Doqquz İklim
54 dəfə oxunub
16Tem/100

Tomas Elot

Şerin musiqisi

Şer haqqında yazan, ya da danışan şairin özünəməxsus xüsusiyyətləri ilə bərabər çatışmamazlıqları da var. Əgər bunları görməzdən gəlsək daha xoş olar. Mən heç bir nəsr yazımı darıxmadan oxuya bilmirəm. Əvvəlcə söylədiklərimi çox vaxt təkrarlaram, bəzən də inkar edərəm. Amma buna inanıram ki, şairlərin keçmişdə yazdıqları tənqidi yazılarında bəlkə məqsədsiz belə olsa, şüur altında hər zaman yazdığı şer növünü müdafiə edir.

Kateqoriya: Nəsr Ardını oxu
75 dəfə oxunub
16Tem/105

Ayxan

Tanqo Qasım

Kənd məktəbinə şəhərdən bir qrup nümayəndənin gələcəyi xəbəri camaatın dilinə düşmüşdü. Kişilər çayxanada, arvadlar bulaq başında bir-biriləri ilə bu barədə danışır, kəndə gələcək yad qonaqları qarşılamaq üçün səbirsizlənirdilər. Hamı evinin künc-bucağını təmizləyir, bağı-bağatı urvata salırdı. Yaşlı kişilər həyətin qabağında sıra ilə düzülmüş kötüklərdə oturub nümayəndə heyətinin nəyə görə gələcəyini dartışırdılar.

Kateqoriya: Nəsr Ardını oxu
97 dəfə oxunub
16Tem/107

Nərmin

Öz Dünyam

Yaxşı ki,dünyada hələ özüm var
Yaxşı ki, özümü itrməmişəm...
Elə düşünməyin bu nə misralar?!
Özünü itirib çoxdan insanlar...

Özləri məhv olub çox insanların
Quruca bədəndi, quruca daşdı...
Ruhu da çürüyüb çoxdan onların
Quruca cismdi,quru baxışdı...

119 dəfə oxunub
16Tem/108

Namiq Rəssam

qaç , get bu şəhərdən

qaç , get bu şəhərdən , dostum,
Nə qədər ki , ürəyin var...
Nə qədər ki , ürəyini
oğurlamayıb bu insanlar...
bu şəhər anlamaz bizi ...
qəmi sonsuz , havası ağır...
burda sevgi səmasından
xəyanət yağışı yağır...
deyirlər , Bakı bir cənnət ,
Bakı məsud , gözəl diyar...
Görən , Tanrı cənnətində

Kateqoriya: Poeziya Ardını oxu
115 dəfə oxunub
16Tem/100

Zahid Sarıtorpaq

   Buz baltası

                     Tofiq Qaraqayanın “ŞEİRİN ZƏNGLİ SAATI” şeirlər kitabının        doğurduğu ovqatın bəzi çalarları

           Çağdaş türk ədəbiyyatında saflığıyla daşdan süzülən su misallı sözə malik ystadlar oturuşmuş mövqeləriylə milli şeirimizin incilərini yaradırlar. Hansı cərəyanın, hansı dünyagörüşünün daşıyıcıları  olmalarından asılı olmayaraq bu gün türk şeirinin yükünü çiyinlərində namusla çəkən onlarla ünlü imza yiyəsi var. Bu insanların çoxu haysız-küysüz, sakit həyat sürür və təlatümlü iç dünyalarını günəşə tutulmuş ayna misallı yazılarıyla əks etdirirlər.