Xuan Rulfo
Xuan Rulfo (1918 - 1986) - Meksika yazıçısı. «Od içində düzəngah» (1953) adlı hekayələr toplusunun və «Pedro Paramo» (1955) romanının müəllifidir. Bu roman haqda Borxes belə yazır: ««Pedro Paramo» ispan dilli ədəbiyyatın və ümumiyyətlə, dünya ədəbiyyatının ən yaxşı romanlarındandır». Markesin «Pedro Paramo» haqdakı fikri isə daha qəti səslənir: «Bü günəcən ispan dilində yazılmış ən gözəl roman». Azərbaycanlı oxucular Xuan Rulfonun bu şah əsəri ilə bir - neçə il bundan qabaq yazıçı Yaşarın tərcüməsində tanış olmaq imkanı qazanıblar. Bu sayımızda Rulfonun «Luvina» adlı kiçik bir hekayəsini çap edirik.
LUVİNA
«Cənubda başı göyə dirənən dağlar arasında ən hündür dağ Luvinadır. Luvina həm də o dağların ən daş - kəsəklisidir. Həmin bu dağ sanki bütünlüklə əhənğ daşından hörülüb. Ancaq indiyəcən Luvinada heç kim bu daşı əzib əhəng eləmək haqda fikirləşməyib. Burada əhəng daşına həmişə əl - ayağa dolaşan lazımsız bir şey kimi baxıblar. Yerli camaat bu daşa «vəhşi» daş deyir.
Şükran Yücəl
Şeksprin bacısı ya da Dostoyevskinin sevgilisi
Virciniya Vulfun qadın yazarların adətən stolüstü kitabına çevrilən «Özünə aid bir otaq» kttabında Şeksprin bacısı ilə bağlı bir hissə var. Virciniya Vulf bu hissədə Şeksprin dühasına sahib olacaq bir qadının hələ ki, dünyaya gəlmədiyini iddia edən bir keşişin iddialarına cavab verir. Qadınlar ədəbiyyat sahəsində məhsuldarlaşmağa başlayan kimi onların istedadı da mübahisə olmağa başladı. Açıqca yazılmadı və deyilmədi, ancaq qadınların yazarlığına hamı dodaq büzdü. Qadınların yazarlığı bu gün də qadın hissiyyatı və qadın dünyası kimi qəbul edilir.
Ayişə Nəbili
Yusufun Kənan eli
“Yusufu yitirdim Kənan elində
Yusufum bulundu Kənan bulunmaz”
Kənan elində Yusufu uddu quyu. Quyu, qaranlıq quyu. İçində ilan çayan qıvrılıb yatan, su əjdahasının ağzını açıb hər gələni udduğu, dibsiz, soyuq qorxunc quyu. Bayram elədi quyu öz mifik sakinləri ilə Yusufu uduşunu. Yusuf qısılıb quyunun əlacsız küncünün ıssızlığına, əl açmağa, dil döndərməyə güc yetirəməyib təvəkkül məqamında susdu. Susduqca Yusuf böyüdü, içində sözə dönə bilməyən istəkləri, duaları böyüdü. Şaxıdı gün üzünə, şaxıyan kimi Yusuf diriliyin üzünə. Dirilik aman vermədi ölümə. Yusuf, gözü göylərdə ulduzların bürcünü aradı, Ayın nişanını saydı. Gün gəldi axşam oldu, axşamlar sabah oldu. İşıq qaranlığı, qaranlıq işığı yedi bitirdi.
ÇAĞDAŞ GÜNEY AFRİKA ŞEİRİNDƏN SEÇMƏLƏR
KAREN PRESS
Yupyumşaq
üstündə bir yay yatağının yupmşaq, Lənquedokda
əfqan həbsxanasında bir kişi şəkil çəkdirir mənimlə
xəyal edir qardaşını qar yığını arasından
(qəssab, tütün mağazası, çörək təndirləri, sınıq pəncərə şüşələri)
anasının jehizi olan palazın altındakı bir qutuda
bir aylıq güllə ehtiyatını inamla gizlətdiyini
bizim kəndə çox oxşayan bir kəndə tərəf addımladığını
Cəmil Meric
YUNAN MÖJÜZƏSİ
"Umrandan Uyqarlığa" kitabından
Bütün Quranları yandırsaq, bütün məsjidləri uçurtsaq, avropalıların gözündə Osmanlıyıq, Osmanlı, yəni İslam. Qaranlıq, təhlükəli, bir düşmən yığını!
Avropa madəçiliyinə baxmayaraq xristiandır; sağçısıyla, solçusuyla xristiandır. Xristian üçün tək düşmən bizik: Xaçlı ordularını darmadağın eləyən qorxunj və dəhşətli qüvvə. Gənj jüjə, vahiməli əzabları sonunda qojalmış devin zəifliyini kəşfedir; əldə vəfa, mərdlik, mərhəmət... Aşağıdan alar, boş çıxar, yaltaqlanır və... Nəhayət devi yıxar. Savaş meydanlarında deyil, bu yataq otaqlarında əldə edilən bir zəfərdir.
Bahadur Qobustan
Türk dünyasının paytaxtı-Azərbaycan
(ixtisarla)
Görəsən bu dünyada dilindən, mədəniyyətindən, soy kökündən aralanmış başqa dillərə başqa mədəniyyətlərə, başqa “soy kökə” inteqrasiya olunan nə qədər “millət”lər var! Qəribə sualdır deyilmi?! Hər halda mən bu suala belə cavab verə bilərəm ki, belə millət yoxdur. Çünki o millət hansı dilə, hansı mədəniyyətə inteqrasiya olunubsa elə o millətdəndir. Gəlin əsrlər boyu Azərbaycan Türkünün başına gətirilən müsübətlərə baxaq. Bizim eradan əvvəl lazım deyil.


