Doqquz İklim
141 dəfə oxunub
23Tem/107

Xanəmir Telmanoğlu

İkiqatlı  yeddi variantda ozanlama

 Oxuculara təqdim etdiyim bir şeyirin iki qatı yeddi variantda  ozanlaması ekspriment xarakterlidir.  Bu yeddi variantda əslindaə bir mətindir. Çagdaş şeyirin yeni strukturu  orqanizmi  içsəl-dış mexanizminə keçitdə bir cəht kimi qiymətləndirilə bilinər. Öncəki -əski şeyir nümunələrindən xoşgörüylə ədalət prinsipləriylə ayrılmagın bu türlü mətin sərgilənişləriylə poetik varidatı hesaba qatmagın dışında hələlik başqa yolünü görmürəm .hesab edirəm poetik mətinə qarşı belə qəddar davranış şeyirimizin gələcək ədəbi –poetik təməlinin oluşmasına pis-yaxşı öz sarsıdıcı töhfəsini verəcək . 

57 dəfə oxunub
23Tem/101

Sərraf Balaxan

Yuxu və ya azad dustağın hekayəti

Qəribə yuxu idi. Bu yaşımadək heç belə bir yuxu görməmişdim. Bəlkə, yalan danışıram. Çünki yuxularımın heç bircəsi belə yadımda qalmır. Amma bu yuxu...
Elə qəribəlik də bunda idi.
İstəyirəm ilk yadımda qalan yuxumu sizlərə danışım.
Bir yolun kənarında dayanmışdım. Kimisə gözləyirmiş kimi. Bu yolla elə bil cəmisi bircə maşın gedib-gəlirdi. Ya da ki, maşınların hamısı bir-birinin eyni idi.