quşdilixanəmirkülsoyuğu
ağğğbaaağğğ
DO
Meşəlikdir. İslanıb. Onbeşində. Dərinliklərindədir. Qız. İslanıb. Saçlarıda. Tutqundur. Ayaqyalındır. Gözəldir. Qaşları da gözəldir. Uzunsifətlidir. Gözəldir.
Cəlil Cavanşir
Nəğməkarın son nəğməsi
Və ya Vüqar Əhməd özünü necə ifşa etdi
Maraqlıdır ki, bir çox qələm adamları 40 yaşı keçən kimi tənqidə qarşı dözümsüz olurlar. Tənqidə ikrahla, qəzəblə yanaşırlar. Tənqid eşidəndə qızarıb-bozarmaqla qalmayan bu tip “qocalar” tənqidi fikir bildirəni təhqir etməkdən də çəkinmirlər. Onu da bildirim ki, nə qədər bu “qocalar” tənqidə qarşı dözümsüz, bəzi gənclərimiz isə yaltaq olacaq ədəbiyyatımızın da inkişafı ləngiyəcək.
Ədəbiyyatımızın ciddi şəkildə inkişaf edə bilməməsinin bir səbəbi də məhz bizim ədəbi tənqidimizin zəif olması, ədəbi tənqid adına iddialı olan yazıların müəyyən qonaqlıq sonrası və ya para qarşılığı yazılmasıdır. Əslində ədəbi tənqidlə bağlı yazmaq fikrində deyiləm.
Polşa şeiri
Leopold Staff (1878-1957)
XX əsrin ən çox oxunan şairlərindəndir. Hüquq, fəlsəfə və filologiya fakultələrində təhsil aldı. 1901 - ji ildə «Gedişlə bağlı yuxular» adlı şeir kitabı ilə modernizmin özünə məxsus şairlərindən biri kimi tanındı. 1918 - ji ildə artıq şairin doqquz şeir kitabı nəşr olunmuşdu. 1946 - jı ildə «Mart havası» kitabı nəşr olunub. Tərjüməçi kimi qədim yunan və latın dillərindən elədiyi tərjümələrdən başqa fransız, italyan və alman dillərindən elədiyi bir sıra tərjümələrlə də tanınır.
Postmodernizm nədir?
10 SUAL - 10 CAVAB
Ədəbiyyatda və memarlıqda istifadə olunmağa başlanan bu qavram siyasi ədəbiyyatımıza da daxil oldu.
Son günlərdə «postmodernizm» qavramı özəlliklə siyasi mövzularda çox işlənməyə başlandı. ABŞ Kəmbrij Universiteti Sosyologiya Bölümünün professoru Prof. Dr. Əli Akaya postmodernizmlə bağlı 10 sualla mürajiət etdik
Mövlanə Cəlaləddin Rumi
Gitme, istəməm!
Hoş hırаman mırevı iy can-ı can bi men merov
İy hayаt-ı dustan der bustan bi men merov
Cəlil Cavanşir
Yanlış yanaşmalar və kədərli sonluqlar
(Günel Mövludun şeirləri haqqında)
II Yazı
Günel Mövludun şeirlərindən bol-bol adrenalin aldıqdan sonra düşündüm ki, zərif şairin şeirlərinə hökmən öz tənqidi fikirlərimi də bildirməliyəm. Bir də axı ilk yazı Cəlil adlı bir oxucunun münasibəti idi. İndi isə konkret faktlar əsasında fikirlərimi əlahəzrət oxucularla bölüşmək istəyindəyəm.
Göran Sonelli
Qısa Şeirlər
Əsəblə sıxdım yumruğumu
Dənizə qarşı
Bağırdım sonsuzluqlara
Böyüklük millətindir
Böyüklük dənizindir
Ozan Arif:Türk millətinin özü ozandır
Mən kommunist Azərbaycana gələ bilməzdim
Onu da bir məqamda tuta bildik.
Bir zamanlar Türkiyənin fərqli bölgələrində türk-İslam ülgüsünü sovunan sazıyla-sözüylə milyonların ruhu coşdurub ayağa qaldıran Turan elinin bu gün tək, tənha ozanı Ozan baba Ozan Arifi xatırlayıram. Hər proqramında Türküstanın, Qafqazların - Çeçenistanın, uyğur türklərinin, Boskanın dərdini-sərini dilə gətirən, bas-bas bağıran bu ünlü kişiyə adam sənətkar deməyə dili gəlmir.
Azərbaycanlı yazıçı “Beynəlxalq Kapitula Təbbəssüm Ordeni” aldı
Türkiyədə yaşayan azərbaycanlı uşaq yazıçısı Aygün Bünyadzadə “Təbəssüm ordeni”nə layiq görülüb.
Bu barədə yazıçı özü Lent.az-a eksklüziv məlumat verib: “Çox sevinirəm ki, Sovetlər Birliyi dağılandan sonra uşaq ədəbiyyatı sahəsində Azərbaycana ilk beynəlxalq səviyyəli mükafatı gətirən adamlardan oldum. Hələ Sovetlər Birliyi dövründə belə çox az uşaq yazıçısı belə mükafatlar qazanmışdı. Belə istisnalara Zahid Xəlili misal göstərə bilərəm”.
Raqif Raufoğlu
İMPROVİZASİYA
Bu hadisə hər gecə Bakının Şəhidlər Xiyabanında təkrarlanır. Hər gecə bir şəhid oyanır. Gedib əbədi məşəl kompleksinin yanında dayanır. Şübhəli-şübhəli ora-bura boylanır. Milli Məclisə baxıb dodaqlarını büzüşdürür. Protokol qaydalarına əsasən gətirilən əklilləri yığışdırır. Qaşlarını çatıb alnını qırışdırır. Asfalt olmayan yolla lap aşağı düşüb torpağı bir az da sürüşdürür. Naməlum istiqamətdə şəhərə tərəf yollanır. Şəhid olduğu yeri axtara-axtara gəlib Amerika səfirliyi ilə Rus səfirliyinin arasında dayanır. Təcrübəsiz bir ümidlə başını qaldırıb yuxarı baxır. Hər şey gözünün qabağında canlanır: Müharibə təzədən başlanır. Nuru paşa gəlir, İngilislər gedir. Stalin sürgündən, Hitler həbsxandan qaçır. Ruzvelt qımışıb gülür. İmperiyalar devrilir. Birdən bütün ümidlər nifrətə çevrilir...
Bəxtiyar Hidayət
Peşə şeirləri
1. Dəllək
Sənin əydiyin bu baş
hələ əyilməyib, dəllək!
Sənin əydiyin bu başın yiyəsi
hələ yolunu dəyişməyib
yalnız nisyə budkalarının yanından keçməsini çıxmaq şərtiylə
Sənin əydiyin bu başın yiyəsi
Tüpürdüyünü yalayan deyil
Baxma ki üzütüpürcəklilərin zamanıdı
Mənim ən çox əllərim tüpürcəkli olur
təsərrüfat alətləri tərlədərkən əlimi.
Hikmət Carçılı
Ayrıldıqdan sonra
O gün səndən ayrılandan sonra bütün gecə küçələrdə veyil-veyil dolaşmışam. Əzab çəkmişəm sənə dediyim sözləri düşünüb. Onda gözlərimi hirs qapamışdı qarşımdakının kim olduğunu, dediklərimin nələrdən ibarət olduğunu bilmirdim.
Nərmin
bir günəş olacaq, bir də ki yağış
hərdən görüşürəm özüm-özümlə
gözümdə suallar,nidalar olur.
görəsən bağışlarmı məni nə vaxtsa
qaçmaq istəyirəm özüm-özümdən
xətrinə dəyib də incitdiklərim???
Cumali Ünaldi Hasannebioğlu
MALCOLM X
Yeryüzü yoktur,karanlık;mühürlenmiştir gökyüzü
ürkek bir Afrika doldururken esir gemilerini
katı imparatorluğunda acının,hüznün mülkünde
kolay kırılan bir nesne olan kendi kalbinde
ve artık her zaman kırılacak olan kendi kalbinde
ey horlanmanın kalebendi,dikedik bakmaklar şehzadesi
Razim Əliyev
İbrahim Peyğəmbər kimdir-İskit ?
Tovhud (vəhdət) dininin banisi İbrahim peyğəmbər haqqında çox yazılıb. Teologiya alimləri onu islam dinin xələfi hesab edirlər. O bütləri məhv edən, monoteist dini dünyagörüşün, yəni tək allahlığın əsasını yaradan peyğəmbər kimi tarixə düşmüşdür.



