğı söndürmək, nə [...]]]></description>
Elnaz Eyvazlı
		<description><![CDATA[Kişi etirafı
Səndən ötrü darıxmaq deyil bu,
daha acı və dəhşətlidir.
Hər gecə evə gələndə,
əlimi qapının dəstəyinə atanda,
bütün əyləncələri geridə qoyub
xarabama şatanda
duyuram bu acını.
Sən heç vaxt qapını arxadan bağlamazdın.
Qapı həmişə üzümə açıq olardı.
Nəfəsin qapının o üzünüdən yandırardı məni…
Səndən ötrü darıxmaq deyil bu,
Daha üzücü və dəhşətlidir.
Yuxulu əllərimi balışına
vətən xainini qəbrə tullayan kimi tullayıram.
Səhərəcən buz kimi yataqda
it kimi ulayıram.
Qonşum deyir [...]]]></description>
Xanəmir Telmanoğludan iki yeni kitab
		<description><![CDATA[Xanəmir Telmnanoğlu. Şair, yazar.
1971-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhərində dünyaya gəldi. Orta məktəbi Qubadlı rayonun Fərcan kəndində bitirdi. Sonra isə Türkiyə Cümhuriyətinin Mərmərə Unversitetinə  qəbul oldu.
 İlk şeir kitabı da qardaş Türkiyədə “kül soyuğu “ adıyla çap olundu.
Azərbaycana gəldikdən sonra  “ ağğğbaaağ”, “osmanlı” adlı nəsr nümunələrini, “ saatım bağdadda qaldı”, “ qarğa beyni yeyənlərə [...]]]></description>
Avstrya Poeziyası
		<description><![CDATA[Paul Ceylan  (1920-1970)
Payız günəşlərindən
Boşluqda bir iz
Burda
Onunla da
Savaşmalısan
Gurultular arasında başlanğıcımıza bənzər
Olduğu kimi, mənə rast gəldiyin vadidə,
Yenidən qururam - hansı ki, o,
Bilirsən: görünməyən
Duyulmayan
Səs verən qutuyu.
Sonsuzluqlar üzərindən,
Əsərcəsinə ölmüş,
Bir məktub, hələ ki,
Yara almamış
Barmaqlarına toxunmaqda,
Parlayan alın
Bu tərəflərə gəlib,
Nizamla yerləşməkdə
Qoxuların, gurultuların arasına.
Yağışla dolmuş salın üstünə
Sükutun o saxta çərənləməsi yayılmış.
Sanki duya bilirmişsən,
Sanki səni hələ sevirmişəm.
SƏN mənim ölümümdün:
Səni tuta bildim
Hər şey əlimdən çıxarkən.
Cəsədə [...]]]></description>
Aforizmlər
		<description><![CDATA[Çevirib təqdim edən: XAN RƏSULOĞLU
1. Hətta iblis də öz cəhənnəmində nəzakətli və sözəbaxan mələklərin olmasını istəyərdi.
V.Qjeqorçik
2. Centlemen - ya da ki, səbrli qurd.
H.Tayarks.
3. Bədənin - ömür boyunca gəzdirdiyin yükdür. O nə qədər ağırdısa, səfərin də bir o qədər qısa olur.
A.Qlazqou.
4. Görəsən daha nə yeyək ki, bir balaca arıqlayaq.
Naməlum.
5. Puldan daha vacib şeylər var, amma pulsuz [...]]]></description>
Yapon şeiri
		<description><![CDATA[İmperator Nintoku (313-399)
Yüksək damına çıxıb köksümün
Boylandım sağa-sola
Gördüm balacalardan qalxan tüstüləri
Demək ki, vətəndaşlarım
Mətbəx keyfinə dalıblar.
İmperator Şotoku (?-?)
Bir payız tarlasındakı
Qarğıdalı saçaqlarının üstündə
Şimşəyin şaqqıldayıb söndüyü
O bir anlıq zamanında belə
Əlimdən gəlmədi səni unutmaq.
Tayasu Minetake (1714-1771)
Əllərimdə şərab qədəhi
Xoşuma gəlir bu axşam qarı
Bəs fırtına-tufan içində
Keçib getməli olanlar,
Necə gedirlər görən bu yolu?
İmperator Meije (1852-1912)
Yanında oturduğum manqalın
Külə batmışdı
O qıpqırmızı közləri
Birdən buza döndüm, xatırlayınca
Yağan [...]]]></description>
İran poeziyası
		<description><![CDATA[Qulamhüseyn Salami (1944-?)
Sıxıntı
Qəribəm burda
İstəmədən mən
Qərbin əlindən boşanmış atı
Çəkdi məni buraya
Şəhər
bomboş
şəfqətdən, təbəssümdən yana
sanki aş
başlatmış
böyük və qəmli köçünü
sıxıntı
qarabasan kimi çökdü üstümə
və tıxadı boğazımı
yağmur
döyəcləyir pəncərəni
mən siqaret çəkirəm
və tənhalıq
şüşələrin ardından
çağırır gecəyi evimin xəlvətinə
gecə qara ilan kimi
sürüşür içəri o sərilir önümdə
və dikir gözlərini müzdərib gözlərimə
dəyişdirir qabığını
şəfəqin sökülməsiylə.
Mən o avara yəhudiyəm:
Qürbət və sıxıntı vəbasının zəhəri
Yerləşmiş
Qərarsız ürəyinə
Və tənhalıq
Kök salmış
Bütün pərdələrinə...
ABBAS HƏKİM (1930-?)
BAHARA [...]]]></description>
Nazim Hikmət
		<description><![CDATA[Gözlərin
Gözlərin, gözlərin, gözlərin
İstər həbsxanama, istər xəstəxanama gəl
Gözlərin gözlərin gözlərin hər an günəşdə
May ayının axırında belə olur həmişə
Antalya tərəfdə əkinlər səhər - səhər
Gözlərin, gözlərin, gözlərin
Neçə dəfə qarşımda ağladı
Çırılçılpaq qaldı gözlərin
Altı aylıq uşaq gözləri kimi qocaman və çırıl çılaq,
Lakin bir gün də günəşsiz qalmadılar
Gözlərin, gözlərin, gözlərin
Gözlərin xumarlanmaq istəsin bir anlığına
Sevincli, bəxtiyar
Ola bildiyi qədər ağıllı və mükəmməl
Dillərdə dastana [...]]]></description>
Nərmin Hüseynzadə
		<description><![CDATA[                              Nərmindən iki hekayə
 Qarğa, gəl qon                  
Əvvəlcə Əlinin palçıqda şappıldayan ayaq səsləri, sonra isə gur, ciyiltili səslə oxuduğu mahnı  yağışın bu balaca kəndə hədiyyə etdiyi sükutu bir andaca pozdu. Əyninə boz, böyük pencək, qara yun jaket, tünd göy nazik şalvar qara rezin ayaqqabı geyinib küçədə veyil-veyil gəzən Əlini belə görməyə hamı öyrəşmişdi. Kənd camaatının gözünü yamanca [...]]]></description>
Günel Xəzəl
		<description><![CDATA[Darıxacaqsan
Hər ağaclar yarpaqların tökəndə,
Axşamlar al günəş qürub edəndə,
"Ayrılıq"sözünü eşidən dəmdə,
Məni xatırlayıb,darıxacaqsan! 
Umub açılacaq səhər çağından,
Ağrı sacılacaq hər an bağrından,
Qürurun enəndə vüqar dağından,
Məni xatırlayıb,darıxacaqsan!
Gözümdən axdıqca sel kimi yaşlar,
Duyacaq qəlbində sərt qaya daşlar,
Gəldikcə ömrünə bayağı çağlar,
Məni xatırlayıb,darıxacaqsan!
Sənə yaşatdığım sirli nağılçün,
Eşqimin tükənməz dayağı üçün,
Bütün varlığımla bağlanmağımçün
Yanıb-yaxılacaq,darıxacaqsan!
Bir gün dönəcəksən peşman qəlb ilə,
Dönüş olmayacaq o vaxt geriyə,
Küsüb öz-özünə,küsüb hər şeyə...
Təkcə [...]]]></description>
P. Koelhonun “Öküz arabasını satan dərviş” romanı çap olundu
   Çölçülər Ədəbiyyat Mərkəzinin və "Doqquz İklim" dərgisinin birgə layihəsi olaraq bu günlərdə  dünya şöhrəli yazar  paulo koelhonun  "Öküz arabasını satan dərviş" romanı “elm və təhsil”  nəşriyyati tərəfindən çapdan çixmişdir.  Kitabı dilimizə qazandiran şair Xanəmir Telmanoğludur. Kitab nəşriyyatin direktoru professor Nadir Məmmədlinin  dəstəyi ilə  işiq üzü görüb. 
 OSMANLININ COCUĞU  KOELHO
Artıq ədəbi cameamızda Koelho ismi çoxlarına mə­lum. [...]]]></description>
Elnaz Eyvazlı
		<description><![CDATA[“Sadəcə gedişin deyil yoxluğun …”
Həyat çox qəribədir. Əslində bu, nə mənim fikrim deyil, nə də yeni deyil. Hamı həyatdan ya küsəndə, ya da istədiyini ala bilməyəndə bunu deyir: həyat çox qəribədir. Bəs nədir, nədədir onun qəribəliyi? Heç kim həyatın üzünə durub onu qınaya bilmir, heç kim bu qəribəliyi onun üzünə vura bilmir. Çünki hərə öz [...]]]></description>
Salam Sarvanın doğum günü
		<description><![CDATA[Bu gün Azərbaycan ədəbiyyatının sevilən imzası, gözəl şair, dəyərli ədəbiyyat adamı Salam Sarvanın doğum günüdür. Bu münasibətlə www.doqquziklim.net portalının bütün əməkdaşları ŞAİRimizi səmimi qəlbdən təbrik edir, uğurlar arzulayır. Bu doğum günündə şairimizin maraqlı bir şeirini oxuculara təqdim edirik.
"A" böyük "a" balaca
A
Qorxmağa dəyməz…
Hündürlükdən atılmaqla
intihar edənlərin yarışında
yerə ən tez çatan da qalibdi.
Yıxılıb yol getməkdi
hündürlükdən yıxılmaq…
Darıxmağa dəyməz…
dünyada çox [...]]]></description>
Hikmət  Carçılı
		<description><![CDATA[Qərar (mini povest, psixlər üçün)
Bu mini povesti hərdən ağlını itirmək məqamına kimi
gəlib çatan mübarizlərə hədiyyə edirəm... 
I fəsil
Oktay o gün tezdən ayılıb bir aya yaxındı düşdüyü ruhi xəstəxanada səs küy eşidəndə başını tez yorğanın altına soxdu ki, ay aman başım getdi, bu nə səsdi, kəsin, artıq dözə bilmirəm, səbrim tükənir, ay aman, bu nədi?! Əslində [...]]]></description>
Səxavət Məhərrəm
		<description><![CDATA[Əsgərə Məktub
Salam əziz oğlum. Atan qurban olsun sənə.Azarlanıb eləməmisənki? Yaman nigaranam.Allah müharibə çıxardanın evin yıxsın .Balalarımız evindən-eşiyindən olub. Qız- gəlinlərimiz gözüyaşlı qalıb.Ancaq az qalıb, ay bala,lap az .Səbr etməliyik.Yəqin, bizi yaradan haqlını , haqsıza yem etməz!?Məndən nigarançılığın olmasın , pis deyiləm.Sən özündən muğayət ol.Yaradan özü kömək olsun bütün əsgər balalarımıza.Hamınız allaha əmanət olun.
Atan:Rüstəm
Rüstəm kişi məktubunu [...]]]></description>
Cəlil Cavanşirin “Alma” qəzetinə müsahibəsi
		<description><![CDATA[Yaltaqlıq, yarınmaq hesbına prezident təqaüdü alıb, müstəqillikdən, əqidədən danışmaq olmaz.
 Cəlil Cavanşir- Oğuz rayonunda anadan olub. İxtisasca tərcüməçidir. 2003-cü ildən Azərbaycan mətbuatında şeirləri, tərcümələri, publisistik yazıları çap olunur. www.doqquziklim.net ədəbiyyat layihəsinin rəhbəridir. II Nəsimi ədəbiyyat Müsabiqəsində poeziya nominasiyasında II yeri qazanıb. Azad Azərbaycan Televiziyasının əməkdaşıdır.
Niyə heç bir ədəbi təşkilatda təmsil
olunmursunuz?
 - Düşünürəm ki, ədəbiyyatda təşkilatlanma, cəbhələşmə, camaatlaşma [...]]]></description>