Azər Abdulla
Zəruri qeyd: bu yazı 2006-cı ildə “ədalət” qəzetində yayımlanmışdı. əsər o2001-ci ildə yazılsa da, xanəmirin (quşdilixanəmirkülsoyuğu) həmyerliləri ilə arasında baş verən ağır münaqişə səbəbindən beş il sonra sadəcə 50 ədəd şəklində çap olunmuşdu.
Təbrizdən keçən yol
Xanəmirin... Bağışlasın, artıq mətbuat aləmində tanındığına, hamıdan seçilən imzasını düzgün yazmadığıma görə müəllif məndən inciyə bilər. quşdilixanəmirkülsoyuğun “ağğğbaaağğğ» romanını (yeri gəlmişkən müəllifin “ra.m.o.n» adlandırdığı bu əsərə məncə, lirik, tragik poema, yaxud elegiya da demək olar) vərəqləyib gözdən keçirərkən kitabına, eləcə canına verdiyi qəribə adı, kitabın rəyçisinin, redaktor, bədii və texniki redaktorlarının adlarını oxuyanda sənət aləmində yenilikçi Uilyam Uitme, Rembo, Təbriz miniatür məktəbi, Pikaso, Salvador Dali, Bosx, Mayakovski, rejissor Tarkovski, bizim Alim Oasımov yaradıcılığına bir az bələd olsam da, peşmançılıqla, təəssüf hissiylə kitabı masanın üstünə atdım. Bu nə əllaməçilikdi, nə qədər axtarmaq olar, haçan özünə tapacaq Xanəmir?»-deyə düşündüm. Bir neçə il öncə “Qobustan” incəsənət toplusunun redaksiyasında Türkiyədə çap olurmuş “Kül soyuğu” şeir kitabının birini mənə, birini Tofiq Abdinə bağışlayanda Tofiq dərhal “Azar kitab haqqında yazar!» deyəndə “Zalım, yazırsan, özün yaz, Xanəmirin yanında yerini şirin eləməyinə bax bunun, bəlkə şeirləri məni tutmayacaq»- belə düşünsəm də, Tofiqə olan acığımı, hirsimi birtəhər uddum. Kitabı oxuyandan sonra yenə də “Qobustan”-toplusu redaksiyasında Xanəmirlə başqa vaxt görüşəndə, yetmişinci illərin əvvəllərində indiki Nəsimi heykəlinin yanından ötərkən Vaqif Cəbrayılzadənin qatlanmış şagird dəfdərində yazdığı şeirlərini çəkinə-çəkinə mənə verib rəyimi bilmək istəməsini xatırladım.
Nərmin Hüseynzadə
Yunan filosofu Platonla müsahibə
Bir az özünüz haqda
- e.ə 427-ci ildə zadəgan ailəsində anadan olmuşam həyatının çox hissəsini Afinada keçirmişəm, “Sokratın apologiyası” (təriflənməsi ), “Qanunlar” və eləcə də dialoq formasında otuz dörd əsər yazmışam. Bundan başqa Pir, Teetet, Fedon, Parmenid, Fedr, Meneksen, və s. kimi dialoqların müəllifiyəm
Zahid Sarıtorpaq
Bir anın payız silueti
yarpaqlar qar düşənə qalmadı yenə
«sən nə düşünürsən?..» deyə
qosqoca dünyaya toxunur payız
bilgimiz nə qədərsə bir o qədər çaşqınıq
olümün şəcərəsini budaq-budaq oxumağa
üryanlara çırpılır könül birəm qar gəldiyində
amma həmişə elə bilirik yaza yarpaqlara
tumurcuqları çiçəyə boylu budaqlara köklüdür o
əslində bildiyimiz heç nədi görünür


