Doqquz İklim

Sərraf Balaxan
Keçəllərin və qeyri-keçəllərin şairi

II nağıl

Xanım hey!

“Hələ ki başında tük var, qədrini bil oğlum.” Qədrini bil. Bürcün şir, ilin at olsa da...

Müasir Azərbaycan şeirində yeni texnikanın ixtiraçısı, qeyri-səlist məntiqli şeirimizin yaradıcısıdır.

Nəsrinin və poeziyasının qəhrəmanı dili-dodağı qurumuş Kefli İsgəndərdir. O, İsgəndər ki, artıq 100 yaşına gəlib çatıb, amma yenə də dindirirsən belə deyir:

“Nə yanğı söndürmək, nə içmək üçün –

bir qurtum su verin tüpürmək üçün...”

Salam Sarvanın şeirlərini oxumamışdan qabaq bugünkü Azərbaycan şeirində qonşu olan iki misranın arasını ağ kağız kimi görürdüm. Sıfırla birin arasında başqa ədəd görməyənlər kimi. İndi isə...

Gözəlindən çirkininədək, yaxşısından pisinədək, mənfi birinci mərtəbədə qalanından göy üzündə yaşayanınadək hər kəs var bu misraların arasında. Əksliklərin görüş yeridir misra araları, Salam şeirində:

...Ya sök-ya tik, nə fərqi var,

bu daxma düzəlməyəcək.

Gəl sənə təsəlli verim –

darıxma düzəlməyəcək!

...Ürəyim qurumuş çay kimi dincdi...

Yerin ortası da təklərə küncdü.

Sən qız xeylağısan adın Sevincdi,

sən kişi deyilsən, adın Dərd deyil.

Misra misraya dayaq, nəsə də öz əksinə.

Adidə qeyri-adiliyin müşahidəsi və bu müşahidənin İlahi dildə inikasından doğulub bu şeirlər:

...Sonuncu tikəmi böldüm səniynən –

sonuncu tikə tək özümü kəsdim.

Bağışla, başladım şeir yazmağa

bağışla, İlahi, sözünü kəsdim

deyən şair Azərbaycan dilinin sözlərini, sanki, rəqsə dəvət edib. Toydan toya, yasdan yasa görüşən qohumlar, dostlar kimi sözlər də lüğətdən qopub başlayıblar bir-birilərinin sağ-soluna keçib oynamağa – dilimizdə yeni-yeni ballı ifadələr yaratmağa, özləri də bilmədən

“Hər gün neçə məktub yazıb cırıram,

cırıb tullayıram... poçt qutusuna.”,

“Bu qara günləri qara qır kimi

üstümə tökənnən dammıram daha.”,

“Salıb itirəsən xatirələri,

ancaq etbarlı əllərə düşə.”,

“Öləsən bir düşmən sevindirəsən,

Ardınca barı bir “sağ ol”un ola...”.

Oynat sözləri, şair, oynat. Özlərindən böyük balaları olan cümlələrin toyunda oynat onları –

Dur oyna, qadasın alım,

dur oyna – bu sən, bu hava...

Sümüyə düşən havadı

başıma gələn bu hava.

- deyə-deyə.

Şeirlərində öz içinin təsvirini, Ayın görünməyən tərəfinin mənzərələrini, köhnə, təzə qəbirlərin sinədaşının altında “ömür sürən”lərin obrazını yaradıb Salam Sarvan:

...Səni necə atım, necə, bilmirəm -

bir zərsən düşmürsən heç üzü üstə.

Şəklini asdığım mıx qalıb ancaq

sinə divarımın iç üzü üstə...

...Oxudun qurtardin məni,

nə çaşmısan, nədi, bala?!

Çevir torpağı o üzə,

ardım o üzdədi, bala.

... Qəbrində bir az da gözəlləşmisən,

ən qara saçın da burda ən ağdı...

Ölüb çürüməyi vecinə alma,

qəm yemə, sümüyün ətindən ağdı.

Başında tük bitən keçəllər, başı tüksüz keçəllər, kəndirbazlar, azadlar, pəhləvanlar, BOMJlar... qanunları sıxıb-sıxıb qaz halından maye halına çevirənlər, “pəncərəsi kamera divarından təqvim kimi asılmış məhkumlar”... “Daha kimlər?” öz ürəklərincə olan ömrlərini yaşayırlar Salamın şeirləri ilə qazdığı dağın dərinliyində, şeirləri ilə ucatdığı dərənin zirvəsində. (“Yerin məlum, sevdiyim.”)

Füzuli Leylidən, Vidadi zəmanədən, Sabir millətindən... hərə bir şeydən gileyli, Salam da ki, günündən və bir də, bir də bu bapbalaca Yer kürəsindən gileylidir.

Nə umurdu, niyə küsdü, günlərdən, Yerdən?

“Qara günlər çıxır kir kimi” səndən, Şairim, bu gedişlə, bəlkə, ağardız. Sən də, günlər də, “Gəl sənə təsəlli verim”.

Gileylən, şair, haqqın var:

...Yüz mahnı bəstələ sən də, nə xeyri –

biri də qırdığın bu simə düşmür.

Mübarək, Tanrı bir gün verib mənə,

o da ki qaradı, rəngimə düşmür...

... İndi o kəndirbaz ip altındadı...

Meydanlar yumru bir top altındadı...

O ağ gün illərin lap altındadı –

kömək et boşaldaq çölə bu ömrü.

Zamansız və qərarsız xaosun, kosmosun, fəzanın şairi olması onun Yerə olan münbasibətindən də bəlli. Poeziyamızda Yerə olan sevginin yönünü dəyişən Salamın şeirləri, eyni zamanda Yer obrazını da dəyişdi gözümüzdə:

... Atsana bu ağır çəkiylə məni –

yarı ruh-yarı can bölüb atsana.

Bu yer kürəsini çəkməmin altdan

bir lopa palçıq tək silib atsana.

... Boğulmaq da olmur, dayazdı dünya...

Bu ömrün dibi var, dənizi yoxdu.

Durub tullanasan bir çəpər üstdən,

düşəndə görəsən yer üzü yoxdu.

“Qəm eləmə, Yer kürəsi, sən də vətənsən – sərhəd dirəklərinin vətəni” deməklə barışmağa heç yer də qoymadın, Şair. Deputat olsam, – Yer kürəsinin deputatı, kosmosda müzakirəyə təqdim edəcəyim ilk məsələ Səninlə Yerin münasibətlərinin nizama salınmasına aid olacaq. Sonra səni kosmosa “Yer” adlı dinin təbliğinə göndərəcəm. Missonier olarsanmı, Şairim?!

Elnaz Eyvazlı
Kişi etirafı

Səndən ötrü darıxmaq deyil bu,

daha acı və dəhşətlidir.

Hər gecə evə gələndə,

əlimi qapının dəstəyinə atanda,

bütün əyləncələri geridə qoyub

xarabama şatanda

duyuram bu acını.

Sən heç vaxt qapını arxadan bağlamazdın.

Qapı həmişə üzümə açıq olardı.

Nəfəsin qapının o üzünüdən yandırardı məni…

Səndən ötrü darıxmaq deyil bu,

Daha üzücü və dəhşətlidir.

Yuxulu əllərimi balışına

vətən xainini qəbrə tullayan kimi tullayıram.

Səhərəcən buz kimi yataqda

it kimi ulayıram.

Qonşum deyir ki,

Bu gecə bir köpək bizi yatmağa qoymayıb.

Qayıt, məni saçlarınla yuvama zəncirlə.

Həsrətindən köpək olduğumu

biləcəklərindən qorxmuram.

Bu, gec-tez hamıya çatacaq.

Sahibsiz olduğumu bilsələr,

hərə bir daş atacaq.

Kirpiklərin yük götürüb,

dərdin-qəmin gözlərimə.

Sən öyrətdin ağlamağın,

yolun-çəmin gözlərimə.

Hər çiynimin öz mələyi,

küsüb səndən göz mələyi.

Necə vida söyləməyi,

qıydın həmin gözlərimə?!

“Can” deyəndə canım yandı,

Ah-naləm ərşə dayandı.

Yatan mələklər oyandı,

tökdü nəmin gözlərimə.

KEÇDİN

Əllərimi sənə açdım,

ətəyindən üzüb keçdin.

Baxmayanda heç baxmadın,

baxanda da süzüb keçdin.

Səndən başqa kimim vardı?!

Qəlbim oddu, əlim qardı.

Vüsal qəmi yandırardı,

qəmi qəmə düzüb keçdin.

Dərəcəkdim, gülüm sındı,

budaq küsdü, gül umsundu.

Baxıb sənə gülümsündüm,

dodağını büzüb keçdin.

Sevmək

Qanına yapışar, dostum

Bir balaca gənə kimi.

Gəmirər, didər içini,

Qəlbindən keçənə kimiş

Başa salmaq istəyərsən,

Çəkdiyin ağrını, dərdi.

“qanım ağrıyır,”-deyərsən,

Deyərlər bu sərsəridi.

Var gücünlə bağırarsan ,

Səsin də çıxmaz içindən.

Görəsən ki yavaş-yavaş

Hamı, hamı qaçır səndən.

Yeyər səni bir qurd kimi,

İçindən-içindən yeyər.

Sevmək budu, lənət olsun,

Çəkdiyin əzaba dəyər.

Bu yükü hardan götürdüm?!

İndi daşıya bilmirəm.

Yorulmuşam, necə verim,

hansı naşıya bilmirəm.

Qaldırım qoyum başıma,

götürüb atım çiynimə.

Yükümü yüngül eyləyim,

kürk kimi geyim əynimə.

Əlimdən alsalar əgər,

o da dəyəcək şəstimə.

Arada yastıq yerinə,

başıımı qoyum üstünə.

Bu yükü kim verdi mənə?!

Görsün, daşıya bilmirəm.

İçimdə bu boyda yüklə,

vallah, yaşaya bilmirəm.

Bizim kənddə daxmalar

Çiyin-çiyinə.

Bir-birinə söykənib

biri o birinin istisinə qızınar.

Yay olanda istilənib

bir-birindən buz umar.

Boyunları bükük-bükük,

boynubükük.

Ürəkləri geniş-geniş,

üzü qara.

Qapısından hər keçənə yalvara-yalvara

“Gəlin qonağım olun, ”- deyir.

Ayaqları yalın-yalın,

ayaqyalın

hər gələn ayağında bir çimdik torpaq gətirər.

Daxmalara ötürər.

Bizim kənddə daxmalar,

gün çıxanda sevinər.

Gülüb-gülüb gedərlər

ümidlərin dalınca.

Büzüşərlər yenə dəqış gəlib qar düşüncə.

Bu hiss, nə düşüncə?!

Elə ki yağış yağar,

bizim kənddə daxmalar

qoşulub bir-birinə

yağış kəsincə ağlar.

SƏNİN ÜMİDİN...

Hər kişinin öləndən sonra

Qəbri üstə ağlayası

Bir qarapaltarlı, gözəl qadına ümidi var.

Ramiz Rövşən

Görəsən, sənindəmi ürəyində

belə ümidin varmı?

Səndəmi istəyirsən

öləndən sonra

qəbrin üstə bir qarapaltarlı qadın ağlasın?!

Anan belə kirisə, o qadın kiriməsin.

İstəsən də, gətirmə

bu arzunu dilinə.

Yara vurma səninlə

bir yastığa baş qoyan

o zavallı gəlinə.

Çünki o arzunun, o ümidin o tayında

yastığından uzaq düşən,

həsrətindən ürəyinə sazaq düşən,

tellərini saymadığın,

tumarını duymadığın mən varam.

Qaçacam ömür boyu

yaşadığım bu dərdlərin əlindən.

Sığınacam daşa dönmüş köksünə.

Soruşma ki, ağlamaqdan

yaş qalıbmı gözlərimdə?

Bu sualdan yağış dəymiş torpaq qoxdu.

Gözlərimin bulağında sənin üçün

ağlamağa yaşım çoxdu.

Nə ürəyin göynəməsin,

nə döymürəm qəbrini.

Bircə onu deyərsən ki,

mən bu qızın qədrini

bilməmişəm bəs niyə?

Niyə salıb tərsliyə

yandırmışam, yaxmışam.

Mən necə axmaqmışam...

Xanəmir Telmanoğludan iki yeni kitab
Xanəmir Telmnanoğlu. Şair, yazar.

1971-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhərində dünyaya gəldi. Orta məktəbi Qubadlı rayonun Fərcan kəndində bitirdi. Sonra isə Türkiyə Cümhuriyətinin Mərmərə Unversitetinə  qəbul oldu.

İlk şeir kitabı da qardaş Türkiyədə “kül soyuğu “ adıyla çap olundu.

Azərbaycana gəldikdən sonra  “ ağğğbaaağ”, “osmanlı” adlı nəsr nümunələrini, “ saatım bağdadda qaldı”, “ qarğa beyni yeyənlərə namə”  şeir, “qoy vatikan sevinsin” adlı isə düşüncə kitabları işıq üzü gördü.

Hazırda  çap olunan  “ a mədəniyyətinin a lüğəti”  nəsr,  “ geriyə qayıdan mətinlər”  ədəbi düşüncələrini ehtiva edən kitablarıyla yanaşı, məhşur ispan yazıçısı Paulo Koelhonun   “Öküz arabasını satan dərviş “   tərcümə kitabları da çap olunub.

“ a mədəniyyətinin a lüğəti”   kitabında dilimizin təfəkkürcə bərpası məsələsini ortaya qoyan yazar, kitabda  mənası açılmayan sözlərimizin konkret  mənasını  açmağağa nail olur. Bu əsədə hər söz bir obraz kimi çıxış edir. Kitab indiyə kimi təkrarlanmamış bir üslubda qələmə alınıb.

İkinci “ geriyə qayıdan mətinlər “ kitabında  ədəbiyyatımız üçün maraqlı bildiyi tezislərlə çıxış edir. Bu tezislər :

-         Bizdə yazılı ədəbiyyat olmayıb

-         Yeni şeirə yeni qafiyə təklifi.

-         Ədəbiyyatda energetik dil

-         Milli deyil irfan

-         Mətinlərdə və-dən, ki-dən imtina Kimi yanaşmalardan ibarətdir. Kitabda şairin eksperiment yazılarından nümunələr də yer almışdır.

Avstrya Poeziyası
Paul Ceylan  (1920-1970)

Payız günəşlərindən

Boşluqda bir iz

Burda

Onunla da

Savaşmalısan

Gurultular arasında başlanğıcımıza bənzər

Olduğu kimi, mənə rast gəldiyin vadidə,

Yenidən qururam - hansı ki, o,

Bilirsən: görünməyən

Duyulmayan

Səs verən qutuyu.

Sonsuzluqlar üzərindən,

Əsərcəsinə ölmüş,

Bir məktub, hələ ki,

Yara almamış

Barmaqlarına toxunmaqda,

Parlayan alın

Bu tərəflərə gəlib,

Nizamla yerləşməkdə

Qoxuların, gurultuların arasına.

Yağışla dolmuş salın üstünə

Sükutun o saxta çərənləməsi yayılmış.

Sanki duya bilirmişsən,

Sanki səni hələ sevirmişəm.

SƏN mənim ölümümdün:

Səni tuta bildim

Hər şey əlimdən çıxarkən.

Cəsədə dönmüş tabutlar,

Bıçaq kürəyində yüyürərək keçmək

Aralarından, sırıl sıxlam

İliklər işləmiş dünyayala,

Hikmət ovuna çıxaraq,

Hikmətdən qaçaraq.

Qaranlığın yasağından qara

Qalıntıları, duyulanlarla görülənlərin,

Min bir nömrəli yataqxanada

Gecə-gündüz

Polka:

Səni elmlə dəyişdirirlər,

Yenə

O olursan.

Gecəyə dalmaq, yadıma hazır,

Ağız yerinə

Ulduz keçirən

Bir titrək yarpaq:

Ağacın boyunca

Daha bir şeylər var.

Dəlicəsinə xərclənəcək.

Çoxdan uzanmışdıq

Çalıların arasına

Sən nəhayət

Sürünərək gəldiyində.

Amma uzatmadıq qaranlığımızı

Sənə qədər:

Qaranlıq yasağı

Başlamışdı.

İt, uzaqlaş

Qollarımın arasından.

Al yanına

Nəbz atışlarımdan birini,

İçində gizlən,

Çöldə.

NECƏ DƏ ÖLMƏKDƏSƏN MƏNDƏ:

Köhnəlmiş

Son bir

Nəfəs yumağında belə,

Bir damcı

Həyat kimi

Varsan.

Üstü yazılmamış

Kağızlardan

Oxunmuş məktub,

Üstündə

Ölü təqlidi

Reflekslərinin

Üç gümüş lotanın çölündəki

Quruşunun və gümüşü zənciri.

Bilirsən: cəsarət

Sənin üzərindən keçəndi, hər zaman.

Dua edən əli

Havadan

Kəsib çıxar

Gözlərin qayçısıyla,

Barmaqlarını

Öpücüklərinə geydir:

İndi zaman, duaya

Qovuşmuş əllərin fırtınasıdır.

Sonsuzluqlar keçdi

Üzündən, keçib uzaqlara getdi.

Bir yanğın, ağrıdan söndürdü

Bütün muma çevrilənləri.

Burda olmayan bir yaşıl,

Övliyaların dəfn etdikləri,

Durmadan dəfn etdikləri daşın

Çənəsini, xəfifdən

Tükləndirdi.

Təqdim edəni: Ayişə Haqqıxlı

Aforizmlər
Çevirib təqdim edən: XAN RƏSULOĞLU

1. Hətta iblis də öz cəhənnəmində nəzakətli və sözəbaxan mələklərin olmasını istəyərdi.

V.Qjeqorçik

2. Centlemen - ya da ki, səbrli qurd.

H.Tayarks.

3. Bədənin - ömür boyunca gəzdirdiyin yükdür. O nə qədər ağırdısa, səfərin də bir o qədər qısa olur.

A.Qlazqou.

4. Görəsən daha nə yeyək ki, bir balaca arıqlayaq.

Naməlum.

5. Puldan daha vacib şeylər var, amma pulsuz onları ala bilməzsən.

P.Merime.

6. Dərd çəkmək - avaralanmağın bir növüdür.

S.Conson.

7. Günahı insanlar yaradıb, amma onun ilahi bir dadı var.

Mey Uest.

8. Dissertasiya mövzusu: "İnsanlığın tarixində insanın rolu"

S.Y.Lets.

9. Gündəlik yazan adam, çox şeyləri ona görə edir ki, gündəliyə yazmağa nə isə olsun.

K.F.Qebbel.

10. Özünü izləməklə gündəlik yazmaq - özünü tanımayacağın dərəcədə dəyişməkdir.

Pol Klodel.

11. Göstərişlə edilən xeyirxahlıq - xeyirxahlıq deyil.

İvan Turqenev.

12. Xeyirxahlıq etmək xeyirxah olmaqdan daha asandır.

J.Volfram.

13. Evi nümunəvi qaydada saxlayan xanımlar - adətən o arvadlardır ki, daha çox evlərini sevirlər, nəinki ərlərini.

Yanina İpoxorskaya

14. Bizim bir çox dostlarımızın başlıca səhv cəhətləri - onların dostlarıdır.

Naməlum.

15. Kahinlərə bircə dəfə baş əymək, Allaha yüz dəfə baş əyməkdən daha çox fayda verir.

S.Y.Lets.

16. Əgər qəlb özünü hər dəfə bədənin hesabına xilas etməyə çalışırsa, onda qəlb ilə bədəni harmoniyasına necə nail ola bilərik ki?

S.Y.Lets.

17. İblisin gücü onun mələk səbrindədir.

S.Y.Lets.

18. İblislər iki cür olur: cəzalandırılmış mələklər və özünə karyera qazanmış adamlar.

S.Y.Lets.

19. Yəhudilər ona görə üstünlük qazanırlar ki, onları bərabərlik hüququndan məhrum ediblər.

Maks Nordau

20. Yəhudi qızıl olmalıdır ki, heç olmasa gümüş sayıla bilsin.

Leon Xarrison

21. Oxucu, bil ki, müdriklik şikayəti azaldır, iztibarları yox.

Kozma Prutkov

22. Biz hər şeyi əldə etmək istəyirik. Guya ki, onlara sahib çıxmağa vaxtımız da var.

Böyük Fridrix.

23. Onun günahla dolu xeyirxah arzuları var idi.

S.Y.Lets.

24. Əgər adama heç nə gərək deyilsə, deməli onda nə isə çatışmır.

Mixail Qenin.

25. Bizim arzularımız hər zaman kiminsə imkanları ilə məhdudlaşır.

İ.Klimoviç.

26. Bütün insanlar - bacıdırlar. Feminist şüar.

27. Nə zaman ki, evdə döşəməni yuyanın və ya fahişənin roluna uyğun olmayan bir söz söyləyirəm, hər dəfə məni feminist adlandırırlar.

Deym Rebekka Uest.

28. Azad qadın - elə bir qadındır ki, hələ özünə ondan asılı ola biləcək bir kimsə tapa bilməyib.

Saşa Qitri

29. Rəssam öz gördüyünü yox, başqalarının görəcəyini çəkir.

Pol Valeri

30. Sonuncu səfeh də rəsm çəkə bilər, onu satmağı isə yalnız ağıllı adam bacarar.

S.Batler.

31. Yaxşı rəssam qaçan adamı onun ayaqlarını göstərmədən də çəkə bilər.

Karl Kraus.

32. Həvəskar - rəsm çəkməyə də imkanı olsun deyə, haradasa işləməyə məcbur olan insandır. Peşəkar isə - rəsm çəkməyə imkanı olan adamdır, çünki onun işləyən arvadı var.

Ben Şan.

33. Hər dəfə portret çəkdikdə, mən dost itirirəm.

Con Sarcent.

34. Primitiv rəssam - əsərləri yaxşı satılan həvəskardır.

Enn Mozes.

35. Həyat səyahətdir, ev deyil.

F.Feldxaym.

36. Həyat - Allahın gördüyü yuxudur.

Xorxe Luis Borxes.

37. Həyat - yalnız uşaqlara bağışlanan, mənası bir oyuncaqdır.

Bill Monvill.

38. Həyat - öz sifətini tapmaq üçün müxtəlif güzgülərə baxmaqdır.

V.Bartoşevski.

39. Haqqında düşündükcə həyat - bezdirici, onu yaşayınca - gözəldir.

Karl Kord.

40. Asan yaşamaq çox çətindir. "Pşekruy"

41. Yalnız bircə şeydə həyatdan şikayətlənə bilmərik: o heç kimi saxlamır.

Seneka.

42. Həyatda sizə heç nə vəd olunmayıb. Sizinlə heç bir müqavilə bağlanmayıb.

Çarlz Bukovski

43. Bizlərdən hər birimiz öz ömrümüzü yalnız rejissorun ucbatından alınmamış olan film sayırıq.

S.Vrublevski

44. Ömrümüz boyunca istəmişik ki, az qoyub, çox götürək, sonra da deyirik ki, həyat bizi aldadıb.

A.Lesnevski.

45. Həyat insanların vaxtını çox alır. S.Y.Lets.

46. Bizim həyatımızda baş verən ən vacib iş çox vaxt bizsiz olur.

Salman Ruşdi.

47. Həyatımız qaralamaya bənzəyir.

Jül Rener.

48. Əgər həyatın sənin üzünə gülümsəməsini istəyirsənsə, qabaqca sən özün həyatın üzünə gülümsə.

Con E.Smit.

49. Həyatın əvəzinə - sağlam həyat tərzi.

M.Jvanetski.

50. Belə yaşamaq olmaz, başqa cür də bacarmırıq.

Boris Krutiyer.

Yapon şeiri
İmperator Nintoku (313-399)

Yüksək damına çıxıb köksümün

Boylandım sağa-sola

Gördüm balacalardan qalxan tüstüləri

Demək ki, vətəndaşlarım

Mətbəx keyfinə dalıblar.

İmperator Şotoku (?-?)

Bir payız tarlasındakı

Qarğıdalı saçaqlarının üstündə

Şimşəyin şaqqıldayıb söndüyü

O bir anlıq zamanında belə

Əlimdən gəlmədi səni unutmaq.

Tayasu Minetake (1714-1771)

Əllərimdə şərab qədəhi

Xoşuma gəlir bu axşam qarı

Bəs fırtına-tufan içində

Keçib getməli olanlar,

Necə gedirlər görən bu yolu?

İmperator Meije (1852-1912)

Yanında oturduğum manqalın

Külə batmışdı

O qıpqırmızı közləri

Birdən buza döndüm, xatırlayınca

Yağan qar altında dərin basdırılanları.

Horiduxi Daiqaku (1892-?)

BOYUNBAĞI

Bir ip

Keçirə bilsəydim

Göz yaşlarımın içindən

Sənə bir boyunbağı

Düzə bilsəydim kaşki.

QUM YASTIĞI

Sevda

Başını astaca qoya biləcəyin

Bir qum yastığıdır.

Bir az

Düzəldək üst-başımızı

Örtək açılan dizlərimizi

Dikib gözlərini bizə baxır

Qiyamət kimi ulduz.

Tanaka Fuyuji

YAPONİYADA PAYIZ

Yaponlar

Xrizantem yarpaqları yeyirlər

Budda oxuyan xrizantem yarpaqları.

Yaponlar

Qızarmış xrazantem yarpaqları yeyirlər

Soya lobyasından bir tomata

Batıra-batıra.

Ey Pyer Lotinin

İşsiz yapon payızı.

Ueda Şiru (1898-?)

REZİSTANS

Ətrafdakı bütün saatların

Çəmbərlərini qırıq-qırıq

qırıb parçalamaq istəyirəm.

Elə taqqıldayırlar ki,

Qum çeynəyirlər sanki.

Çevrəmdəki bütün saatlar,

bütün saatlar.

Mərmər bir sütun kimi

Eləsə heç bir şeyə dirənmədən

Dikilib durmaq istəyirəm.

Qorxmaz bir top mərmisi kimi

Bu işıqlı dünyada

Uçub getmək keçir könlümdən.

Nəhəng bir reflektor olub

Gözəl ulduzların

Elektrik dalğalarını

Tutmaq istəyirəm.

Miyoşi Tatsuji (1900-?)

QAR

Dandin dan dan dana dan

Qarlar yağır havadan

Taro yatsın deyə

Taronun damına

Jiro yatsın deyə

Jironun damına.

Fukuhara Kiyoşi (1901-?)

UZAQLARDASINIZ

Ey əski sevdalarım

Elə uzaqlardasınız ki.

Qütb ulduzundan ötədəsiniz

Gecələr ulduz asan tapılır

Amma xatirimdə sizlər

Elə dumanlısınız ki,

Qoxunuzun nəyə bənzədiyini belə

Tapıb söyləyəmmirəm.

İvasa Toixiro (1905-?)

MÖVSÜMLƏRİN DƏYİŞMƏSİ

Çıxıb gəlirsə

Qarlarda gizlənən bahar

Gilas çiçəklərinin

Düşən yarpaqcıqları

Yazın toxumları olurlar

artıq

Qış gəlişini

Tökülən yarpaqlardan

Səssizcə pıçıldayır bizə

Poçt kartlarıyla.

İçlərində şair yaradılışlı

yalnız payızdır.

Gələcəyini

Telefonda yumşaq bir səslə

Xəbər verir öncədən.

Nakahara Çuya (1907-1937)

BİR QIŞ GÜNÜ XATİRƏSİ

Axşamüstü

Soyuq rüzgarın altında

Bir sərçəylə oynayıb duran

Uşağın biri

Gecə birdən birə

Öldü.

Ertəsi sabah

Hər tərəf buz bağlamışdı.

Qardaşı teleqraf vurmağa getdi,

Ana bütün gecə

İçin-için ağlayıb, sızladı.

Uşağın atası vəzifəliydi,

dənizdəydi.

Bu olanlardan sonra

Nə oldu sərçəyə

Heç kim bilmədi.

Qarayel ağappaq etmişdi küçələri

Bir su vedrəsi çatladı

Və cavab gəldi atadan:

(Allahın hər günü hər tərəf buz)

«Gələ bilmirik həhəlik»,

Bəs o anaya nə oldu?!.

Bu gün məktəbdə

O teleqrafı göndərən qardaş

Danlandı, pisikdi.

Sakamota Etsuro (1906-?)

METRO

Allahın hər günü yalançılarla

Bir tabuta girirəm.

Bir təlaş, bir tələsmə. Sonra

Gir qal, baxaq öz tabutuna.

Harayamı, ver əlini şəhər

Yəni canlı-canlı gömülməyə.

AĞ TUMURCUQ

Bir bahar sabahı vaxtı

İlıq süd kimi

Mələklər çəmənə enmişlər

gimnastika edirlər

göy qübbəsinin cəmi altında

tumurcuqları əlləri ilə açırlar.

Sən də bəyaz bir döşəkdə

Hələ yatıb xumarlanırsan.

TƏRCUMƏ: ALPƏR ATILLA

İran poeziyası
Qulamhüseyn Salami (1944-?)

Sıxıntı

Qəribəm burda

İstəmədən mən

Qərbin əlindən boşanmış atı

Çəkdi məni buraya

Şəhər

bomboş

şəfqətdən, təbəssümdən yana

sanki aş

başlatmış

böyük və qəmli köçünü

sıxıntı

qarabasan kimi çökdü üstümə

və tıxadı boğazımı

yağmur

döyəcləyir pəncərəni

mən siqaret çəkirəm

və tənhalıq

şüşələrin ardından

çağırır gecəyi evimin xəlvətinə

gecə qara ilan kimi

sürüşür içəri o sərilir önümdə

və dikir gözlərini müzdərib gözlərimə

dəyişdirir qabığını

şəfəqin sökülməsiylə.

Mən o avara yəhudiyəm:

Qürbət və sıxıntı vəbasının zəhəri

Yerləşmiş

Qərarsız ürəyinə

Və tənhalıq

Kök salmış

Bütün pərdələrinə...

ABBAS HƏKİM (1930-?)

BAHARA İNANMIRAM

Gəl, açaq pəncərələri

Baxışlarını gözümdə yıxa

Lalənin qanıyla al-al olmuş ruzgarın yolu

Qəfəsimi yanında götür.

Bir daha aç

Bu qalın divarın ardında.

Günü təranələrlə qumrular doldurmuş

Bu vəhşi göyərçinləri

Bıraq əllərimin xəlvətinə;

İsit məni

Yalnızlıqdan

İnana bilmirəm bahara.

TİMUR GORGİN (1934-?)

BUDUR PƏHLƏVAN

Pəhləvan deyildi o

Ömründə heç görməmişdi

Ər meydanı

Yoxdu köksündə

Qızıl medallar

Ama...

Öz həyatının pəhləvanıydı O

Hər gün umutla.

İşləyərək, çörək oğurlayardı günəşin çanağından

Atınca yorğun bədənini axşam evə

Təkrar yksəlirdi göy üzünə

Uşağının, xanımınan sevinc çığlığı;

- bir parça çörək gətirdi:

Pəhləvan budur.

ASKAR VAKİDİ (1940-?)

Aşıqların səsi

izn vermədilər bizə

aşiqanə şeir söyləmək üçün

bizə izn vermədilər Muşfiq olmaq üçün

meyxanədə gizli göz yaşlarıyla

təkrarlanan gecəmizi gündüzə çıxardıq

ağaclara, sükuta sığınaraq.

İzn vermədilər bizə

Həbərsizliyin ən əziz ləhzələrində

Susqun könüllərimizin xətrinə

Ən hisli günləri düşünmək üçün

Fəzanı doldurmaq üçün xatirələriylə

Uyuyan, xəstə şəhri

Qəzəllərimizin çıl-çırağıyla bəzəmək üçün.

Ey ən bərrak sevgi, oxşayım bulağı

Daha görkəmlisən payız günlərindən

Aramızda axmaqdadır zamanın uzun gecəsi

Yaxşı bilirsən sən

Ayrılıq illərini necə keçirdiyimizi

Xatirələrlə dolu bu küçənin içindəykən

Yanğılanır aşiqanə mırıltı

Və gözləyiş dolu pəncərənin ağzı.

Necə deməli? Ey gözəlliyin əsası

Bu lənətlik zaman

Bu tozlu hava

Atəşlə duman arasında süzən bu fəza

Ağlığın qara günləridir

Əsla fürsət vermədi bizə

Düşünmək üçün ən hirsli anları...

TəQDIM EDəN: ALPəR

Nazim Hikmət
Gözlərin

Gözlərin, gözlərin, gözlərin

İstər həbsxanama, istər xəstəxanama gəl

Gözlərin gözlərin gözlərin hər an günəşdə

May ayının axırında belə olur həmişə

Antalya tərəfdə əkinlər səhər - səhər

Gözlərin, gözlərin, gözlərin

Neçə dəfə qarşımda ağladı

Çırılçılpaq qaldı gözlərin

Altı aylıq uşaq gözləri kimi qocaman və çırıl çılaq,

Lakin bir gün də günəşsiz qalmadılar

Gözlərin, gözlərin, gözlərin

Gözlərin xumarlanmaq istəsin bir anlığına

Sevincli, bəxtiyar

Ola bildiyi qədər ağıllı və mükəmməl

Dillərdə dastana çevrilər dünyaya sevdası insanın

Gözlərin, gözlərin, gözlərin

Payızda bax elə o cür olur şabalıd ağacları Bursada

Və yay yağmurundan sonra yarpaqlar

Və hər fəsil və hər saat İstanbul

Gözlərin, gözlərin, gözlərin

Gün gələcək, gülüm, gün gələcək

Qardaş insanlar bir - birinə

Sənin gözlərinlə baxacaqlar, gülüm,

Sənin gözlərinlə baxacaqlar

QADINLARIMIZIN ÜZÜ

Məryəm ana Tanrını dünyaya gətirmədi

Məryəm ana Tanrının anası deyil

Məryəm ana analardan bir ana

Məryəm ana bir oğlan doğdu

Adəmoğullarından bir oğlan

Məryəm ana buna görə gözəldir bütün surətlərində

Məryəm ananın oğlu buna görə öz oğlumuz kimi

Doğmadır bizə

Qadınlarımızın üzü ağrılarımızın kitabıdır

Ağrılarımız, eyiblərimiz və tökdüyümüz qan

Şumlayar qadınların üzünü

Və sevinclərimiz vurar gözünə qadınların

Göylərdə bərq vuran dan yeri kimi

Xəyallarımız üzündədir sevdiyimiz qadınların

görək ya da görməyək qarşımızda dayanıblar

Gerçəyimizə ən yaxın və ən uzaq

1962

XOŞ GƏLDİN

Xoş gəldin!

Kəsik bir qol kimi

Çiynimizdə idi boşluğun…

Xoş gəldin!

Ayrılıq çox çəkdi

Dözdük,

Gözlədik…

Xoş gəldin!

Biz

Necə qoyub getmişdinsə

Eləyik

Bir az da ustalaşmışıq daş sındırmaqda

Dostu düşməndən ayırmaqda…

Xoş gəldin!...

Yerin hazır

Xoş gəldin

Dinləyib deyəcəyimiz çox

Fəqət uzun sözə vaxtımız yox.

GƏZİŞƏK

1932

YOLÜSTÜ

Yolüstü işlərim var başa vurulası,

yol üstü

ceyranı xilas elədim ovçunun əllərindən

amma hələ ayılmayıb.

Portağalı qopartdım budağından

Amma hələ soyulmayıb.

Oldum ulduzlarla canbirqəlbdə

Amma sayısı dəqiq sayılmayıb.

Quyudan çəkmişəm suyu

Amma bardaqlara süzülməyib.

Güllər düzülüb siniyə

Amma daşdan fincan oyulmayıb.

Sevdalardan doyulmayıb

Yolüstü işlərim var başa vurulası,

yol üstü

iyun 1959

PAYIZ

Günlər get gedə qısalır,

Yağmurlar yağacaq bir azdan.

Qapım sonuna kimi açıq gözlədi səni

Niyə belə gecikdin?

Süfrəmdə bibər, duz, çörək

Cürdəyimdə sənin üçün saxladığım şərabı

İçdim yarısına kimi tək başıma

Səni gözləyə - gözləyə.

Niyə belə gecikdin?

Fəqət bax ballı meyvələr

Budaqlarında olduğu kimi qalır

Bir az da geciksəydin düşəcəkdilər torpağa

Bir az da geciksəydin əgər…

XƏBƏR

Onlardan bir xəbər gəldi

Ordan

Onlardan.

Köynəkləri çirkli deyilmiş

Çatıq deyilmiş qaşları

Yalnız yalnız bir az

Uzanıbmış saqqalları.

«Yandıq!»

deməyiblər

dözüblər bilirəm.

«Dözdük, dayandıq!»

deməyiblər

gözlərindən gülərək

baxırlarmış Adama.

Gicgahlarında təptəzə bir yara var imiş ancaq,

Çatıq deyilmiş qaşları

Yalnız yalnız bir az

Uzanıbmış saqqalları…

Nərmin Hüseynzadə
Nərmindən iki hekayə

Qarğa, gəl qon

Əvvəlcə Əlinin palçıqda şappıldayan ayaq səsləri, sonra isə gur, ciyiltili səslə oxuduğu mahnı  yağışın bu balaca kəndə hədiyyə etdiyi sükutu bir andaca pozdu. Əyninə boz, böyük pencək, qara yun jaket, tünd göy nazik şalvar qara rezin ayaqqabı geyinib küçədə veyil-veyil gəzən Əlini belə görməyə hamı öyrəşmişdi. Kənd camaatının gözünü yamanca qorxudan yağış, palçıq heç onun vecinə də deyildi. Eləcə oxuyur, yoldan keçənə sataşır, zarafat edir olmayan dişlərini bütün gün çöldə qoyurdu. Tətil ərəfəsi olduğu üçün Mələk nənənin böyük nəvəsi Elnur kəndə qonaq gəlmişdi. Onun fərqli görünüşü, çiyinlərinə düşən uzun hamar saçları, geyimi və həmişə özü ilə gəzdirdiyi gitarası Əli üçün əməllicə başlı əyləncə mövzusu idi. O  həmişə Elnura “qara qarğa” deyə  sataşsa da,  Elnur cavab vemir, gülümsəyərək yoluna  davam edirdi. Bu gün isə Elnur tək deyildi. Yanında şəhərdən gələn narmanazik, gözəl uzunsaçlı bir qız da vardı. Əli əvvəlcə buna məhəl qoymayıb adəti üzrə yenə də Elnura söz atdı. Üzünü çevirib getməyə hazırlaşırdı ki, gözləmədən bir səs eşitdi. Elnurun yanındakı gözəl qız acıqla Əliyə tərəf  çevrildi, asta səslə dedi “tərbiyəsiz, hələ bir özünə bax nəyə oxşayırsan!” Söz, sözdən daha çox qızın baxışları Əlini yamanca silkələdi. Ayağını yerlə sürüyə-sürüyə  küçənin tininə gəldi, balaca daşın üstündə oturub bu kənddə insandan daha çox olan qarğalara həvəssiz-həvəssiz daş atmağa başladı.

... Səhəri gün, Əli yuxudan olduqca gec oyanmışdı. Tənbəl-tənbəl qapıya yaxınlaşdı birdən nə düşündüsə dayanıb güzgüyə baxdı.Gah əlləri ilə cod saçını hamarladı, gah da mırıq dişlərinə baxdı. Əynini geyinib əl üzünü yudu. Tünd göy rəngli nazik şalvarını yun corablarının içinə saldığı üçün ətəkləri həmişə qırışmış olurdu. Əli aşağı əyilib şalvarın ətəyini əli ilə dartışdırıb hamarlamağa başladı. Sonra isə üst başının tozunu elə evdəcə çırpıb qara jaketini hamarladı. Pencəyini geyinib uzun qollarını səliqə ilə qatdaladı. Aerodroma bənzəyən papağını əlinə götürdü, nə fikirləşdisə yenidən çarpayının üstünə atdı.  Bir də güzgüyə baxıb həyətə düşdü, rezin qaloşlarının palçığını daşa divara sürtüb zülümlə təmizlədi. Sonra təndirin yanındakı dəsmalı götürüb qaloşlarını parıldatdı. Əlini cibinə qoyub özündən razı-razı küçəyə tərəf yollandı.

Elnurla Şəbnəm qapılarının ağzındakı taxta oturacaqda oturub söhbət edirdilər. Deyəsən Elnur Şəbnəmə gitarada nə isə göstərir, Şəbnəmsə elə hey gülürdü. Əli yavaş –yavaş onlara tərəf getdi. Olduqca məlahətli səslə salamlaşdı. Elnur gülümsəyərək ona salam verib onlarla oturmağı təklif etdi. Əli elə bunu gözləyirmiş kimi  onların yanında əyləşdi. Şəbnəm dünəndən Əliyə qarşı hələ də hirsli olduğundan ona tərəf baxmırdı. Elnur ordan-burdan söhbətə başladı. Əslində onlarla söhbət etmək Əli üçün çətin idi. Nə qədər özünü mədəni göstərmək istəsə də bəzən yenə yersiz sözlər işlədir, arada yenə Elnura qara qarğa deyib qışqırmağı düşünürdü. Ancaq Şəbnəmin acıqlı baxışları və üzünün quruluşu onu silkələyir, mədəni olmağa məcbur edirdi.   Elnur isə Əlinin bugünkü səliqəsindən hər şeyi başa düşmüş, Əlini çox istəməyə başlamışdı. Nəhayət onlar uzun çəkən söhbəti yavaş-yavaş yekunlaşdırırdılar. Ancaq Əli yaman fikirli görünürdü. Elnurun əlindəki gitaradan, Şəbnəmin gitaraya olan  marağından Əli elə bilirdi  ki, seçilmək, onlara bənzəməkçün  mütləq onun da gitarası olmalıdı.   Bu fikir əməlli başlı onun beyninə batmışdı. Artıq günortadan bir xeyli keçmişdi. Əli çox ac idi. Yenə həmişəki qayda ilə oxuya-oxuya evlərinə tərəf gəldi, qapını təpiklə açıb içəri keçdi. Həmişəki kimi qaloşları palçıq olmuşdu. Əlini yumadan süfrəyə oturub çörəyi parçaladı. Anasına tərəf  burulub dedi. Mənə pul lazımdı şəhərə gedirəm, gitara alacam. Anası təəccübləndisə də Əliyə heç nə deyə bilmədi. Köhnə yaylığını açıb çoxdan bəri yığdığı pulu ona verdi.

Artıq bir-neçə gün keçmişdi. Əli yenə hər səhər evdən səliqə ilə çıxırdı gitarası isə çiynindən əskik olmurdu. Hər gün Elnurgillə söhbətləşir, özünü tərbiyəli, mədəni göstərməyə çalışırdı. Yenə hərdən çaşır kobud sözlər işlədir sonra isə çətinliklə səhvini düzəldirdi. Artıq Şəbnəmin də Əliyə münasibəti fərqli görünürdü. Ancaq nədənsə hər dəfə onlarla söhbətləşəndən, görüşəndən sonra özünü əməlli başlı yorğun hiss edirdi. Bu günsə Əli yuxudan duran kimi  kəndin baş tərəfindəki boş sahəyə gəlmişdi. Gitarasını yanındaki daşa söykəyib yerdə oturdu.. Fikirli-fikirli ondan bir az uzaqda yerə qonan qarğalara baxırdı. Arada heç kimin olmamasından istifadə edib qarğalara daş atıb halından məmnun şəkildə gülümsəyirdi. Bu an,  uzaqdan Elnurun gəldiyini görüb qeyri ixtiyari  var gücüylə QARĞAAAAAAAAAAA deyə bağırmışdı ki, gözü Şəbnəmə sataşdı.Çaşqın bir halda gitarasını götüdü, üzünü yerə  qonan qarğalara tutub sözünə davam etdi: Qarğa, gəl qon gitaramın siminə......

Uzaqlardan  3 məktub....

Sənə uzaqlardan məktub yazıram.  Salamlaşmağı unutdum   salam. Necəsən?  Yəqin canlı danışsaydıq sən də məndən soruşacaqdın necə olduğumu. Mən də sənə düşünmədən yaxşıyam deyəcəkdim. İndi düşünərək yazıram ona görə də nə cavab verəcəyimi bilmirəm.Əslində necəsən ən çətin sualdı. Nəysə, çox uzatdım

İndi musiqiyə qulaq asıram. Uzaqdayam, uzaqdan sənə yazıram...Ağacın altında, otun üstündə oturmuşam.Yerim narahatdı amma. Estetika naminə otda oturmağı sevir insanlar. Ancaq həmişə şalvarlarına görə narahat olurlar. Bir az yorulmuşam. Gəl mənasız şeylərdən danışaq. Məsələn, indi yediyim “m&ms”-dən   . qırmızılarını seçib yemişəm. Yaşılla qaraları qalıb, 2 dənə də sarısı.:) Mən də ədalətsizəm, rənglərə qarşı ədalətsizlik edirəm həmişə.Günorta dolma yeyirdim. Birdən qoyun yadıma düşdü. Qoyun öləndə görmüşəm. Gözləri açıq qalır. İnsanlar pişik kimidir.

Ət yeyirlər. Heyvanları yeyirlər. Kaş dovşan olardım. Dovşanlar dünyanın ən xeyirxah, yaxşı canlılarıdır çünki. Vegeterian olur onlar. Pişiklər isə dovşan balalarını yeyir,insanlar dovşan balalarını yeyən pişikləri yemirlər. İnsanların da balaların heç kəs yemir. Dovşan əti daddı olur deyir əmim    Burda bir daxma var. Uşaq vaxtı çəkdiyim ev şəklinə oxşayır. Bircə bacasından tüstü çıxmır. Həmişə qıpqırmızı gün də çəksəm, bacada tüstü çəkərdim.Bilmirəm niyə. Birazdan altında oturduğum ağacın budağına toyuqlar qonacaq.Hə, təəccüblənmə.Burda toyuqlar ağacda yatır   Ayaqqabılarımı səhv geyinmişəm.Uşaqlar kimi.Əslində uşaqlar daha ağıllıdı. Bilirsən niyə? Ayaqqabılarını sən də tərs geyinsən bilərsən...

Toyuqlar ağaca qonmamış,qalanın yanından bic-bic baxan pişik dovşan balasını yeməmiş,bir də ki, mən acmamış mənə məktub yaz. Axşama yenə ət yeyəcəyik deyəsən...

Nə qədər ki, uzaqlardayam, mənə yaz....

Sənə uzaqlardan ikinci məktubumu yazıram.İndi hər şey fərqlidir. Nə mən ağacın altındayam, nə toyuqlar ağacın üstündə. Yağış yağır. Portret yaratmışam. Köhnə taxta pəncərədən yerə daş kimi çırpılan vəhşi yağışa baxıram. Tərpənmirəm, donmuşam.Şəkil kimiyəm.Dovşanın gizləndiyi yerdən pişiyin səsini eşidirəm. Yağış yağır, mən uzaqlardayam. Səndən də uzağam, dovşandan da. Nə ona nə sənə çatır əlim.Darıxıram, üşüyürəm. Fransanı düşünürəm indi. Parisdə olmağı arzulayıram. Bilirəm ki, bu il gedə bilməyəcəyəm Parisə. Bəlkə də heç caxt görə bilməyəcəyəm Temzanı.Ancaq indi uzaqdayam. Səndən də, Parisdən də evimizdən də uzaqda. Uzaqlardan məktub yazmaq gözəldi...Səhər açılmamış,yağış kəsməmiş, pişik dovşanı yeyib bitirməmiş sən də mənə məktub yaz... Nə istəsən yaz, amma yaz. Uzaqlarda, uzaqlardan məktub gözləmək də gözəldi. Sən də uzaqdasan, mən də... Mənə yaz....

Uzaqlardan yazılan 3-cü sonuncu məktubumu oxuyursan indi. Sübh tezdən yazıram bunu sənə.Otlar yaşdı, hava soyuqdu. Yayda üşümək  gözəldi. Eyvandakı qoca qarı yağışın ritmini tutur qarışdırdığı şirinçay stəkanına çırparaq qaşığı.Yağışda pişik də yazıq görünür, dovşanımı yeyeən pişiyə acıyıram indi. Balaca bir taxta parçasını üstündə oturmuşam.Əynimi qalın geyinmişəm.Taunu oxuyurdum bayaq. O xəstə insanları düşünürəm. Yaralarını  gətirirəm gözümün önünə. O həkimə də acıyıram... Uzaqlarda səhər gözəl açılır.Yağışdan sonra çıxacaq günəşi gözləyirəm.Göy qurşağı görmək arzusuyla uzaqlara baxıram... Həm də sənə sonuncu məktubumu yazıram... nə qədər ki, havadan barıt, müharibə iyi yox, yağış iyi gəlir  mənə cavab yaz....

Günel Xəzəl
Darıxacaqsan

Hər ağaclar yarpaqların tökəndə,

Axşamlar al günəş qürub edəndə,

"Ayrılıq"sözünü eşidən dəmdə,

Məni xatırlayıb,darıxacaqsan!

Umub açılacaq səhər çağından,

Ağrı sacılacaq hər an bağrından,

Qürurun enəndə vüqar dağından,

Məni xatırlayıb,darıxacaqsan!

Gözümdən axdıqca sel kimi yaşlar,

Duyacaq qəlbində sərt qaya daşlar,

Gəldikcə ömrünə bayağı çağlar,

Məni xatırlayıb,darıxacaqsan!

Sənə yaşatdığım sirli nağılçün,

Eşqimin tükənməz dayağı üçün,

Bütün varlığımla bağlanmağımçün

Yanıb-yaxılacaq,darıxacaqsan!

Bir gün dönəcəksən peşman qəlb ilə,

Dönüş olmayacaq o vaxt geriyə,

Küsüb öz-özünə,küsüb hər şeyə...

Təkcə darıxmaqçün yaşayacaqsan!

Məhkum yarasa

Musiqi duyumu olmayan qonşu qızının pianonu zorlaması kimi

çalır məni boşluğun barmaqları.

Bədənimi leş kimi divana atmışam.

Yığmışam ovcuma xəyyalları sıxıb,saxlamışam.

Əzib toz eləmək istəyirəm sənlə bağlı nə varsa!

Sevgin,ürəyimdən başı aşağı sallanan yarasa,

yapışıb ürəyimdən ruhuma gedən tunelin divarina...

Caynaqlarının arasından bağrımin qanı axa-axa

"sənsizlik" diyarının "sən"ölkəsindəyəm,

"kədər" şəhərinin "şən"küçəsindəyəm,

veyillənirəm,sülənirəm gözümdə yaş gülə-gülə...

Gündüzlər köksümü didən yarasa,gecədir,çıxıb şikara.

Gah yaddaşıma hücum çəkib unutmaq istədiklərimi didir,üzə çıxarır

gah da bəbəyimdən süzülməyə namizəd göz yaşlarımı mundarlayır.

Çırpınır içimdə ora-bura

Çalışır çıxsın azadlığa...

Yazığın xəbəri yoxdur,

Vücuduma "Ömürlük məhkum"olunduğuna.

Həsrətə dözsək...

Mütləq toplamalıyam iradəmi

Silməliyəm candan acizliyimi

Peşiman olacaq mənəmmi,sənmi?!

Yaşayıb görərik!....Həsrətə dözsək...

Həddən çox vüqarlı ola bilərsən,

Bəlkə də tezliklə qəlbdən silərsən.

Mənim tək kimisə sevə bilərsən???

Yaşayıb görərik!...Həsrətə dözsək...

Mən öz qürurumu əqidəm sandım,

Ömrümcə bu yoldan əsla azmadım!

Vaxt gələr,deyərsən bir gün"Qayıtdım!"

Yaşayıb görərik,həsrətə dözsək....

Bəlkə də sən məndən dözümlü çıxdın,

Ürəyin yansa da addım atmadın,

Bir də gör dözməyib,özüm qayıtdım

Yaşayıb görərik!...Həsrətə dözsək...

Əgər ikimizdə inad göstərsək,

Sevgini dili lal,gözü kor etsək,

Ayrılıqdan səhəri gün ölməsək...

Yaşaya bilmərik həsrətə dözsək...

Yaşarkən ölərik...həsrətə dözsək...

Dəli kimi...

Bu qədərdi deməli eşqin sirli aləmi.

Son nəfəsini verir ümidimin mələyi.

Demə, "yaşandı bitdi,ömrü bura qədərdi"!

Bu "eşq" adlı nağılın hələ ilk səhnəsidi.

İndən belə gözləyir səni zindan gecələr

Beyninə zəli kimi yapışan xatirələr

Göz yaşları,intizar,fəryad və peşmanlıqlar

Hər nəfəsdə bıçaq tək ruhuna batan anlar...

Gördüyün sevgililər yada salacaq bizi.

Silinməz qalacaqdır ilk məhəbbətin izi.

Elə hey çalışsan da yaddaşından silməyə

Nəsə baş verəcəkdir,...xatırlanacaq mazi.

Unuda bilməyəndə,anlayacaqsan məni,

Niyə hər kaprizinə dözürdüm dəli kimi...

Sənlə kədərli olmaq,sənsiz azad olmaqdan

Daha əzizdi çünki,daha gözəldi çünki...

Mənə “GET!”de

dağin bir daş artığı olmur

dənizin bir artıq ləpəsi

həyatın bir artıq adamı...,

mənə "GET" de!

"ovcumu yumdum

süzüldü barmaqlarım arasından

əlim acıq olsa

bəlkə düşməzdi ordan"

deyə düşünmə

mənə "GET"de!

dizinin taqətinə

qəlbinin daşına

güvənmə!

dözülməz olacaq uzansa

mənə"Get"de!

sənin gedişinə

baxmağa məhkum etmə

getmək istəsən

mənə "GET"de!!!

Neynirsən görən?!

Yəqin düşünməməyə səy göstərirsən...

Başını qatıb dünyavi məsələlərə-

Döyülən cəzaçəkənlərə, ya qlobal istiləşməyə

Ayrılığın verdiyi acını çalışırsan dindirməyə...

Yəqin ağrı kəsicin-sağlam düşüncən,

antibiotokin-qürurundur.

Yəqin əzabının yanğısını vüqarın soyudur

yazdığım mesajlar ruhunu ovundurur.

Səni belə hüdudsuz sevməyim

yaşamağa həvəs verir.

göz yaşını yaşananlar silir.

Səhərləri mənsiz açır,

gecələri tək qarşılayırsan...

Bəxş etdiyim nağıldan qaçır,

Adi həyatına qapılırsan...

Mən səni möcüzələrə çağırır

Sən bəsitliyə yol alırsan...

Qınamıram....Qorxursan...

Rəngarəngliyim gözlərini qamaşdırır...

Çərçivəsizliyim vahiməyə salır...

Dünyəvi tərəddüdlərinlə deyəsən,

məni də zəhərləmisən.

Uydurduğun gərəksiz zəncirlərə

məni də bələmisən...

daha mən də şübhə edirəm

möcüzələrin varlığına,

baxmayaraq yaşanmış

o sehirli nağıla......

Gendən sevmək

Deməli gedirsən?!Mənsizliyi seçirsən?!

Deməli savaşmaq heç sənlik deyil!

Nə deyim,gücün yox,taleyə əyil!

Mən isə bilirsən,tanrıdan qeyri

Kimsənin önündə durmadım əyri.

Daş basıb arzumu susduraram mən.

Birtəhər özümlə bacararam mən.

Birdə ki,Nizami necə yazmışdı?!

“Ayı gendən görmək daha yaxşıdı!”

Sevərəm durararaq uzaqda,gendə

Yaşayıb görərik sonda olar nə?!

Ya bir gün yorulub gücsüz olmaqdan

Üsyan edib mənə qayıdacaqsan.

Ya da  ki,“Nə deyərlər?!"tonqalında

Yanıb kül olunca qovrulacaqsan!

UÇURUMA DOĞRU

Ayrı yollar görünürdü ikimizin qarşısında.

Taqətimiz qalmamışdı bizi bizsiz yaşamağa.

Qaranlıqdan bənd olmuştək solğun, zəif bir işığa

Yeni yollar kəşf edirik uçuruma doğru gedən.

Kimsə”Günahdır!”-deyəcək, kimsə qibtəylə süzəcək.

Dillərə dastan sevgimiz heyrət,dəhşət gətirəcək.

Bilə-bilə bu məhəbbət ikimizi bitirəcək

Yeni həyat yaşayırıq uçuruma doğru gedən.

Bu həyatın tək sonu var,o da ki,bəlli,əcəldir!

Sənsiz on il sənli ana, saniyəyə bərəbərdir

Deyə-gülə, sevə-sevə əllərim əllərindədir.

Dayanmadan yol alırıq uçuruma doğru gedən.

28.02.2009

Yaşayan ölü

Farsca mahnı dinləyərək,

rusca şeir oxuyuram.

Vəfasız,istəməyərək

sapsız ümid toxuyuram.

Eyni vaxtda ətrafımda

gör nə qədər düşmənım var.

Sən,ruslar bir də ki, farslar...

komplektdə çatmır daşnaklar.

Nə manyaklıq var qanımda!

Cəzb eləyir qadağalar!

Saat beşdir.gecə gedib

gündüz gəlir mənə sarı

Çalışıram unutmağa

Yaşananları!

Qaranlığın işığından

qamaşır yenə gözlərim

işıqlıqda kor kimiyəm

heç nəyi seçə bilmirəm

Nə deyir bu yanğılı

fars dilində oxuyan?!

Başa düşməsəm belə

halına acıyıram.

Rus şairə də sanki

sol çiynimin mələyi

Günahımı yazaraq

kitab nəşr eləyibdi!

Yata bilməməyimin

səbəbi var, bilirəm

Sabah ad günün sənin,

indidən gözləyirəm.

Təbrik edim,etməyim

tərəddüdlər içində

Qərar verə bilmirəm

yazım sabah sənə nə?!

Xoş günlər öldürülən

ağcaqanadlar kimi

İndi daha leş olub,

qanı axıb quruyub

tale divarlarıma murdar,

iyrənc iz qoyub.

Bilirəm,iradəm yox,

mesaj göndərəcəyəm:

"Səni təbrik eləyirəm,

qusdurduğun ovuc-ovuc göz yaşımı

geri hədiyyə edirəm...

indi çox daha fərqliyəm...

hər kəs ölən yaşayansa,

mən bir yaşayan ölüyəm..."

Künc

Qısılıb bir divar küncünə

gizlənib hər kəsdən özümə

küt ağrılarımın dərdinə şərik olmaq,

gözdən axan bu zəhrimara qalmış duzlu suyun

qaynağını tapmaq,qurutmaq...

alınmasa qarşını lazımdı bağlamaq

qoy yığılsın içimdə

qoy boğulsun vücudum öz duzlu gölündə

kecə bu küt ağrılar bəlkə...

Ürəyim sıxılır...sıxılır...

birdən həddən ziyadə

genişlənir, rahatlanır...

döyünməyi aram ilə dayanır...

gah havasızlıqdan,

gah oksigen bolluğundan

başım fırlanır...

dünya ətrafıma dolanır...

eyni nöqtəyə zillənməkdən

bəbəklərim fəlç olub,

tərpənməzlikdən damarlarım kirəc tutub,

dərdini daşımaqdan ürəyimin beli bükülüb...

hər şeyə həvəsim ölüb...

daha 3-5 ay,3-5 il

nə qədər olacağam bu"sənsizlik"sindromuna əsir?!

Bax,yenə Xəzri əsir

sənin nəfəsindən"eh"lər gətirir

"onu yaşat"deyir...

"bağışla,çalışma unutmağa,

səy göstər yaşatmağa"deyir...

mən qocalım bu kücdə

səni yaşatmaq naminə?!

bu eqoistlik deyilmi səncə?!

Xəzri,get ona de belə:

---------yox,...heç nə demə

qoy,həsrət qalsın sözümə də...

qoy,fallarda baxsın "ağlımdan nə keçir" deyə...

qoy qalsın mənim günümə...

küləklərin səsini yozsun "namə" deyə....

Sənə Nə?! (Özcan Denizin "Teklif" mahnısından təsirlənərək)

Ölməliydim bəlkə də sən gedəndə...

Amma inad etdim,ölmədim!

Bilirsən niyə?!

heç qol-qola gəzə bilmədiyimiz küçələrə görə,

heç etməyəcəyin"evlilik təklifi"nə görə,

heç yaşamayacağımız o evə görə,

heç qucağımıza almayacağımız ,

hər şeydən çox sevdiyim,olmayan körpəyə görə,

birgə yaşlanmayacağımız o illərə görə

yaşadım ümidlər aləmində,sərxoş gəzə-gəzə...

Sənə nə?!

Bu mənim ümidlərim,mənim sevgim!

Sənə bəxş edə bilmədiyim,

ruhuma kilidlilədiyim sevgim!

Səndən umduğunu xəyalımda tapan sevgim!

Mənim bədbəxtim....

Sənsiz,ruhsuz,ümidsiz

Şrifti lap kiçildib,ağ rəngli hərflərlə ağ vərəqə yazacam bu gün səni

Kimsə oxusa da anlamasin ,duymasın qeyd elədiklərimi

Bunu etiraf eləmək çətindi.....

Amma

Deyəsən daha son ümidim də vəfat etdi...

Ruhun əbədiliyini inkar etdim

Sənsizliyi qəbul elədim

Səni birisinə(nur)verdim...

Getdin!

Daha arxanca baxmiram,bax

Bax, dön bax...üzümü çevirdim!

Ruhumun sənə uzanan əllərini

Baltaladım

Atdım

Önündə diz çöküb yalvardım.

“Unut “dedim!

Ağladı....yaralarını yaladı

Üzümə baxmadı

Mənə,...mənə

Mənə”xəyanətkar”deyə pıçıldadı...

Yandırdı yaxdı

Son ümidi basdırmağa qoymadı

Leşin üstünə uzanıb,”məni də apaaar”deyə çığırdı...

Basdırmağa qoymadı...

ruhum,

son ümidin üstündə can verdi....

o da getdi...

sənsiz,ruhsuz

və ümisizəm indi....

15.06.10

Qınamıram,...qınama!

Gül istəməz bəyəm dörd fəsil açmaq?!

Ağaclar istəməz yarpaqla qalmaq?!

Lazım deyil,günahkar axtarmayaq

Səni qınamıram,sən də qınama!

Yağış istəməzmi daima yağmaq?!

Qar istəməz dünya dursun ağappaq?!

Gəl səninlə olanlarla barışaq,

Səni qınamıram,sən də qınama!

Gecə istəməzmi gündüzə çatmaq?!

Ləpə istəməzmi sahildə qalmaq?!

Bu əzabdan gəl,gülərək danışaq,

Səni qınamıram,sən də qınama!

Alətlər istəməz daim səs salmaq?!

Musiqi istəməz daim çalınmaq?!

Bu sirri səninlə səssiz oxuyaq

Səni qınamıram,sən də qınama.

Daş istəməz ondan da ətir qoxaq?!

Su istəməz arada alov olmaq?!

Yaş odunuq yanmağa çalışmayaq

Səni qınamıram,sən də qınama!

Ruh istəməz məgər güzgüyə baxmaq?!

Palçıq istəməz ələ xına olmaq?!

Bax,deyirəm yenə pıçıldayaraq

Səni qınamıram,sən də qınama!

Dan istəməz gecə üçün açılmaq?!

Ay  istəməz səhərə nurun saçmaq?!

Tərəddüdün qucağından çıxmayaq?!

Səni qınamıram,sən də qınama!

Sibir istəməzmi çəmənlik olmaq?!

Dağlar istəməzmi küləklə uçmaq?!

Bizi bu dünyaya qarışdırmayaq

Səni qınamıram,sən də qınama!

Göz istəməz ömür boyu ağlamaq!

Qəlb istəməz əclafa meyil salmaq!

Imtina etməkdən boyun qaçıraq

Bəlkə qınayaq?!Bəlkə qınayaq?!

Sən məni,mən səni

bir az yaşayaq

bir az yaşadaq,

sonra qınayaq!!!....

P. Koelhonun “Öküz arabasını satan dərviş” romanı çap olundu
Çölçülər Ədəbiyyat Mərkəzinin və "Doqquz İklim" dərgisinin birgə layihəsi olaraq bu günlərdə  dünya şöhrəli yazar  paulo koelhonun  "Öküz arabasını satan dərviş" romanı “elm və təhsil”  nəşriyyati tərəfindən çapdan çixmişdir.  Kitabı dilimizə qazandiran şair Xanəmir Telmanoğludur. Kitab nəşriyyatin direktoru professor Nadir Məmmədlinin  dəstəyi ilə  işiq üzü görüb.

OSMANLININ COCUĞU  KOELHO

Artıq ədəbi cameamızda Koelho ismi çoxlarına mə­lum. Bu  yazarın ən maraqlı əsərlərindən biri olan “Kimyagər”  romanını da  bəndəniz baş re­dak­­toru olduğum “Səhifələr” ədəbiyyat, sənət qə­ze­­tində yayımladım.

Bu yazarı oxuduğumda nədənsə İbn Arabini xa­tır­layıram. Axı o da İspanyalı bir möhtəşəm mistiq ya­zar olaraq dünya tasaffuv düşüncəsinə öz pozul­maz imzasını  müsəlmanca vurdu. Onun kitablarını oxu­duğum zaman nədənsə kitabın səhifələri ara­sın­dan Osmanlı dövlətinin mədəniyyətinin qokusunu du­­yurdum. Aradan 8 əsr ötür. Yenidən o top­raq­la­rın dilindən, təfəkküründən bir Koelho adlı yazar dün­yanı əməlli-başlı lərzəyə gətirməyi bacarır. Mən­cə, onun əsərlərinin gücü  islam qaynaqlı mən­qi­bə­lərə, məsnəvilərə, rəvayətlərə, hekayətlərə da­ya­nır. Maraqlı olan odur, elə bu qaynaqların  h­a­mısından Osmanlı mədəniyyətinin ecazı, həsrəti, is­ti­liyi, doğmalığı adamı yeddi yerindən vurur.

Oxuculara təqdim olunan bu roman , mənə elə gə­lir, yazarın ən maraqlı, ciddi, üzərinə əyiləsi, oxu­nu­lub düşünüləsi bir əsəridir. “Öküz arabasını sa­tan dərviş” romanı Şərq islam məsnəvi tipli he­ka­yət­lərindən alıntı yapılaraq çox ustalıqla bir-birinə adap­də edilərək, çalaqlanaraq  çağdaş dünya in­sa­nı­nın real yaşamını ustalıqla açb ortaya qoya bil­miş əsərdir.

Könül istərdi, belə əsərlər Avropanın göbəyində de­yil, bu gün Şərqdə yaranaydı. Bu, şəxsən mənim üçün çox önəmli ədəbi hadisə olardı.

Koelhonun əsərlərindəki açıq-açığına islam təfək­kü­rü, dünyagörüşü, yanaşma tərzi mənim üçün açıq ol­duğundan, başa düşürəm , bu yanaşmanın haq­qı­nı balaca bir yazıyla  ödəmək olmaz. Ancaq onu kə­sinliklə sizlər də görə bilərsiniz, Koelho Avropalı ol­mağına, Avropada yaşamağına baxmayaraq, onun əsərləri Şərqli, özəlliklə islam anlayışı, dün­ya­gö­rüşüylə heç bir çəlişkisi olmayan  əsərlərdir.

İnanıram, bu kitab hər kəsin təkrarən oxuyacağı bir kitaba çevrilərək bir çox nəşriyyatlar tərəfindən də­fələrlə  yayımlanmaq şansınına sahib olacaq.

Xanəmir Telmanoğlu

Elnaz Eyvazlı
“Sadəcə gedişin deyil yoxluğun …”

Həyat çox qəribədir. Əslində bu, nə mənim fikrim deyil, nə də yeni deyil. Hamı həyatdan ya küsəndə, ya da istədiyini ala bilməyəndə bunu deyir: həyat çox qəribədir. Bəs nədir, nədədir onun qəribəliyi? Heç kim həyatın üzünə durub onu qınaya bilmir, heç kim bu qəribəliyi onun üzünə vura bilmir. Çünki hərə öz həyatını özünəməxsus yaşayır. Lakin qəribə olan müxtəlif və müəyyən detallardır.

Məsələn, qanı qanından, canı canı canından olmayan özgə biri sənə o qədər doğmalaşır ki, elə bilirsən ki, qan qohumundur, hətta ondan da yaxındır (bunu bir başqa yazımda da demişəm).

Həyatın qəribə detallarından biri də budur ki, ya səni çox incidən, ya da heç incitməyən, ya çox sevdiyin, ya da heç sevmədiyin adamlar və ya hadisələr haqqında yazmağa çətinlik çəkirsən. Ürəyin və qələmin o qədər dolu olur ki, hardan və necə başlayacağını bilmirsən.

Artıq bir ildir ki, Fərhad aramızda yoxdur. Lakin mən hələ də onun haqqında tutarlı, Fərhadın özünə layiq, ürəyimi boşalda biləcək bir yazı yaza bilməmişəm. Onsuz da nə yazsam, Fərhadın gözəl xüsusiyyətlərini, onun insanlığını ifadə etmək iqtiradında olmayacağımı bilirəm. Amma hər halda…

Biz Fərhadla BSU-nun Yaradıcılıq fakültəsində tanış olmuşduq, 2008-ci ildə. Öz intellekti, çox dərin mütaliəsi, bir az da, yox, yox… çox çılğınlığı ilə diqqətimi çəkdi Fərhad. Zaman keçdikcə hamı bir-birinə yaxınlaşır, isinişirdi. Sözün düzü, mənim üçün burada qaynayıb-qarışmaq bir qədər çətin idi. Çünki bəzi tələbələrdən fərqli olaraq, bura mənim ikinci ali məktəbim idi. Yəni ilk dəfə deyildi ki, tələbəlik görürdüm. Ona görə bir qədər də adi idi mənim üçün. Lakin Fərhad öz fərqli səviyyəsi ilə mənim diqqətimi çəkirdi. Mənə elə gəlirdi ki, o, çox yaxşı insandır, ondan yaxşı, etibarlı dost olar. Axı bu qədər kitab oxuyan, bu qədər sözə sahib olan insandan başqa nə gözləyə bilərdim ki?! Nə yaxşı ki, yanılmamışdım. Getdikcə qrupdakı uşaqlardan ilk olaraq Fərhadla yaxınlaşdıq. O zaman Fərhadı bu qədər tanıyan da yox idi, yəni bir qələm adamı kim. Doğrudan da, yanılmamışdım. O, mənim düşündüyümdən də artıq gözəl insan imiş. Əsl azərbaycanlı kişisinə məxsus yaxşı cəhətləri özündə birləşdirən bu cavan oğlan öz mərdliyi, şən olduğu qədər də ciddiliyi ilə diqqəti çəkməyə bilməzdi.

Fərhad ailəli idi, onun iki gül balası var. Özünün də nə yaşı  vardı ki… Özü demişkən, tayları hələ evlənməmişdi. Amma onun böyük ürəyində nə boyda övlad sevgisi var idi. Balalarını nə qədər sevirdi…Bir az uşaqlardan danışan kimi deyirdi ki, Səbişdən darıxdım, gedirəm evə. Sonra ikinci övladı, özü demişkən, əsgər balası anadan oldu. Oğlu doğulan gecə zəng etdi. Telefonu açan kimi qışqırdı:

-    Əsgər gəldi! Əsgər!

-    Başa düşmədim, ay Fərhad. Əsgər kimdi, nə əsgər?

-    Əsgər gəldi, bibisi! Oğlum oldu!

İlahi! Necə sevinirdi! Az qalmışdı ki, ağlasın. Bəlkə də ağlamışdı, nə bilim.

Hər dəfə soruşanda ki, oğlun necədi, deyirdi, yaxşıdır, böyüyüyüb, daha məni danlayır ki, ay ata, evə gec gəlmə. Onun bu ilahi sevgisindən irəli gəlirdi ki, hər mənimlə görüşəndə də ilk sözü bu olurdu ki: balan necədir? Deyirdim, bir  özümü soruş da. Gülüb deyirdi:” Əsas balalardı, biz qocalırıq daha. Uşaqlar bizi qocaltdı, bacı”. Sonra özünəməxsus yüksək səslə ürəkdən gülərdi. Gülərdi Fərhad, indi gülmür, amma səsi hələ də qulaqlarımda cingildəyir.

Fərhad etibarlı dost idi…Bir dəfə çox ciddi problemlə üzləşmişdim. Özümü çox pis, gərgin hiss edirdim. Qrupda bu halı Fərhaddan başqa heç kim başa düşmədi. Mənə yaxınlaşıb: ”Kim bacımın kefinə dəyib?”- dedi. Əvvəl heç nə demək istəmədim, əl çəkmədi. Hər şeyi olduğu kimi danışdım. Elə təsəlli, ürək-dirək verdi ki, danışdığıma peşman olmadım. O günlərdə ən azı bir gündə 3-4 dəfə mənə mesaj göndərir, hər dəfə də zarafatla: “Kimisə öldürmək lazım deyil ? ”- yazırdı. Bilirdim ki, həm mənə dayaq olduğunu bildirmək, həm də kefimi açmaq istəyir.

Bir dəfə dərslərdən birində dinlə bağlı çox qızğın mübahisə gedirdi. Və bu mübahisənin əsas iştirakçılarından biri Fərhad idi. Həmin qızğın söhbətdə mən kənardan izləməyi daha məsləhət gördüm, çünki yoldaşlarımla mübahisə etmək istəmirdim, əsas da Fərhadla. Fərhadla mənim dini baxışlarımız çox fərqli idi. İndi o, haqq dünyasındadır. Onun bu barədə hansı fikirdə olduğunu xırdalamaq istəmirəm. Bunu mən dəqiq bilirdim, lakin onun da bu fərqi bildiyinə əmin deyildim. Axı biz heç vaxt bu mövzuda fikir mübadiləsi etməmişdik (Yaxşı ki etməmişik, indi özümü bağışlaya bilməzdim). Dərs bitdikdən sonra Fərhad gözlənilmədən mənə müraciətlə: “Necəsən,- dedi,- məndən incimirsən ki?”

-    Niyə görə? – dedim.

-    Dinlə bağlı yürütdüyüm fikirlərə görə.

-    Yox, niyə inciyirəm ki, hər kəsin öz fikri var, buna hörmətlə yanaşamaq lazımdır.

-    Ay sağ ol ey!

Sonuncu dəfə iyul ayında Gənc Ədiblər Məktəbinin növbəti tədbirində gördüm onu. Fərhad bu görüşdə mənə çox qəribə təsir bağışladı. Biz zalda oturmuşduq. Bir az  sonra Fərhad gəldi. Sözün düzü, heç onu gözləmirdim.Eşitmişdim ki, işlə bağlı şəhərdə yoxdu. Haradan gəldi, özünü necə çatdırdı bu görüşə, məəttəl qaldım. İçəri keçib özünəməxsus mehribanlıqla hamı ilə bir-bir əl görüşdü, səs-küyü bir anın içində zalı başına götürdü. Mən yuxarı başda oturduğumdan heç növbəsi çatana oxşamırdım. Fərhad oturmaq istəyəndə məni gördü. Belini dikəldib düz durdu. Əlini başının üstünə qaldırıb nümayişkaranə şəkildə, bir az da hündürdən:

-  Elnaz Eyvazlıya eşq olsun! Sənin əllərindən öpürəm, qızıl insan!- dedi. Mat qaldım. “Sağ ol”u  güclə, ancaq özümün eşidəcəyim tərzdə dedim. Ona nə olmuşdu? Bu müddət ərzində ilk dəfə idi ki, Fərhad mənə soyadımla,  bu formada  müraciət edirdi. Özü də sanki son dəfə idi…

Növbəti tədbirdə iştirak edə bilməmişdim. Çəkiliş olmuşdu, televiziyada xəbərlərdə baxdım tədbirə. Fərhad da orada idi, lap yaxından göstərdilər. Vəssalam. Bu da Fərhadı gördüyüm sonuncu kadr.

Bir həftə sonra nələr olacaqdı? Bunu kim bilə bilərdi ki?!

Avqustun 10-u idi. Səhər saat 10 olardı. Fərhaddan zəng gəldi. Həm sevindim, həm də narahat oldum ki, görəsən, nə olub ki, belə tez zəng vurub. Telefonu açdım. Səsi də nəsə dalğın təsir bağışladı mənə. Elə bil, doğrudan da, nəsə olmuşdu. Amma danışandan sonra rahat oldum. Heç nə yox imiş, sadəcə, deyirdi ki, bu gün Salam müəllimin ad günüdür, bir zəng vurub onu təbrik elə. Salam müəllimin ad günü olduğunu bilmirdim. Fərhaddan eşidincə, təbii ki, təbrik edəcəyimi deyib sağollaşdıq. Salam müəllm telefona cavab vermədi. Bir neçə dəfə zəng edib, xeyli gözlədim, lakin yenə cavab vermədi. Heç Fərhadla söhbətimizdən onca dəqiqə keçməmişdi. Düşündüm ki, bəlkə, Fərhad zarafat edirmiş, heç Salam Sarvanın ad günü filan deyilmiş, amma sonra: “niyə belə zarafat etsin ki ?”- deyib Fərhada zəng etdim. Telefonunu söndürmüşdü. Otaqda o baş – bu başa var-gəl etdim. Nəsə özümdə deyildim. Fərhadın bu zəngi və telefonunun bağlı olması mənə çox kədərli bir hadisəni xatırlatdı. Bir dəfə də belə bir hadisə olmuşdu. Orta məktəbdə mənimlə bir sinifdə oxumuş, bir partada əyləşmiş Vüqar mənə zəng etdi, hal-əhval tutdu, sağollaşdı. Dəstəyi yerə qoydum, nəsə elə bildim ki, bu sonuncu danışığımızdır onunla, tez telefonu götürüb ona zəng etdim. Heç söhbətimizin üstündən on dəqiqə keçməmişdi, Vüqar telefona cavab vermədi və bu bizim sonuncu söhbətimiz oldu. Az keçmədi ki, Vüqarı itirdik. Nə isə, bu tam ayrı və geniş söhbətin mövzusudur. İndi həmin olayı xatırlamağım məni bir az da narahat etdi. Dalbadal Fərhada zəng etdim, amma alınmadı ki, alınmadı. Bu, həqiqətən, bizim sonuncu söhbətimiz oldu…

İki gün sonra mənə zəng etdilər.

-    Xəbərin var nə olub?

-    Nə olub?

-    İlhamla Fərhad bi yerdə qəzaya düşüb, İlham ağır vəziyyətdə xəstəxanadadır.

-    Bəs Fərhad?

-    Fərhad yoxdu.

-    Necə yəni yoxdu?

-    Yoxdu da, başa düşmürsən, yoxdu.

Mən key kimi donub qaldım. Özümdən asılı olmadan qışqırdım:

-    Necə yəni yoxdu, yoxdu nə deməkdir?

-    O deməkdir ki ölüb! Başa düşmürsən, ö-lüb!

Vəssalam. Bu da son. Niyə çətinliklə qazandığımız yaxşı dostları saxlamaq hərdən bizim öz əlimizdə olmur? Niyə qoruya bilmirik sevgimizə layiq olan insanları, niyə? Niyə, niyə, niyə bu qədər gücsüz, aciz oluruq hərdən? Əlimizdən heç nə, heç nə  gəlmir?

Hamı ordaydı, dostlar, tanışlar, qələm yoldaşları -  hamı onu yola salırdı son mənzilə. Təkcə mən yox idim, lənətə gəlsin, yolum uzaq olduğundan onunla vidalaşa bilmədim, bilmədim! Dəhşət ağır idi bu ağırlıqda yükü tək çəkmək. Evdəkilərin sarsıntısı, üzgünlüyü qiyabi tanışlıqdan, insani hisslərdən irəli gəlirdi. Evdə o qədər danışmışdım ki, Fərhaddan…Hamı çox pərişan idi. Amma mən Onu şəxsən tanıyan dostlardan heç olmasa birinin yanımda olmasını istəyirdim. Bu yükü Ona “məktub” yazmaqla üstümdən atdım, bir az. Əminəm ki, bu, Fərhadla bağlı yazılan ilk yazı idi Onun ölümündən sonra. Avqustun 13-ü, hamı dəfndə olanda yazdım bu şeiri.

Heç bilmirəm niyə, Salam Sarvana zəng etdim. Cavab verdi. Dedi ki, dəfn edib qayıtdıq. İstəyirdim ki, sağollaşmasın, danışsın, Fərhadddan danışsın. Amma mümkün deyildi, yas yerindəydi.

Son illərdə keçirdiyim ağır streslərdən, gərginliklərdən sonra özümü bu adamların arasında tapdım. İnsanlarla ünsiyyətdə olmaq, dost olmaq, söhbət etmək, dərdləşmək, ən başlıcası, ədəbiyyatdan danışmaq nə qədər gözəl idi. Bəlkə də, çoxlarına adi gələn bu məqamlar mənim üçün o qədər önəmli idi ki… Və bu ərəfədə dost itirmək nə qədər ağır idi, dözülməz idi…

Dostlarla yığışıb onlara getdik, yas yerinə. Artıq üç gün idi ki, Fərhad aramızda yox idi. Bəlkə də, əksinə, artıq üç gün idi ki, O, hər an, hər dəqiqə yalnız bizimlə idi. Axı ancaq ondan danışır, onu götür-qoy edirdik: bəlkə, belə etsəydi, bəlkə, belə getsəydi, bəlkə, getməsəydi…..daha nə qədər bəlkələr. Amma … nə fayda?

İndi bu yazını yazanda da, elə o vaxlar da ancaq Mosartın matəm ruhlu simfoniyasını dinləməkdən doymurdum. Bu simfoniyanı mənim telefonuma Fərhad köçürmüşdü. İndi ən duyğulu anlarımda, ən çox yazmaq istədiyim vaxtlarda  bu simfoniyaya qapılıram. Bilirsiniz nə qədər kömək edir?

İndi Onun kitabını vərəqləyirəm. Buradakı şeirlərin çoxunu Onun öz səsində dinləmişdik. İndi də oxuyanda öz səsində gəlir bu şeirlər qulağıma: öz səsində, öz intonasiyasında. O, şair idi: duyğulu, dolu, istedadlı. Üzdən, bəlkə də, hər şeyə biganə, soyuqqanlı, şən görünən, amma daxilən çox dərin düşünən, hər şeyi özünə dərd edən biri idi Fərhad.

Rayonlardan birində işlədiyi vaxtlarda imkan tapıb dərsə gəlmişdi. Qapqara qaralmışdı, özü də bir az arıqlamışdı. Məlum  məsələdi, yayın qızmar istisində al günün altında yanırdı, amma neynəyəydi? Hərənin çörəyi bir şeydən çıxır. Dərsdən çıxanda dedim, nə yaman istidir, dedi, “həəə, istidir. Bu istidə biz çölün düzündə işləyirik. Kim soruşur niyə belə qaralmısan deyirəm “zaqar ”etmişəm, Nabranda idim”. Sonra da…Sonra da yenə qəhqəhə çəkib güldü. Nəyə gülürdü, güzəranına, ya dediyi sözə? Hər şeyi gülməyə salırdı.

Onun şeirlərində çox qəribə bir ölüm duyğusu var. Sanki əvvəldən öz taleyinin necə olacağını, ömrünün bu qədər qısa olacağını duymuşdu. Amma kimdən və haradan? Yaratdığı başqa obrazların dilindən də olsa öz taleyini çatdrmaq istəyirdi bizə, oxucuya. Ay aman, niyə bəs onda hiss etmədik bunu? Ölümündən sonra bu məqamları axtarmağa başladıq?

Mən uğrunda ölümdən gizləndiyiniz bir ovuc torpaq olacam…

Ölüm…

İzn ver getmədən öncə yanında oturum…

Çalış hər şeyi unut

Gedirəm sizə uzaqdan bxmağa –

Bu şəhərə, sənə və bu evə.

Mən gələcəyi daha dəqiq bilirəm…

Gecə düşür, ölmək qarışır qaranlığın qatı yerinə.

Bu sənət, söz aləmində hərə bir yol axtarır fərqlənmək üçün, özünəməxsuzu olmaq üçün. Fərhad ən kəsə, ən qısa yolu seçdi. Bu, heç birimizin ağlına gəlməzdi.

Bəli, O, gələcəyi daha dəqiq bilirdi. Ona görə özünü bu qədər sevdirdi, sevdirdi ki, boşluğunu həmişə hiss edib, yoxluğuna yanaq Onun. Necə də alındı…necə də bacardı bunu. (Amma mən, yenə də bölüşə bilmədim bu ağrını, ürəyimdən çıxara bilmədim bir ildir onu didən tikanı).

SON MƏNZİLƏ İLK MƏKTUB

FƏRHAD METEYƏ

Salam, dostum, necəsən?

Eşitdim mənzilini dəyişmisən gecə sən.

Sən, bir azdan- deyirdin – ölüm dəyişəcək yerini,

Keçəcək divarın o biri üzünə”.

Amma tez dəyişdi,

Bu nə işdi?

Eşitdim, darıxdım,

pəncərəni açdım laybalay.

Qulağıma səs gəldi,

lay-lay balam, a lay-lay.

Adını çəkib çığırmaq istədim, çığıra bilmədim.

Sən deyən kimi pıçıldadım ismini.

Quşlar gəldi,

əvvəlcə adının baş hərfini,

sonra qalan hərflərini alıb apardılar.

Necə ki mələklər apardı cismini.

Özünü aldılar əlimizdən,

sözlərini, xatirələrini atdılar üstümüzə.

Yalvardıq- yaxardıq, özünü qaytarın ,

heç nəyini istəmirik deyə.

Baxmadılar üzümüzə.

“Sadəcə gedişin deyil yoxluğun …”

Baxıram pəncərədən,

heç nə yerində deyil.

Hər şey ağ-qara.

Suallar beynimi dəlir,

niyə? nə vaxt? hara?

Həyat dəyişdi yerini,

hər şeydən ölüm qoxusu gəlir…

Sən dönən deyilsən bizə,

biz sənə doğru gəlirik.

Demirəm haçan,

geci-tezi var bir az.

Görüşənədək.

İmza: Elnaz

e.eyvazli@rambler.ru

Salam Sarvanın doğum günü
Bu gün Azərbaycan ədəbiyyatının sevilən imzası, gözəl şair, dəyərli ədəbiyyat adamı Salam Sarvanın doğum günüdür. Bu münasibətlə www.doqquziklim.net portalının bütün əməkdaşları ŞAİRimizi səmimi qəlbdən təbrik edir, uğurlar arzulayır. Bu doğum günündə şairimizin maraqlı bir şeirini oxuculara təqdim edirik.

"A" böyük "a" balaca

A

Qorxmağa dəyməz…

Hündürlükdən atılmaqla

intihar edənlərin yarışında

yerə ən tez çatan da qalibdi.

Yıxılıb yol getməkdi

hündürlükdən yıxılmaq…

Darıxmağa dəyməz…

dünyada çox maraqlı şeylər var hələ:

məsələn, balaca qız uşaqlarının

kuklalara analıq etmələri kimi.

Məsələn, maniken qadının

içindəki ağrıları nümayiş etdirən

yerişi kimi.

a

Diksinərsən qanından

analiz verdiyin yerdəcə.

Diksinərsən bir damcı

qanının yayıldığı şüşə parçası

tibb bacısının əlindən

yerə düşüb sınanda.

Diksinərsən

sınmış şüşə qırıntıları

və sındırılmış kişi qırıntıları

tapılanda qanında.

Sonra tapançandan

atəş açarsan iki dəfə:

birini havaya - xəbərdarlıq atəşi,

birini gicgahına.

A

Bütün həriflərin əlifba sırasıyla

düzülüşü də bir sözdü…

Və yeganə sözdü ki, mənası

nəfəs dərməklə tələffüzdü.

Hündürlük - yıxılmış evlər səviyyəsindən,

səs sürəti iniltidən hesablanırsa

deməli bütün ölçülər dəqiqdi, düzdü.

Mənaların hamısı uydurmadı -

isti qadın nəfəsindən son nəfəsəcən

hamısı adicə tənəffüsdü.

a

Bu kimsəsizliyi, təkliyi,

mənasızlığı və boşluğu

ən yaxşı dolduran sənsən.

Çürük dostlarla içməkdənsə,

boş-boşuna küçələri ölçməkdənsə

bütün günü dayanırsan

metronun qabağında -

guya kimisə gözləyirsən deyə

aldadırsan özünü və hamını.

Aldadırsan özünü ki,

xoşbəxt bir ömür sürmüsən -

guya keçən günlərində hər şey

qəzetlərdən kəsib yığdığın

ulduz fallarındakı kimi olub.

Hər şeyi, hamını unutmaqla

ölü kimi bir şeysən.

Təkcə soyuducunun fasiləli səsidi

həyatı arabir yadına salan.

A

Əslində sıxır məni

dünyadakı mənə dəxli olmayan

torpaq artıqlığı, yer genişliyi -

bu yekəlikdə də heç dünya olar?!..

hansı daha çox faşistdi, qardaş -

çörəyi basabasdan çıxan sürücü,

yoxsa insan çoxluğundan

qəzəblənən sərnişin?

Bu boyda da ölkə olar?! -

ərazisi neft quyularının dərinliyindən

məscid minarələrinin ucalığınacan…

Əslində sıxır məni

ovuc içindən dərin,

«I» hərifindən enli,

dəniz ləpəsindən hündür,

körpüdən uzun bütün ölçülər.

a

Anayçun, arvad-uşaqçun,

lap elə vətənçin yaşayan insan

ömrün son illərini cənnətçin yaşar -

anasız, arvad-uşaqsız, vətənsiz bir yerçin.

Həə, deməli məlumdu məsələ…

Məsələn, işıq sönmüş otaqda

bir kibriti tapanacan

nə qədər lazımsız əşyaya toxunursan -

stola, divara, televizora…

Həə, deməli yaşamaq da belədi -

bir «kibrit» axtarışında

arvada, uşağa, vətənə, dosta və sairəyə

toxunmaqdı yaşamaq.

A

Çoxdandı burda qar yağmır-

təzəcə palto almış

kasıb evlərin xanımları

evdəki soyuqdan deyinir,

çöldəki istidən.

Çoxdandı burda qar yağmır -

qar örtüyü olmayan torpağı

vətən deyib uşaqlara sevdirmək çətindi.

a

Məsələn, bir stəkan suyun

ömrü yoxdur əslində.

Donmaq və ərimək

hərəkətində yaşayır su.

Məsələn, qazılan quyulardan

çıxarılmış torpaq zibildir artıq.

Təxminən sən də yaşamırsan.

Yalnız saçlarının və dişlərinin

yavaş-yavaş tökülməsidi həyat əlamətləri.

A

Bir də görəcəksən ki

gözlərinə qaranlıq çökür

işıq sürətiynən…

Hələ ki, yaşayırsan.

Çoxdan itirdiyin adamları

axtarırsan metrodakı çıxışlarda.

Adamlar öz fallarına baxır

ağacların qabığındakı qırışlarda.

Hələ ki, yaşayırlar.

Bir fotoqraf qarşısında

ömür boyu haldan-hala

şəkildən-şəkilə düşür adamlar.

Aparatın ani çıqqıltı səsi və ani işığı -

səs sürətiynən və işıq sürətiynən

dəyişir adamlar.

a

… Bir də yalın ayaqlar altında

çilik-çilik olmuş

ümid qırıntıları.

Bir də biz -

günəşin ucalıqlarda

unudub atdığı qar tullantıları.

A

Sənin yazdığın söz nədi ki, güya?!

samit kişilərin, sait qadınların

bir qəpikliyidi.

Sənin bərkliyin nədi ki, güya?!

şaxtadan quruyub qac olmuş

yaş paltar bərkliyidi.

Sənin tənhalığın nədi ki, guya?!

kirayə qaldığın evdəki

özgə əşyalar əhatəsində

insan təkliyidi.

a

Get sən də çirkaba bulaş

üfunət səni də vursun -

Bu yerin çirkini təmizləməkçin

gərəkdi hər kəs bu çirkdən

bir az özünə hopdursun.

Get sən də içkiyə qurşan -

göz yaşından çaxıradək

bil bütün içkilərin dadın.

Buranın qanunlarında da

maddələr maye halındadı.

Sən də nəsə ver vətənə -

ölüm hökmündən sonrakı

bir obrazlı son sözü ver…

Get sən də bu xəstə xanədə

nahaq qan analizi ver.

A

Guya tənhalığa çəkilmisən -

gizlətmisən dünyanı

dörd divarın o üzündə…

Ətrafa baxmırsan -

dülgərin satmaqçun qayırdığı pəncərədən

heç yerə baxmadığı kimi.

İndi sən

poliqonda atılan güllələrdən

taxta hədəflər dalında

gizlənmiş vəziyyətdəsən.

Hikmət Carçılı
Qərar (mini povest, psixlər üçün)

Bu mini povesti hərdən ağlını itirmək məqamına kimi

gəlib çatan mübarizlərə hədiyyə edirəm...

I fəsil

Oktay o gün tezdən ayılıb bir aya yaxındı düşdüyü ruhi xəstəxanada səs küy eşidəndə başını tez yorğanın altına soxdu ki, ay aman başım getdi, bu nə səsdi, kəsin, artıq dözə bilmirəm, səbrim tükənir, ay aman, bu nədi?! Əslində Oktayın dediyi qədər səs yox idi. Düzdür səs-küy var idi, ancaq insanın ağlını başından çıxaracaq dərəcədə bir səs deyildi bu. Sadəcə onun kimi bu xəstəxanada tibbi yardım alan xəstələrin gicliyi tutmuşdu, uşaq kimi xəstəxananın zalında o yana, bu yana qaçır səbəbsiz sevinclərini – dəliyə hər gün bayram olar sözü burada öz təsdiqini tapırdı – bu yolla biruzə vermək istəyirdilər. Onların vecinə deyildi heç nə; nə ümumdünya böhranı, nə bir-birini qıran insanların axırının nə olacağı, nə yemək dərdi, nə içmək dərdi, nə yatmaq, nə durmaq, nə çılpaq qadınların ehtirasları, nə bu ehtiraslara biganə qala bilməyib onları zorlamaqda günahlandırılıb da həbsə atdırılan ağılsız kişilər, nə hakimiyyət başında kimin olması (kim eşəkdi ona palanıq deyənlərdən fərqli olaraq bunlar heç palan da ola bilmirdilər, sadəcə yaşayırdılar), nə müxalifətin oyunları və yaxud buna alət olan oyuncaqlar... ümumiyyətlə heç nə maraqlı deyildi onlara sadəcə kefləri gələndə kefləri istəyən kimi sevinir, deyir, gülür iztirab çəkməkdən azad olurlar, əslində azad olduqlarından onu yaxına buraxmırlar.

Bu gün də həmin günlərdən biri idi. Onların sevincinin həddi-hüdudu yox idi. Yenə də hərə bir işlə məşğul olurdu; kimi kefi gələn kimi çığırıb bağırırdı, kimi bəzi əşyalarını oyuncaq yerinə kullanıb da uşaq kimi evcik-evcik oynayırdı, kimi özünü öyürdü dayanmadan özünə vurğun uşaqlar kimi, kimi birinci sinifdə sevdiyi qızı yadına salıb ağlayırdı...

Həə, yeri gəlmişkən bu dəlilərdən biri vardı, əlli yaşında olmasına rəğmən qırx il bundan əvvəl –ikinci sinifdə sevdiyi qızı yadına salıb ağlayırdı doğrudan-doğruya. Adı Rəsul idi, bir zamanlar məsul vəzifələrdə işləmiş adamdı, buraya nədən düşməyini soruşsanız bircə onu deyə bilərəm ki, bu adamı eşq bu yollara salıb. Belə ki, qırx yaşına çatan lakin hələ də evlənməyən Rəsul müəllim qırx bir yaşında on yaşı olan zaman sevdiyi bir qızı arayıb axtarıb onunla evlənmək qərarına gəlir, subaylığın daşını atmaq istəyir. Tapanda bilir ki, bir zamanlar dərdindən öldüyü dərslərini eşqi yolunda qurban verdiyi həmin qızcığaz artıq evlidir; iki övladı var, ərini sorub soruşduranda məlum olur ki, sən demə o qızı alan elə bunun – Rəsul müəllimin uşaqlıq dostu, o qızın da, Rəsul müəllimin də sinif yoldaşı Əhməddir. Bu evlənmək məsələsi onun ağlına vəhabinin ağlına cihad düşən kimi düşmüşdü, bunun üçün hər şeydən keçərdi. Gedib məsələni qızın özünə açdı.

Qız Rəsulun sözlərini eşidən zaman dəli oldu, ömründə belə alçaqca bir təklif gözləməzdi heç kimdən, Rəsuldan heç gözləməzdi, çünki Rəsul nə qədər onun əlini öpməklə özünü onun sevgilisi sansa belə həmin qız onu daima bir qardaş kimi görmüşdü. Ona görə ki, həm də Rəsul məktəbdə oxuduqları zaman ona hamıya (başqa qızlara) göstərdiyi münasibətdən daha yaxşı münasibət göstərmişdi və bu münasibət də ancaq və ancaq qardaş bacı münasibəti, qardaşın bacıya sevgisi ölçüsündə anlaşıla bilərdi. Bu illər ərzində nə o qız Rəsulu başa düşə bilməmişdi, nə də Rəsul onu. Xülasə...bu sözləri eşidəndə qızın ona cavabı bu olur ki, sənə xəbərdarlıq edirəm, bir də bu söhbət açılsa özündən küs. Bu söhbətdən sonra Rəsul yenidən bir də qayıdıb gəldi, xəbərdarlığa rəğmən. Və gəlişi ilə söhbəti yenidən açdı. Bu isə qızın qətiyyən xoşuna gəlmədi. Rəsulun dəli kimi danışması, özünü dəli yerinə qoyması, bir-iki sözündə də “quş buraxıb” deməsi ki, “mən dəliyəm” filan-fəsmən...kimi sözlər ona stimul verdi və ruhi xəstəxanaya zəng vurub xəbər verdi. Yaxınlıqda yerləşən xəstəxanadan bir-iki həkim gəlib onu aparıb, xəstəxanaya saldılar.

O gün bu gün gözünün yaşı qurumurdu Rəsulun.

O bədbəxti bəlkə də azad edərdilər, ancaq xəstəxanaya yeni gələndə həkimlər onu yoxlayan zaman etdiyi hərəkətlər həkimləri əmin etdi ki, bəli, buraya zəng vurub xəbər verən xanım düz deyirmiş, zənnində yanılmırmış, bu adam dəli deyil, lap dəlinin yekəsiymiş ki, zırramaymış, buna baxanda adına dəli deyilənlərin atasına rəhmət, deyib, atdılar bədbəxti içəri.

Artıq on il idi ki, burada beləcə göz yaşları axıdardı, allahın bir ucuz ölümü də yox idi ki,(yəqin oralarda da “ölüm krizisi” başlayıb) ölüb canını qurtaraydı bu it zülmündən. Ölümə də həsrət qalmışdı, bütün insanların qorxduğu, hər an gəlib onları cəhənnəmə vasil edəcəyi qorxusu ilə yaşayan insanlardan fərqli olaraq ölümə tamarzıydı o, xoşbəxtliyə, azadlığa həsrət qaldığı kimi. Bircə bəxti bədbəxtlik sarıdan yaman gətirmişdi, onun yerinə kim olsaydı yəqin çoxdan şair olmuşdu...

Həə, onu deyirdim axı, hamı öz kefindəydi, artıq bunun nə qədər kef və ya başqa bizə naməlum bir şey (sevinməyə dəyən bir şey) olmasını müəyyənləşdirmək sizə qalıb. Gülünc görünürdü hər şey bu xəstəxanada: xəstələrin hərəkətlərindən tutmuş sözlərinə kimi. “baxın mən eşşəyəm” bir başqasını belinə mindirib ağzı üstə gəzən bir dəli deyirdi, “mən kralam, hamınız qarşımda baş əyməlisiniz” bunu divarın küncündə əyləşib, əllərini dizlərinin üstünə qoyub krala məxsus bir ədəb ərkanla oturmuş dəli dedi, “məndə sığar ikən cahan...” digəri şeir deyirdi, başqası nə bilim uşaqlıqda kiminsə onu döydüyünü yadına salıb hönkür-hönkür ağlayırdı, lap yuxudan yenicə ayılmış uşaqlar kimi. Bir başqası isə gülürdü, “mən şalvarıma batırmışam, Napolyonu çağırın gəlib mənim paltarımı dəyişdirsin, ha, ha, ha...” Napolyon ömründə dayə işləməyib, bilmirəm bu haradan düşmüşdü yadına onun. Hər şey necə də komik bir səpkidədir. Ancaq yox, əslində hər şey ağlamaq üçün bir bəhanə olmalıydı mənim fikrimcə, hər şeyə ağlamaq lazım idi ki, burada dünyanın ən sərbəst, ən qayğısız insanları çürüyüb gedir. Bu insanlar heç nədən çəkinmirdilər, hətta durduqları yerdə ən çox qorxduğumuz şeylərə söyürdülər: prezidentə, deputatlara, yeri gələndə onları bu dünyaya salana belə... adamın lap buraya düşməyi gəlirdi...

Oktay əzab çəkirdi; həm bu səs küydən, həm də bu insanların niyə burada çürüyüb qalmasını düşünməkdən. O öz-özünə düşünəndə buraya salındığı gündən – bu barədə bir az sonra – bu yana həmişə Nazim Hikmətin “gəlin bir günlüyə dünyanı verək cocuqlara” şeirində azacıq düzəliş edib, deyirdi, siz bu dəlilərin nəyə qadir olduqlarını görmək istəyirsiniz, “gəlin bu dünyanı bir günlüyə verək dəlilərə”. O elə zənn edirdi ki, dünyanı pul dərdi çəkməyən dəlilərə versək, onlar qursa bu dünyanı rüşvətsiz-zadsız daha gözəl qurardılar, hətta elə bir dünya qurardılar ki, hər şey dəli təfəkkürü ilə idarə olunardı hamı oyuncaq qurub evcik-evcik oynayardı, yoxsa pul hərisi olan ağıllılar kimi “göydələnlər” tikməklə məşğul olmazdı insanlar. Və yaxud dəlilər dünyada elə bir din yaradardılar ki, daha o dinin vasitəsiylə allah gündə beş dəfə özünü reklam elətdirməz, gəncliyimiz din təfəkkürüylə heç yana getməyəcəklərini bilə-bilə onu qəbul edib də özlərini qocalmağa məhkum etməzdilər, dünyanı elə yaradardılar ki, orada insanlar gələcəyinə zərrə qədər belə ümid olmayan Mehdi Saib əz-zamanı gözləməzdilər, elə yaradardılar ki, dünyada nə prezident-prezident, nə deputat-deputat, nə nazir-nazir... oyunu keçirməzdilər insanlar, heç kim peyğəmbər olmazdı, heç bir qadın çadra altında pərdələnib gözəlliyini gizlətməzdi və beləliklə zorlamaların qabağı alınardı, yəni insana etmə deyəndə edir əksinə, deyir görəsən bu nə sirr şeydir ki, məni o işi etməyə qoymurlar, bu üsuldan çox istifadə edilib, Oktayın fikrincə dünyanın dəyişdiyi bir vaxtda taktikaları da dəyişmək pis olmazdı, belə ki, qadınlar üzlərindən çadraları götürsə, yaxşıdır, belədə kişilərin ehtirası, pərdə arxasına olan marağı azalar, (bu taktikanın adına iyrəndirmə üsulu deyirlər) və heç bir qadının Fatimeyi-Zəhradan zərrə qədər fərqi olmazdı...nə bilim, filan, filan, filan şey olmazdı, axır ki dünyada...

Xülasə...

Oktayın fikrincə dünyanı ancaq və ancaq dəlilər düzəldə bilər, bir-birindən artığı, bir-birindən əskiyi olmayan dəlilər, bir-birinə açıq olan, örtülü bazarı olmayan dəlilər.

Bu fikriylə o Hadi əfəndinin tərəfində dayanırdı. “Əlvahi-intibah” əsərində Hadi göstərirdi ki, günü gündən sürəkli bir şəklə gəlib çıxan gündəlik inkişaf bəşəriyyətin məhvinə yönəlikdir, hər kəşf insanın məhvi üçün kullanılır nəticədə. Buna ən böyük sübut kimi dəmiri göstərmək olar. Dəmirin kəşfi qılıncın ixtirasına gətirib çıxardı, nəticədə bəşəriyyət bir-birini qırmağa başladı. Yox əsla mən inkişafın düşməni deyiləm Hadi kimi, lakin, kiminsə yaxud o allah deyilən varlığınmı bilmirəm bu inkişafın gətirib çıxaracağı fəsadlardan sorumlu olması tələb olunur.

Xülasə...

Oktayın fikrincə bu dəlilər dünyada bir dönüş yarada bilərdilər əgər əllərinə bir günlük belə bir fürsət düşsəydi. Çünki onlar “hər şeyi bilən” və “görən” allahdan daha dəqiq olurlar.

Buna sübut kimi keçənlərdə olmuş bir hadisəni nəzərinizə danışaq. Adi bir hadisədir. Bunu həmişə din xadimlərinə misal gətirir Oktay.

- Dostum Rafiq hər dəfəsində bu hadisəni danışır mənə. O deyir ki, bir gün təsdüfi bir mağazaya girdim nəsə alasıydım. Bu zaman hamımızın tanıdığımız, “dəli” dediyimiz Anar da buradaydı. Nəsə alıb çıxdı. Bir azdan bir də qayıtdı. Sən demə, satıcı pulun qalığını olduğundan on qəpik çox veribmiş. Bu qəpiyi kim olsaydı qaytarmaz deyərdi ki, əşşi, daha yaxşı mənə nə ziyanı, satıcını hərifləmişəm. Əslində elə böyüdüləcək bir şey də deyildi o pul, ancaq o dəlinin dəqiqliyi məni heyran etdi.

Oktay daim bu sözləri də əlavə edərdi ki, sizin allahınsa yer üzünə hələ nə qədər borcu var. Din xadimləri sual verərdilər ki, yaxşı de görək, əstəğfurullah, allahımızın borcu nədir? Borcu odur ki, nə qədər körpəni dünaya gəlməmiş öldürüb, borcu odur ki, onları ölümdən qoruya bilərdi, niyə qorumadı (əgər hər şeyi görən və biləndirsə...)? Onların günühı nəydi ki, dünya işığını görməmiş ölümə məhkum oldular, allahın borcu bu səhvlərin səbəbini açmaq, izah etməkdir, allahın borcu odur ki, cavab verə cavabıma ki, görək o uşaqlar deyirlər hamısı cənnətə gedəcəklər, onun borcu məni əmin etməkdir ki, o uşaqların arasından gələcəyin kafirləri, gələcəyin oğruları, gələcəyin ana-bacısına tamah salanları çıxmayacaqdı. Axı, deyirlər allah sınağa çəkməyi sevir, axı deyirlər allah yaratmağı sevir, axı deyirlər allah bütün bəndələrini sevir, bəs onda niyə onlara, o körpələrə anasının qarnında ölənlərə, abort nəticəsində dünya işığından məhrum olanlara niyə bu dünyanı görmək xoşbəxtliyi verməyib, niyə onları bu sınaqdan məhrum edib. Bəlkə o öz yaratdıqlarına inanmadığından, onların bu dünyada var olanlardan əməlləriylə dünyanı qan gölündə boğanlardan daha qəddar olacağını bildiyindən bu dünyalarını əllərindən alıb onların. Axı, Allah hər şeyi görəndir və əlinin içi kimi biləndir. Mənim “niyə” sualıma cavab verməlidir. Cavab verə bilmir. Yəqin ondandır ki, allahın hər yaratdığı nə varsa, mükəmməldir – kimi fikirlər boşmuş, belə çıxır ki, onun yaratdıqları mükəmməl olmadıqlarından dünyaya gələ bilməyiblər. Əgər allah sualıma cavab versə, bəlkə də deyəcək ki, mən onları bu dünyanın çirkinliklərini görməməkləri üçün qoymadım bu dünyaya gəlməyə. Bu cavab sadəcə cavab vermək xatirinə cavab olardı. Ancaq hələ o cavabı da verə bilmir allah, qaçıb gizlənib pis iş tutmuş uşaqlar kimi.

Yaxşı bu uşaqları qoyaq bir kənara. Deyək ki, onlar hər şeydən xəbərsiz bəndələrdilər. Bəs, deyirlər allah suda boğulanın da, ilan vuranın da sorğu-sualsız rus demiş “priamoy” cənnətə yazır “bilet”ini. Onda gərək allah bu saulıma da cavab verə ki, görən o insanların içində yəni ilan vuran, suda boğulanların içində (onlar müxtəlif yaş kateqoriyasına aid olduqlarından belə bir suala əl atıram) heç kafir olanı, allaha peyğəmbərə söyəni yoxdu, heç arax içəni, nəşə çəkəni yoxdu? Onlar nə üçün cənnətə sorğu-sualsız getməlidir bilə bilmirəm? Əminəm ki, bu sualım cavabsız qalacaq, gizlin qalacaq allahın özü gizlin, insanlar üçün qaranlıq qaldığı üçün.

Oktay belə olan halda mən necə inana bilərəm allahın varlığına, ədalətinə, bərabərlik tələb etdiyinə, deyirdi. Bərabərliyi istəməməsi üçün ən adi bir şeyi deyim ki, Allahın deməsi ki, peyğəmbərin qızı Fatimeyi-Zəhranı incidən məni incidmiş olar. Bunu allahın dediyinə inanırsınızsa, mən sizin özünüzün adam olduğunuzu hesab etmirəm, müsəlman, allahı sevən onun istəklərinə riayət edən insanlar olduğunuz mənə çatmır, insan hüquqları məsələsinə baxışınız mənim üçün qaranlıqdır. Əlbəttə ki, sizdə belə bir sual yarana bilər ki, bəs allah deməyibsə, kim deyib? Görürsünüz yavaş-yavaş düzəlirsiniz deyəsən. Cavabım Məhəmməddir. O yazmışdır bunu. Övladını, özünü müqəddəsləşdirmək üçün. Quranda belə bir yer də var, Məhəmməd allahın sonuncu rəsuludur. Bu da allahın – daha doğrusu Məhəmmədin səhvi ucundan – ədalətsizliyinə dəlalət edən cəhəti. Allahın bir çox məqamlarda da səhvlərini diqqətinizə çatdıra bilərik. Biri ondan ibarətdir ki, bütün müsəlmanlar allahın kitabına əsaslanıb deyirlər ki, əgər allah deyirsə ki, ən mükəmməl din islamdır, ən mükəmməl kitab Qurandır, demək onda ən mükəmməl insanlar da müsəlmanlardır və belə olan halda Qurana tabe olmayanlar, Allahı, Məhəmmədi qəbul etməyənlər, yüz iyirmi dörd min peyğəmbər qəbul etməyənlər kafirdirlər. Allaha az-maz inansalar da, Məhəmmədi zərrə qədər olsun tanımayan, qərb insanları demək hamılıqla cəhənnəmə vasil olacaqlar belə çıxır ki. Bütün dünyanı elmləri ilə valeh eləyən İsrail qardaşları – yəhudilər kafirin yekəsidir onda eləmi, onların Allah tərəfindən lənətləndiklərini bütün müsəlmanlar qəbul edirlər. Əşşi boşlamaq lazımdır bu fikirləri qardaşlar, bu kimi fikirlər insanı həyata lazımlı insan olmaqdan qoyur. Əl çəkin, qardaşlar, əl çəkin bu təfəkkürsüzlükdən...

Sonuncu dəfə bu sözləri deyəndə az qaldı ki, onu öldürələr, qanına girdi polislər, təsadüfi bunlar mübahisə etdikləri yerdən keçənpolislər mane oldular və canını qurtardı ölümdən Oktay, ancaq onu deyim, polislər gəlməmişdən qabaq yaman bərk döydülər, lap ağzından qan gələnə kimi. Arxasınca gedib polislərdən sonra, öldürmək də olardı, din uğrunda, axı, dində cihad etmək və yaxud hər hansı bir kafiri öldürmək allah qarşısında savab buyrulub. Lakin olmadı...

Mən baş aça bilmirəm bu allah özünə vurulub nədi, hamıya özünü qəbul etdirmək üçün yanıb tutuşur. Maraqlı məsələdir.

Bu barədə Oktay Hacı Davud əfəndi ilə çoxlu söhbətlər etmişdi. Onunla söhbəti çox sevərdi Oktay ona rus demiş, “vinmanya” verməyən bircə o idi. Həmişə deyərdi ki, hər kəsin şəxsi fikridir. “Vinmanya” verməməsi Oktayı üzsə də onunla söhbət zamanı ürəyində nə var idi deyə bilirdi. Hacı Davudsa hər şeyi izah etməyə çalışardı, lakin, məntiqin qarşısında aciz qalan vaxtları da olurdu tez-tez.

O maraqlı söhbətlərdən birini diqqətinizə ərz edirəm.

Bir gün Oktay gəldi ki, Hacı əmi, sənə bir işim düşüb. Onunla bağlı bir az söhbət etməliyik.

Hacı Davud dedi:

- Gedək evə, Sənəm qarının pürrəngi çayından içə-içə söhbətimizi xırıd elərik inşallah, allah yardımçımız olsun!

...Söhbətə Oktay başladı.

- Hacı dayı, o gün məni döydülər ki, mən allahı zor-xoş qəbul etməliyəm. Qəbul etməliyəm ki, allah var. Əgər o allah ki, özünü zorla qəbul etdirmək istəyir, özü də heç nəyə qadir olmayan dediyimiz insanların, mömin bəndələrin əliylə, onun qüdrətinə və yaxud varlığına inanmaq olarmı?

Hacı Davud gülümsündü. Həmişə beləydi gülümsünürdüsə, heç nə deməyəcəkdi.

Oktay bir də soruşdu.

- Hacı dayı, inanmaq olarmı?

Hacı Davud heç bir cavab verə bilmədiyindən yox, bu körpənin niyə bu şeylərlə maraqlanmağıyla maraqlandığından, onu düşündüyündən hələ də susurdu..

Birdən qəfil söhbətə keçdi.

- Bala, bilirsən, inanmaq lazımdır. Ona görə ki, biz mömin bəndələrin borcudur ki, onun rəsulunun yer üzünə gətirdiyi kitabı yayaq, onu təbliğ edək, biz mömin bəndələr bunun üçün gəmlişik dünyaya, biz mömin bəndələr cənnətə düşmək istəyiriksə, sənin kimi cahilləri, yox yanıldım sən kafirsən, haqq yoluna gətirməyə can ataq, mən sənə bir neçə dəfə deyib borcumdan çıxmışam, daha qalanı sənin öz işindi, allaha da, peyğəmbərə də, başqa kimlərə də inanıb inanmamaq sənin şəxsi fikrindi balası. Sənin dediklərinçün cəhənnəm odunda yanan mən olmayacam ki?! Sən olacaqsan...

- Dayı mən səninlə razı, bu cihada necə baxırsan, axı, bu cihad ölümlə nəticələnməlidir, mən bilən də öldürmək və yaşatmaq dinə əsaslansaq allaha məxsus bir işdir. Bu cihad bəs, allaha üsyan deyil, onun yazdığı kitaba qarşı çıxmaq deyil, danışdıqlarınızla, oxuduqlarınızla əməlləriniz arasındakı təzadı görmürsünüz?

Hacı dayı bu sualdan bir az tutuldu, yerində qovrulub arvadı səsləməklə aranı qatdı.

-Az ay Sənəm harda qaldın? Çay nooldu?

Bir azdan çay gəldi, stəkanlara süzülmüş halda. Sənəm qarı çıxıb gedəndən sonra yenə dedi.

- Dayı sualıma cavab vermədin.

Əlindəki stəkanı yerə qoyub sanki yuxudan ayılırmış kimi.

- Nə deyirdin bala?

Sualını təkrar etdi.

Cavabı bu oldu ki.

- Müsəlmanlar o cihadı allah uğrunda edirlər. Və o zaman ölən kafirlər müsəlman qardaşlarımın boynuna günah kimi yazılmır. Allahın izniylədirsə olar, heç bir təzad-zad yoxdur.

Oktay istəmədən gülümsündü.

Hacı Davud bildi ki, əgər gülürsə, demək nəsə tapıb.

- Niyə gülürsən?

- Onda sizin deməyinizlə evdə ata xoşa gəlməyən, ədalətsiz qərar çıxarsa, bununla razılaşmayan oğul ölməlidir və kimsə onu öldürsə, konistitusiyaya əsasən tutuqlanmamalıdır eləmi? Ata bütdür, ona söz demək olmaz eləmi, onun ədalətsiz qərarlarına da boyun əyməliyik eləmi? Siz dindarlar da Allahınızı bu səviyyəyə gətirib çıxarmısınız. Büt səviyyəsinə...

Bu son sözlərə Hacı deyəsən bir balaca hirsləndi. Və heç bir söz tapa bilməyib Oktaya dedi:

- Olarmı bu söhbəti sonra davam etdirək. İndi yorğunam.

Oktay “olar” deyib Hacının evindən çıxdı.

Yol boyu evə gələndə düşündü ki, bütün dindarlar belədir, dara düşəndə ya adamın böyrünə bıçaq soxarlar, ya dinə dəxli olmayan şairlərin dinə aidiyyatı olmayan misralarını sitat gətirərdilər, ya da söhbətdən birtəhər bir bəhanə ilə can qurtarardılar...

II fəsil

Oktay hər gün zülüm çəkərdi bu dəlilərin səs küyündən, bir yandan da onlardan ağıllı, eyni zamanda onlardan xoşbəxt insanların yer üzündə olmadığını təsdiqləyərdi, səs-küy qurtaranda. Gərçi, o qədər də səs-küy olmur. Yenə də olsun.

Son vaxtlar deyəsən özü də dəli olurdu.

Bu haqda bir az sonra...

İndi sizə onun dəli olamaya-olmaya bura necə və kimlərin tənəsindən sonra düşməsi barədə qısaca arayış verim.

Oktayın yaşadığı Heydər Əliyev prospektində bir it qədər də hörməti yox idi ona heç kimin. Əvvəlcə bu hörmətsizlik, prospektdə ona qarşı olan nifrət, bu it urvatı, it aqibəti oradan başladı ki, o Heydər Əliyev prospektində yaşaya-yaşaya Heydər Əliyevə qarşı danışmağa, oradakı insanları heç də əliyevlər rejiminin yaxşı işləmədiyindən xəbərdar etməyə, deputatlara, İlham Əliyevin əleyhinə tənqidlər yağdırmağa başladı. Bunu eşidən insanlar onun niyə belə danışdığı barədə düşünəndə yekun fikirləri bu oldu ki, bir insan əgər “mələkmisal” insanlar haqqında təhqiramiz fikirlər səsləndirməyə başlayırsa, demək o insan dəlidir, başqa cür ola da bilməz.

Bu insanlar başqa cür düşünə də bilməzdi. Oktayın fikirlərində zərrə qədər belə, dənizdən ayrılan kiçicik bir damla boyda belə təhqir yoxdu. Ancaq bu insanların tənqidlə təhqirin nə demək olduğunu ayırd edə bilmədiklərini nəzərə alsaq onların Oktaya qarşı aqresiyaları başa düşüləndi.

Təhqir və tənqid haqda təkcə bu prospektdəki insanlar deyil, hətta hakimiyyət başında olan əliyevlər hakimiyyəti, iqtidar da elə beləcə düşünürdü. Onların əlinin altında işləyənlərin yaşadıqları ölkənin dilini bilmədikləri buna ən tutarlı bir faktdır. Xülasə...

Heydər Əliyev prospektində Oktayın bu cür danışması hamını narahat edirdi, hamı düşünürdü ki, görəsən bu Oktayın hakimiyyətlə ədavəti nədir axı, axı, bu hakimiyyət ona neyləyib ki, görəsən o bu cür aqresiya ilə danışır, insanları çevrilişə, çevrilişə də olamasa belə milləti oyanışa öz haqqını tələb etməyə çağırırdı.

Oktay deyirdi ki, balam, sən axı, öz haqqını tələb edən zaman niyə kimdənsə qorxmalısan, deyirmisən ki, filan şey mənim haqqımdır, bəs, niyə, niyə bircə kəlmə ağzını açıb polis dığalarının yanında sözünü deməyəsən, niyə axı, vəzifəli adamların yanında sən gözü kölgəli olmalısan, niyə axı, istəməsən də sürüdən beş-altı qoyun çaya düşəndə o birilər də düşüb boğulan kimi sən də başqalarına baxıb, kimisə allah səviyyəsinə qaldırmalısan, kimisə bütləşdirməlisən? Niyə belə olmalıdır axı, bəlkə sənin atan ondan əskik adam olub sən duranda da oturanda da onun haqqında danışanda “ata” deyirsən sözünün o başı da, bu başı da?

Oktay bu barədə xalq şairi Qənbər Allahqulu ilə də danışanda soruşardı.

- Şair, bəyəm sənin atan ondan (təbii ki, Heydəri nəzərdə tuturdu) əskik adamdır, ya özün ondan, onun oğlundan əskiksən. Niyə sən onu oğlunu nəsil nəcabətini tərifləmlisən axı? Həə?

- Bilirsən mənim ondan asılacağım var, mənə çörək verib, mənim atam məni bu dünyaya gətirib o insan mənə həyat verib, həyatımı qurmağa bu insan kömək olub, böyük adamdır, onun haqqında pis danışa bilmərəm.

- Ay kişi, demirəm onu tənqid et, ya təhqir et, deyirəm niyə belə olmalıdır, axı, niyə sən və sənin ağılda insanlar bu hakimiyyətin uğrunda istedadınızı qurban verməlisiniz? Özü də ağzınızı açanda ümumbəşəri poeziyadan danışarsınız. Niyə?

- Bala sənə vaxtında çox dedim ki, gəl sənin üzvlüyünü təsdiqlədək, Anarla danışmışdım, razı idi, sən axmaqlıq etdin. Onda yazılsaydın yazıçılar biliyinə üzv kimi bilərdin biz necə xoşbəxtik, bu xoşbəxtlik hər şeyə dəyər. Bizim üçün siyasət dərdi yoxdur, biz fikirləşmirik ki, hakimiyyətdə kimdi, bizə kimliyinin bir istisi soyuğu yoxdur prezidentin, biz sabah İsa da gələndə beləcə yazacağıq, yəni kim eşşəkdir biz ona palan, fərqi yoxdur, o eşşək demokratiyadan bir şey bilirmi, bizim üçün demokratiya da maraqsızdır, elə şeylər nisbidir. Biz ağıllı adamıq, yoxsa sənin kimi toy toğlusu kimi ortaya düşüb ağlımıza gələni danışmırıq.

Bir zamanlar şairlik etdiyi vaxtlarda ustad kimi tanıdığı adamın belə danışmağı Oktayı yaman üzdü, yaman pərt etdi. Axı, necə ola bilər ki, sən bir zamanlar Müsavatın vaxtında onun tərəfində olasan. Özü də alovlu alovlu çıxışlarla. İndi də gəlib YAP-baz olasan. YAP-a nifrətini artıran da elə bu hakimiyyətin sayımız çox olsun deyib, axmağı da, gici də, bici də, qəhbəni də, manısı da öz sıralarına qatması idi, hətta Müsavata xəyanət edənləri də. A dərdiniz alım bu gün ona xəyanət edən adam sabah sənə xəyanət edəcək, bunu niyə başa düşmürsən ki, qəhbə pul üçün işləyir, sabah sənin zamanın keçəndə, taxdan salanda kimsə səni (bu olmayan iş deyil) həmin zamanda da sənə xəyanət edəcək...

Oktayı düşündürən bu idi ki, axı, niyə məhz bir bizdə ola bu şey, hakimyyəti tərif etmək, ondan nəsə ummaq. Tarixdən azca da olsa xəbəri olan adam özüyçün asanlıqla müəyyən edə bilər ki,bu gün bizim adını fəxarətlə çəkdiyimiz, varımız yoxumuz deyib zirvə kimi tabıdığımız Qətran Təbrizi kimi, Xəqani kimi, Nizami kimi, (Nəsimi bu sıraya yaraşmaz, Qazi Bürhanəddin, Xətailərinsə, şəninə şeirlər yazılıb), Fizuli kimi... saymaqla qurtarmaq bilməyən şairlərimiz məhz saraylara yaranmaq üçün, onların xoşuna gəlmək üçün yazmışlar. Dünya ədəbiyyatındansa, tanınmış imazaların yaradıcılığında belə səhvlərə rast gəlmək mümkünsüzdür. Oktay həmişə bu barədə söhbət düşəndə “Şahnamə” müəllifi, fars şairi Firovsini nümunə göstərər, Nizamilə onun cəsarətini müqayisə edərdi. O Firdovsinin cəsarətini əzəmətli Qəznəvi hökmdarı Sultan Mahmud Qəznəvinin “məni mədh et, mənim sarayımın şairi kimi fəaliyyət göstər” təklifini rədd edib sarayı tərk etməsində görürdü. Nizami isə heç bir saray əyyanına qarşı çıxa bilməmişdir, ən azı Xəqanidən fərqli olaraq,Yunis İmrədən fərqliliyi türkçə yazmamasıdır. Nəysə... Bu onu göstərir ki, saray ədəbiyyatı deyə bir şey yoxdur dünyada, dünya ədəbiyyatı tarixində, dübya ədəbiyyatı nəzəriyyəsində və bizim tariximizdə olduğu kimi nəzəriyyəmizdə də var, bu təkcə bizə məxsus. Və bu zəiflik bizim başımızın aşağılığı.

...Oktay bir zamanlar toyda tamadalıqla gün keçirən şairlərdən biriydi, sonra bir gün toyda insanlardan birinin ona dediyi bir söz onu ayıltmış bu yoldan çəkindirmişdir.

Toyun qızğın vaxtlarında Oktay şeirlərini yavaş-yavaş xırıd edən zaman bir nəfər yaxınlaşıb onu qırağa çəkir və belə bir söz deyir.

- Qardaş işin gücün yoxdur sənin, niyə özünü öldürürsən, görmürsən ki, sənə qulaq asan bir nəfər belə yoxdur. Hamı musiqi dinləmək istəyir, sənin danışdığın şeirlər heç kimə lazım deyil, get özünə əməlli-başlı bir iş tap, babamın sənə bənzəyən adamlara-orkestrdə artıq olan dirijorlara aid etdiyi belə bir sözü vardı, “atçı kopolu atını çapır, bu daylaqlı kopolu niyə özünü öldürür?” Qardaş mənim sənin istedadına yazığım gəlir.

O gündən sonra Oktay tamadalığa tfu dedi. Ustadı Qənbər Allahqulunun (Oktay düşünürdü ki, bu təxəllüsü səhv götürmüşdü, Qənbər Allahqulu deyil, Heydərqulu olmalıydı) məlum söhbətindən sonra bir dəfəlik yazmağa da “kres qoydu”. İndi başlamışdı üsyankarlığa, vicdanının susmağına razı ola bilməzdi. Millətə, xalqa gərək olmalıydı, başqalarından fərqli olaraq o artıq hər şeyi anlayırdı, hər şeyə qarşı döyüşə hazırdı, gözü açılmışdı...

Elə bu səbəblərdən də onu heç kim qəbul etmək istəmirdi, insanlar belədir də, yaxşlığına danışan zaman pisinə başa düşür. Öləndən sonra iş-işdən keçəndən sonra da başlayır, deyir ki, paa, deməzsən, rəhmətlik yaman deyirdi, heyif anlamadıq. Kopolunun ermənisi yalan deməyib ki, müsülmanın sonrakı ağlı məndə olsaydı, o dünyanı bəri edərdim.

Onun ruhi xəstəxanaya düşməsinin səbəbi bu oldu ki, o bildiyiniz kimi dinin əleyhinə də danışardı, hətta bu dinlərin “Min bir gecə” nağılından seçilmədiyini də deyirdi, açıq-aşkara. Həm buna görə, həm də prezidentin əleyhinə “təhqiramiz” fikirlər söylədiyi üçün onun əlindən zara gələn camaat zəng etdi polisə ki, paa, deməzsən, bu məhəllədə bir adam var, gic-gic danışır, çevrilişdən-zaddan dəm vurur.

Polislər gəlib onu tutanda Oktay təəccüblənmədi, bildi ki, prospektdə onun əlindən bezən adamlar satıb, ancaq bir onu dedi ki, noolub, niyə qoymursunuz rahat yaşayaq?

Polislər Oktayı bölməyə gətirdilər, dindirən zaman onun etdiyi hərəkətlər polislərə dəli təəssüratı bağışladı və dəlixanadan həkimlər çağırdılar. Həkimlər də bu fikirdəydilər ki, mütləq dəlixanaya getməlidir, bir müddət psixi müalicə aldıqdan sonra yenidən yoxlanılıb buraxıla bilər.

İnsanlar qərarlaşdırmışdılar. Oktayı dəlixanaya, həbsxanaya və ya haraya olur, olsun saldırmalıydılar.

Bu dəlixana məsələsi onların lap ürəyincə oldu, fikirləşdilər ki, həkimlər onu yoluna qoyacaqlar, düzəldəcəklər, bir adam edəcəklər. Nəysə, bu şey həm hakimiyyət adamlarının, həm də mollaların xeyrinə oldu, hər ikisini divara dirəmişdi bu müddət ərzində, rayondakı YAP nümayəndələri bu işin arxasında duracaqlarını insanlarla apardıqları söhbətlərində demişdilər. Bildirmişdilər ki, bizə dəyib toxunanlar bəla tapmalıdır, başqa cür ola bilməz, biz atamıza xidmət edirik.

Deyirəm onların bu sözləri necə də stalinçilərin, leninçilərin sözlərini xatırladır. Onlar da eynən bu cür danışmırdılarmı, onlar da “atamız” demirdilərmi? Orada da demokratiya yoxuydu,burada da yoxdu, o dövrün insanları da azad fikirdən xəbərdar deyildilər, bu dövrün insanları da xəbərsizdirlər. Xülasə...

Beləcə şərlənib damlandı. Əgər insanların demokratiya istəyi, din təfəkküründən, qadınlar başların çadranı atıb deyə zəlzələ olur düşüncəsindən çıxmaq istəyi tutuqlanmağa zəmin yaradırsa, tənqid etmək üzərində tutulub insanlar dəlixanaya salınırsa, hər hansı bir vilayətdə, hər hansı bir ölkədə, o ölkədə yaşamaq ölümdən də betərdi. Bəlkə elə buna görə də dəlixanaya düşəndən sevinirdi. Sevinirdi, sərbəst qayğısız yaşayacağına...

Hərçənd hərdən üzülürdü də burada çürüyüb gedənlərin taleyi üçün...

III fəsil

Oktay bu dəlilərin səs-küyündən bəzi anlar bezsə də qayğısızlıqları onu sevindirirdi. Lakin bir şey vardı ki, bayırda olanlar burada çürüməkdə olanlardan heç də ağıllı deyildilər. Əksinə, elələri vardı, nəinki onlardan ağıllı idi, nəinki onlarla eyni ağılda idilər, hətta onlardan beşdi- betərdilər.

Oktay burada hər gün bayıra can atardı. Fikirlərini buarada heç kimlə bölüşə bilmirdi. Ürəyini yeyib dururdu.

Artıq bir ay idi bura düşəli, deyəsən, yavaş-yavaş bura alışırdı. Son vaxtlar özünü lap dəli kimi aparırdı.

Həmişə öz-özünə düşünürdü. Özünə sual verirdi ki, mən niyə buraya düşməliydim axı, axı hər şey gözəl idi məndə bir zamanlar. Bir zamanlar hamı mənimlə fəxr edərdi, mənim yazılarımı oxuyub əhsən deyərdi, hamı mənim gələcəyimlə bağlı böyük düşünərdi. Hətta bir zamanlar qonşusu Əfqan dayının – yaşda ağsaqqal bir adamın onun qabağında necə diz çökməsi, necə onun haqqında fəxarət hissiylə danışması ki, bala sən bizi bir işıqlı günə çıxaracaqsan, sənə böyük inamımız var deməsi gözünün önünə gəldi. O günlər necə də xoşbəxt idi. Hər tədbirdə iştirak edər, alqış qazanar, sevinərdi. İnsanlarda özünə qarşı simpatya yaradardı. Ancaq “onda necə də mənasız həyat sürərdim” deyə sanki yuxudan ayıldı. Onda hər şeydən xəbərsizdim, sadəcə pul qazanmaq üçün, sadəcə alqış qazanmaq üçün, sadəcə xoş sözlər eşitmək üçün yaşadığını gözünün önünə gətirdi və birdən özündən asılı olmayaraq güldü “ha, ha, ha...”, və bunun dalınca ürəyi bulandı və tez də dayandı. “Onda xoşbəxt idim, ancaq hər şeydən xəbərsiz idim, necə də bədbəxt imişəm, dünya üçün gərəksizmişəm, indi hər şeydən xəbərdaram, iyrəncliklər ürəyimi bulandırır, bədbəxtəm, ancaq əslində qəlbimin dərinliklərində necə də xoşbəxtəm, çünki düşüncələrimlə dünyaya lazımam, sabah üçün lazımam. Ancaq neyləyim ki, bədbəxtəm, bu divarlar arasında çürüyüb gedəcəm, əsəblərim sakit deyil ki, adam balası kimi gedim deyim mən sağalmışam buraxın çıxım gedim, həkimləri görəndə əsəblərim yerindən dik atılır.” Bir az dayandı. Nəsə fikirləşdi. Başını bulayıb təəssüf dolu baxışlarla divarın bir küncünə baxdı, deyəsən bir balaca kövrəldi də. “Bu gün məni anam da, atam da qəbul etmirlər. Mən bir zamanlar elə bilirdim dünyada mənim atamdan güclü insan yoxdur, elə bilirdim anamdan mehriban qadın yoxdur. Sən demə, mən uşaq olmuşam o zamanlar, hər bir uşağın düşündüyünü düşünmüşəm, bütün uşaqlar üçün onların atalarından güclü kişi, analarından mehriban qadın yoxdur, bütün uşaqlar belə düşünürlər, bütün uşaqlar həqiqətləri görənə kimi belə düşünürlər, bütün uşaqlar ta, aldandıqlarını anlayan günə kimi bu fikirdə olurlar.

Və bir gün gəlir, hər şey məlum olur ki, sən demə, heç də belə deyilmiş. Mən elə bilirdim atam dünyanı insanları çox sevir, onların məhvinə razı olmaz heç zaman, anam da həmçinin. Lakin, buraya düşməzdən əvvəl anladım ki, atam ən zəif adammış, mənim ölümümdən qorxurmuş, mənim fikirlərimə görə allah qarşısında cavab verəcəyimə inanırmış. Həmçinin anam da. Anama heç nə demirəm, qadındır ən azından. Ancaq atama qəti inanmazdım. Sən demə, inanırmış belə şeylərə. Oysa mən elə bilirdim mənim atam ateistdir, mən etiraf edirəm ki, atam olmasaydı mən bu qədər ateist olmazdım, ancaq sən demə, atam mənə görə əqidəsindən belə keçə bilərmiş, keçib belə.

Mən atam olmasaydı hakimiyyətə qarşı belə qatı fikirli bir insan olmazdım. Ancaq sən demə atam məni qorumaq üçün cəbhəni dəyişməyə hazırmış, artıq dəyişib belə...” Yenə bir müddət ara verdi. Deyəsən atasının sözləri yadına düşmüşdü. “Bu həyatda elə belə yaşamaq olmaz. Əqidəni dəyişmək ən böyük xəyanətdir, heç kimə olmasa da öz vicdanına. Və bunun üçün gün gələcək ki, sən vicdanın qarşısında cavab verməli olacaqsan. Oğul, sənə ən böyük əmanətim vicdanını heç nə üçün satma, hətta qarşındakı mən belə olsam, səhv etmiş, günahlı mən belə olsam vur, keç, haqqını tələb et. Həyatda üç şey üçün yaşa. Qadının, övladın, bir də vicdanın üçün.” Oktay dərindən bir ah çəkib sözünə davam etdi. “Niyə mənim əlimin-qolumun bağlamağına razı oldun bəs ata, bəs onda sən niyə özün ədalət tərəfdarı olduğun halda, vicdanlı yaşamaq tərəfdarı olduğun halda niyə məni bu yoldan saxladın razı oldun ki, atsınlar məni dama? Həə, ata cavab ver də, cavab ver! Ah, mənim gözəl atam, demək mənim xətrimə nə zamansa vicdanın qarşısında hesabat verməyi göz altına almısan eləmi? Ah, atam əslində çox sadəlövhcəsinə bir qərar vermisən! Yazıqlar olsun sənə! Sən mənə yaxşılıq etmiş olduğunu sanırsan elə bilirəm, əslində sən mənim həyatımı düşüncələrimi məhv etdin! Yazıqlar olsun!” Bir az dayandıb sonra yenə əlavə etdi “cavab ver, siz yaradanlar; allah da, elə sən – öz doğma atam da özünüzü haqlı sayırsınız, ancaq nahaq yerə. Bir şey ki, yaratdıqlarınızın suallarına cavab verə bilmirsiniz, siz nəyə lazımsınız, sizin gücünüzə inanımmı deyirsiniz,? Bu ki, axmaqlıq olardı, yox səfehlik...”

Deyəsən yavaş-yavaş dəli olurdu, atası gəlib gözünün qabağında dayanmışdı. Lap yüksəkdən danışırdı. Sanki kimlərəsə eşitdirməyə çalışırdı. Lakin həkimlər buna gülüb keçirdilər, dəlidir deyə, heç nədən xəbərləri olmayan dəlilər də, gülürdülər anlamadıqlarından. Sonuncu cümləni deyəndə Oktay həm bərk dedi, həm də bir az obrazlılıq qatdı, özü də bilmədən, onun aktyorluq etdiyini hesab edən dəlilər güldülər və xoşlarına gəldiyindən alqışladılar da...

Alqış səsinə, gülüş səsinə, qışqırtı səsinə sanki yuxudan oyanan Oktay otağından bayıra çıxanda özünü bir anlıq səhnədə hesab etdi. Baş əydi dəlixananın geniş zalında yığışan dəlilərin alqışlarına. Sonra alqışlar kəsəndə özünün bu hərəkətinə gülməyi tutdu. Və yenə düşüncələr onu uzaqlara apardı. “Dəlimi oluram nədi? Mənə nə olur görəsən. Axı, mən aktiyorluq etmirdim, rol oynamırdım. Niyə baş əydim onlara. Bu dəlilik deyilmi? Mən dəliyəm deyəsən. Bax, adicə bir şeyi deyim, bütün dəlilər kimi mən də iynə vurulub əbədi yatırdılacağımdan qorxuram. Bu sübut bəs deyilmi, özümü dəli adlandırmağa yetmirmi?”

Bu kimi fikirlər onda əlbəttə ki, psixoloji yorğunluqdan əmələ gəlirdi. Və təbii ki, belə düşünən hər bir kəsin dəli olmağı labüddür, yəni ehtimalı böyükdür. Belə olan halda insan sanki komaya düşür və ondan ayılmaq da təbii məsələdir ki, çətin bir işdir.

Oktay gic-gic düşünürdü...

Bu arada yuxarıda barəsində danışdığımız Rəsul ona yaxınlaşdı. Bayaq başqa dəlilər onu alqışlayanda bircə Rəsul alqışlamamışdı. Çünki başqalarına baxanda bu dəli deyil, dəliliyini beyninə yeritmişlərdəndir, buna məcbur olduğundan, bayırda onu heç kimi gözləmədiyini bildiyindən buranı özüyçün doğmalaşdıran biriydi.

- Sizinlə söhbət etmək olar?

- Buyurun!

- Görürəm siz dəliyə oxşamırsınız.

Bayaqdan dəliliyinə inanmağa başlayan Oktay bu sözləri eşidəndə sevindi.

- Doğrudan? Elə siz də.

- Doğrudan. Mənim sizə məsləhətim özünüzlə mübarizə aparın, qoymayın axmaqlığınız sizə qalıb gəlsin. Mən də ilk vaxtlar sizin kimi dəli olduğumu kafama yeritdim və sonradan bundan ayrılmaq gec idi, artıq hər şey geridə qalmışdı, gəncliyim də, həyatım da.. daha çıxıb nə edə bilərdim. Gec olmadan buranı tərk etməyə çalış. Siz buranın adamı deyilsiniz.

Oktay sevindi. Bayıra çıxınca kimin üstünə gedəcəyini, kimə pənah aparacağını düşünəndə dəhşətə gəldi. Çünki artıq hamı, bütün sevdikləri ondan imtina edirdilər.

- Bəs hamı məndən imtina edib, bütün sevdiklərim, bütün əzizlərim, hamı. Heç kimim yoxdur bayırda mənə dayaq duracaq.

- Sizin onlara ehtiyacınız yoxdur. Buradan çıxınca siz artıq başqa adam olmalısınız, siz öz həyatınızı özünüz qurmalısınız. Qoy onlar sizin qapınıza gəlsinlər, siz azad insansınız, daha atanız da, ananız da sizə lazım deyil. Onlar ki, sizə ağır günlərinizdə dayaq durmadılar daha neynirsiniz onları. Onlar ki, sizin fikirlərinizi anlamadılar, anlayanları tapın, əgər siz haqlısınızsa, bir gün sizi tapacaqlar onlar, bir gün onların sizə ehtiyacları olacaq.

Oktay sanki duruldu Rəsulun sözlərindən. Sanki hər şeyə baxışı dəyişdi. Rəsul yanından ayrılandan sonra o gedib yatağına uzanıb düşünməyə başladı.

Yadına bir vaxtlar kitablardan oxuduğu bir fikir düşdü. “İnsan gərək anlayan yanında sözünü desin, deməsə günahdı, anlamayan yanında fikrindən keçirməsi belə axmaqlıqdır”. Bu fikrə yaxın bir fikri ona atası da təkrar-təkrar çox deyərdi. Deyərdi ki, “oğul, sözünü de, ancaq heç kiminlə bu barədə mübarizə aparma”.

Bu kimi fikirlər onun beynində səsləndi, bir an belə onu tərk etmədi, ta o ana kimi ki, o qərar verdi, yatağından qalxdı, otağının qapısından çıxıb həkimin otağına sarı üz qoydu yoxlama üçün...

...Və O bayıra çıxanda elə bil həyata yenicə gəlmişdi; elə rahat idi, elə azad idi heç cür dilə gətirib demək mümkün olan iş deyil bunu.

...Və o gün, bu gün Oktay vediyi o böyük qərara görə ağıllı-dəli Rəsula minnətdardır..

...Və nə yaxşı o gün o qərarı verdim, deyə sevinir, sevinir onun dəlixanada olan zaman dəlilərə yazığı gəldiyi kimi özünə də nə zamansa yazıq gəlinəcəyi qayğısı ilə yaşamadığına..

...Və fikirlərini anlayan yanında deməyin necə gözəl olduğunu bilir artıq, artıq anlamayan yanında lal olur...

...Və hakimiyyətlə mübarizənin daha yaxşı yolunu tapıb, onları öz silahı ilə vurur, yəni məntiqini kullanır yalnız, yəni “məntiqə qalanda bu hakimiyyətin bütün əməlləri danışdıqları ilə tərs mütənasibdir, deyir indi”...

...Və ən nəhayət, azadlığın açıq səma altında daha gözəl olduğunu dəqiqəbaşı təkrarlamaqdan yorulmur...

22.23.25 may 2010

Səxavət Məhərrəm
Əsgərə Məktub

Salam əziz oğlum. Atan qurban olsun sənə.Azarlanıb eləməmisənki? Yaman nigaranam.Allah müharibə çıxardanın evin yıxsın .Balalarımız evindən-eşiyindən olub. Qız- gəlinlərimiz gözüyaşlı qalıb.Ancaq az qalıb, ay bala,lap az .Səbr etməliyik.Yəqin, bizi yaradan haqlını , haqsıza yem etməz!?Məndən nigarançılığın olmasın , pis deyiləm.Sən özündən muğayət ol.Yaradan özü kömək olsun bütün əsgər balalarımıza.Hamınız allaha əmanət olun.

Atan:Rüstəm

Rüstəm kişi məktubunu tamamlayıb onu pencəyinin cibinə qoydu.Sonra eynəyini çıxartdı.Onu stolun üstünə qoydu.Gözlərini ovuşdura-ovuşdura yataq otağına yeridi.Yalnız üst köynəyini çıxardı, yatağa uzandı.Bir müddət keçdikdən sonra yuxuya getdi...

Səhər saat 7-00.... Rüstəm kişi saatın zənginə oyandı .Köynəyini əyninə geyib mətbəxə keçdi.Əl-üzünü yuyub qəfədanı sobanın üstünə qoydu.Sağ əli ilə stulu çəkib əyləşdi.Köynəyinin cibindən papiros çıxartdı , papirosu yandırdı.Sobanın üstündəki qəfədanın fısıltısı otağa yayılmış ,buxarı papirosun tüstüsünə qarışmışdı.Rüstəm kişi papirosunu külqabıya sıxıb bir stəkan çay süzdü.Tələsik çayı içib ayağa qalxdı.Pencəyini geyib yoluna düzəldi. Budur ,küçənin o başından Rüstəm kişinin ayaq səsləri eşidilir.Rüstəm kişi bu yolu 2 ildiki gedirdi .Bu yolun hər küçəsi tanış idi ona.Yorğun ayaqları əzbərə bilirdi bu yolu .Bu yol həmin yol idi ki, Rüstəm kişi bu yolla düz 2 ildiki hər səhər poçta gedirdi.

—Salam əleykim ,ay Rüsyəm dayı , necesən ?

Rüstəm kişi ayaq saxlayıb səs gələn yönə baxdı .

—Hə ... Həsən , oğul , sənsən .Əleykimə salam .Çox sağ ol, ay oğul,şükür allaha salamatam.

(Həsən 37-40 yaşlarında olardı .Rüstəm kişi onun atası Alı kişiylə çörək kəsmişdi).

Hara gedirsən ? Səhər-səhər xeyirdimi.?

Xeyirdi , ay oğul , poçta gedirəm ,oğluma məktub yazmışam ,onu göndərməyə.

Həsən təəccüblənsədə bunu bildirməməyə çalışdı və məndəndə salam yazardın dedi:

—Gələn dəfə ,ay oğul , bu dəfə keçdi daha. Göndərən sağ olsun.

Həsən təəccüblənməkdə haqlı idi.Çünki fələk sərt üzünü Rüstəm kişiyə göstərmiş, müharibə yeganə oğlunu əlindən almış, Rüstəm kişi tək-tənha qalmışdı bu fani dünyada.Oğlunun qara xəbərindən 2 il keçmişdi.Axı bu məktub kimə idi...........

Beləcə Rüstəm kişinin ömründən 13 ayda keçdi.Televizorlarda,radiolarda zəfər nəğməsi səsləndi.Müharibənin qələbə ilə bitdiyi elan olundu.Bütün kənd caamatı kimi Rüstəm kişinin də sevincinin həddi-hüdudu yox idi .Balasının qayıdacağı günü sevinclə gözləyirdi.Aradan bir neçə həftədə keçdi.Ancaq Rüstəm kişinin qapısını döyən olmadı.

Gecədən xeyli keçmişdi.Rüstəm kişi yatağından qalxıb bir parça kağız götürdü.Kağız parçasını stolun üstünə qoydu.Eynəyini geydi ,stulu çəkib oturdu.Bir neçə saat keçdi .Kağız parçasına heç nə yazılmadı.Səhər açıldı və kəntdə Rüstəm kişinin ölüm xəbəri yayıldı..........

Cəlil Cavanşirin “Alma” qəzetinə müsahibəsi
Yaltaqlıq, yarınmaq hesbına prezident təqaüdü alıb, müstəqillikdən, əqidədən danışmaq olmaz.

Cəlil Cavanşir- Oğuz rayonunda anadan olub. İxtisasca tərcüməçidir. 2003-cü ildən Azərbaycan mətbuatında şeirləri, tərcümələri, publisistik yazıları çap olunur. www.doqquziklim.net ədəbiyyat layihəsinin rəhbəridir. II Nəsimi ədəbiyyat Müsabiqəsində poeziya nominasiyasında II yeri qazanıb. Azad Azərbaycan Televiziyasının əməkdaşıdır.

Niyə heç bir ədəbi təşkilatda təmsil

olunmursunuz?

- Düşünürəm ki, ədəbiyyatda təşkilatlanma, cəbhələşmə, camaatlaşma çox vacib məsələdir.  Dünyada, o cümlədən yaxından təqib etdiyimiz qardaş Türkiyədə bir çox sahədə  o cümlədən ədəbiyyatda camaatlaşma, yaxşı mənada qruplaşmalar mövcuddur. Maraqlı sonuclar  da var. Bizdə isə başda AYB olmaqla ədəbi təşkilatlar çox yarıtmaz vəziyyətdədir.

2006-cı ildə Xanəmir Telmanoğlu və Oqtay Hacımusalı ilə birlikdə Çölçülər Ədəbiyyat Mərkəzini təsis etdik. İdarəçilikdə dairəvi sistem uyğuladıq. Yəni hər kəs sədr, hər kəs sıra nəfəri. Ədliyyə Nazirliyində qeydiyyat məsələmiz alınmasa da “Nota bene”, “Mərkəz” qəzetlərində, “Ənvər paşa”, “Doqquz İklim” dərgilərində ədəbiyyatla ilgili səhifələr hazırladıq. “Ulduz” jurnalında da ədəbi qrup olaraq çap olunduq. Potensialımız olsa da maliyyəmiz olmadığı üçün ÇƏM-in fəaliyyəti durğunlaşdı. Eyni zamanda məsuliyyətsizliyi ilə işimizə mane olanlar, bizimlə ayaqlaşa bilməyənlər də oldu.

İndi heç bir təşkilatda olmasam da, öz yoluma, əqidəmə, dostlarıma sadiqəm. Çölçülər Ədəbiyyat Mərkəzinin fəaliyyətini bərpa edə bilsək yola davam edəcəyik. Həm AYB-də, həm də AYO-da ciddi qələm sahibləri dostlarım var. Ancaq ədəbiyyatla daha ciddi, daha rahat məşğul olmaq üçün özgür olmaq lazımdır. Bəzi təşkilatlar yazarın özgürlüyünü alır. Yaltaqlıq, yarınmaq hesbına prezident təqaüdü alıb, müstəqillikdən, əqidədən danışmaq olmaz. Bu yolu, ya da xaricdən qrant almaq yolunu seçənlər əks cəbhədə olan dostlarına SMS yazmağa belə qorxurlar. Bəzən qarşı cəbhəni yeri gəldi, gəlmədi tənqid edirlər. Məncə, bugünkü ədəbi qurumlar yazarlara özgürlük tanımır. Ona görə də bir qism yazarlarımız qorxaq, yaltaq və ikiüzlüdürlər.

Aldığımız məlumata görə ATV kanalında işə başlamısınız. Yeni işiniz bədii fəaliyyətə mane olmur ki? Ümumiyyətlə ədəbiyyat adamı hansı işlərdə çalışmalıdır?

2 aya yaxındır ki, ATV kanalında çalışıram. Kollektivin böyük əksəriyyət sözü anlayan, ədəbiyyatı, sənəti sevən yaradıcı insanlardır. Xanəmir, İlham Tumas kimi tanınmış qələm adamları ilə bir yerdə çalışmaq çox maraqlıdır. Eyni zamanda Elçin Əlibəylinin də qələm adamlarına olan diqqəti hər kəsə məlumdur. Sevdiyim işlə-yazmaqla məşğulam. Ədəbi fəaliyyət burda da davam edir. Sənədli filimlərə ssenari yazmaq da yaradıcılığın bir hissəsidir. ATV-də çalışmaq yaradıcılığıma mane olmur.

Yenədə şeirlərimi, məqalələrimi yazıram. Mütaliəmlə, araşdırmalarımla, tərcümə fəaliyyətimlə məşğulam.

Gerçək bir ədəbiyyat adamı prezident, nazir, firma və ya şirkət rəhbəri, millət vəkili, müəllim, həkim, pinəçi, dilənçi ola bilər. Ədəbiyyat adamından yalnız alverçi ola bilməz. Alverçi də yazmaq iddiasına düşdükdə mövcud durum yaranır. Yəni ədəbiyyat adına alver gedir. Bu gün istedadını, zəhmətini, əqidəsini satan yazarlar var.

Son dövrlərdə, bir sıra gənc yazarlarda xalqımızın mentalitetinə və İslam dininə qarşı mənfi əhval ruhiyyə var. Mədrəsə təhsili almış biri kimi siz bu tendensiya barədə nə düşünürsünüz?

Mənim təhsil məsələm çox qarmaqarışıqdır. Dini təhsil-mədrəsə təhsili alsam da sonradan Alman dili və pisxologiya təhsili də almışam.  Düşünmürəm ki, insan sırf  aldığı təhsildən çıxış eləməlidi. Oxuduğum kitablar, yiyələndiyim əxlaq, inandığım bir sistem var. Mentalitetə qarşı çıxanlar əgər tutarlı bir arqumentə söykənirsə və əslində saxta mentallığa, maskalanmış əxlaqa qarşı savaşırsa təqdir olunmalıdır. Yoxsa bu xalqın sarsılmaz və qutsal dəyərlərinə qarşı çıxanlar çox yanılır.

İslama qarşı savaş açanları isə heç bir zaman təqdir etmədim, etmərəm də. Çünki İslam bəşəriyyəti xilas edə biləcək yeganə doğru inanc sistemidir. İslam sadəcə İranda təbliğ olunan qaramat bir din deyil. İslam Sabir Rüstəmxanlıya, Rafiq Tağıya ölüm fətvası verən Nardaran mollası deyil. İslam saqqalını uzadıb, şalvarının balağını qısaldanlar deyil. İslam doğru və haqq olan son dindir. İslamın güclü və sarsılmaz təməlləri var. İslamın böyük ədəbiyyatı var.

İslama söykənən Füzuli, Nəsimi, Həllac Mənsur, Yunis İmrə, Mövlanə, Nəcib Fazil kimi böyük söz adamları var. Doğru inancı olanlar hər zaman qazanır.

Qurucusu olduğunuz “doqquziklim.net” elektron dərgisinin fəaliyyət məqsədləri, gələcək planları barədə nə deyə bilərsiniz?

Bu elektron dərgi, Xanəmir Telmanoğlu, Əsəd Qaraqaplan, Raqif Raufoğlu, Bəxtiyar Elcan, Ayaz Quliyev və digər dostlarımızın istəyindən yaranan bir dərgidir. Sadəcə bu işi yürütməyi məndən xahiş etdilər. Məqsədimiz özgür və yeni nəsil ədəbiyyatına dəstək olmaq, öz manifesti ilə ədəbiyyata gələn yazarlara internet sahəsinə çıxış sağlamaqdır. Gələcəkdə texniki cəhətdən daha mükəmməl bir elektron səhifəylə oxucularla görüşmək fikrndəyik. Eyni zamanda maliyyə sorunumuzu çözə bilsək Xanəmir Telmanoğlunun baş redaktoru olduğu “Doqquz İklim” dərgisinin də nəşrini bərpa edəcəyik. Doğru olan və doğru bildiyimiz şəklidə ədəbiyyata xidmət etmək istəyimiz var.

Mətbuatda dərc olunan yazılarda bəzən Azərbaycanda idmançılara, şou-biznes nümayəndələrinə yazıçılardan, alimlərdən çox qayğı göstərilməsi yazılır və bu tənqid olunur. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

Bu günün reallığı göstərir ki, bizim ölkəyə düşünən beyinlər o qədər də lazım deyil. Bizdə xalqın maarifləndirilməsində yarımçılpaq müğənnilərdən, boşboğaz teleaparıcılardan, qoluzorlu idmançılardan istifadə edirlər. Bu ölkədə alim adını pulla əldə edən alimlər olduqca əsil alimlərə də qayğı olmayacaq. Yaltaq, kimlərinsə marağına xidmət edən yazarlar olduqca əsil qayğıya ehtiyacı olan yazarlar diqqətdən kənar qalacaqlar. Söz kəsənlik üçün prezident təqaüdü təsis ediblər. Ancaq təqaüd alanların siyahısına, olduqları cəbhəyə və ədəbi yaradıcılıqlarına baxın. Adı təqaüdçülərin siyahisında olanların böyük əksəriyyətinin ədəbiyyata etdiyi xidmət şəxsən məni qane etmir.

Dövlətin jesti, ədəbiyyata az da olsa pul ayırması təqdirəlayiqdir. Ancaq bu pulun ədalətli bölünməsi məsələsi var.  Bu işlə məşğul olanlar, nazirlər də, AYB-nin sədri də, ədalət hissindən çox uzaqdır. Çünki heç biri ədəbiyyatın inkişafında maraqlı deyil. Faktiki olaraq ölkədə azad sözə, azad ədəbiyyata basqı var. Həbsdə olan jurnalistlər, bloggerlər döyülən, əzilən gənclər bunun bariz nümunəsidir. Bizdə doğru düşünə bilən insanlardan qorxurlar. Dövlət o adamlara qayğı göstərir ki, o adamlardan xalq heç nə gözləmir. Xalqın umacağı olduğu adamlar isə dövlətə lazım deyil.

Dövlət qayğısı üçün yaltaqlığı, qrant almaq üçün də millətini, dinini satmağı bacarmaq lazımdır.

Hal-hazırda nə yazırsınız?

Bir roman üzərində işləyirəm. Azərbaycanda bu mövzuda yazılsa da, kifayət qədər uğurlu yazılmayıb. Maraqlı bir şey alınacağına inanıram. Eyni zamanda publisistik yaradacılığımı, fikir yazılarımı davam etdirirəm. Yeni şeir kitabımı çapa hazırlayıram. İş olaraq sənədli filimlər üçün ssenari yazıram.

Adətən gənc qələm adamlarından belə soruşurlar: yaşıdlarından kimi oxuyursan? Biz isə sizdən belə soruşmaq istəyirik: Özünüzdən əvvəlki ədəbi nəsillərdən kimləri oxuyursunuz?

- Çox imza saya bilərəm. Eləsi var maraq xatirinə, eləsi var tanımaq xatirinə, eləsi də var öyrənmək xatirinə oxuyuram.  Şeirdə Vaqif Bayatlı Odəri,  nəsrdə İsa Muğannanı sevərək oxumuşam. Bir az son dövrə gəldikdə isə Xanəmiri, Rafiq Tağını, Salam Sarvanı, Aqşini, Günel Mövludu, Əsəd Qaraqaplanı, Raqif Raufoğlunu oxuyuram.

AYO-nun tutduğu yolu təqdir eləməsəm də, AYO-da təmsil olunan bizdən əvvəlki nəsil yazarların bir çoxunu oxumuşam. Gənc Ədiblərin də yaradıcılığı ilə tanışam. Oxucu olaraq mənim üçün Xanəmir Telmanoğlunun yaradıcılığı daha maraqlıdır.

Azərbaycan ədəbiyyatında son vaxtlar durğunluğa son qoymaq cəhdləri var. Məsələn “Qanun” nəşriyyatının həyata keçirdiyi “Ən yeni ədəbiyyat” layihəsi. Sizin münasibətiniz necədir bu layihəyə?

Şahbaz Xuduoğlu dəyərli ziyalıdır. Yəqin ki, niyyəti həqiqətən də ədəbiyyata xidmət etməkdir.

İlk dəfə layihəyə start veriləndə mən şəxsən obyektiv və lazımlı bir layihə gözləyirdim. Lakin indiyə qədər çap olunan yazarlar sübut elədi ki, layihə kifayət qədər obyektiv deyil. Çap olunan əsərlərin bədii keyfiyyəti də ürəkaçan deyil. Yalnız Günelin və Aqşinin kitablarını rahat oxuya bilmişəm. Digər kitablar isə oxumaq əsil əzabdır. Çap olunan əsərlərin içərisində eləsi var ki, biyabıçılıqdı. Ordan burdan köçürüb adını da dekonstruksiya qoyurlar. Hər halda layihə davam edir. Yəqin ki, gələcəkdə birtərəfli yanaşma aradan qalxacaq. Gözəl bir adın altında, gözəl niyyət də olmalıdı. Ümid edirəm ki, Şahbaz bəy “Ən yeni ədəbiyyat” layihəsini daha oxunaqlı, daha sevilən olmasını arzulayır. Hər halda axtarışda olmaq, ən yeni ədəbiyyat adına ən yeni əsərlər cəlb etmək lazımdır.

Milli Kitab Müsabiqəsi”nə münasibətiniz?

Məncə Nigar Köçərlinin məqsədi məhşur olmaq idi, onu da az da olsa bacardı. Ancaq yadda qalan bir şey var ki, Nigar xanım ədəbiyyatla bağlı bir işə sponsor cəlb eləməyi bacardı. Qaldı ki, ədəbiyyata bu layihənin heç bir xeyri olmadı. Rəşad Məcid sübut elədi ki, bacardıqca bu ölkədə ədəbiyyatın inkişafına mane olacaq.  Hər halda bu müsabiqənin qeyri-obyektiv olmasına şübhə yoxdur.

Söhbətləşdi: Nərmin Hüseynzadə