Vaqif Bayatlı Odər: Susub durmaq ancaq böyük həqiqətləri kəşf edərkən mümkündür
Mən indi ancaq fədakarlıqları, məhəbbətləri xatırlayıram
Allah heç bir dini kitabında “mən Allaham, dünyanı mən yaratmışam” deməyib
– Vaqif bəy, bir az öncə rahatsızlığız olmuşdu, şükür Allaha ki indi ayaqdasız və bizim suallarımızı cavablandırırsız. Bəs indi özünüzü necə hiss edirsdiz..
– Hər bir insan Allahın duyğusunun milyardda bir hissəsi də ola bilər. Ona görə də, hər bir insanın əbədiyyəti duyarkən, ayrıca olaraq özünü necə hiss eləməsi, ağrıması, hətta ölməsi ötəri hissdir. Dünyanın Allahla vəhdətdə ölümsüz duyumu var ancaq. Müəyyən vaxtdan sonra buna gəlib çatırsan. Bu qədimlərdən üzü bəri gələn bir söhbətin bir qədər şən davamıdır. Bir neçə yüz il, min il öncə bu barədə daha qızğın mübahisələrin iştirakçısı olmağım hissi olmadığım qədər mənə şübhəli görünür.
– Bildiyimizə görə, yeni şeirlər kitabınızı yayımlamağa hazırlaşırsız. Yəqin bu kitabda son zamanlar yazdığınız şeirlər olacaq. Bu barədə ətraflı bilmək maraqlı olar..
– Əsl şairin ancaq şair olaraq qalmasını Allah heç vaxt istəməyib. Ona görə də, hər bir böyük şair, eləcə də bütün sənətkarlar iddialarıyla heç özləri də bilmədən Allahın yaratdığı dünyadan daha gözəl bir dünya yaratmağa çalışıblar və bəzən buna nail olub qürrələnərkən ağıllarına da gəlməyib ki, o, bir yaradıcı kimi ancaq Allahın bir anlıq özü özünü ötmə hissidir.
Bu barədə heç bir qədimi, ya da müasir kitabda oxuya bilməzsiniz. Qədim kitablar susur, indikilər isə ən təvəzökar olanları da sadəcə təvəzökarlıqdan lovğalanmaq üçün təvəzökar olurlar.
Allah heç bir dini kitabında “mən Allaham, dünyanı mən yaratmışam” deməyib.
– Son zamanlar ədəbiyyatımızda, xüsusən də nəsrimizdə bir canlanma duyulur. Ama nəsrdən danışanda görürük ki, yazılanlarda nədənsə insanınızın içi yoxdu, hər şey sanki insanın çölünə heasblanıb. Sizcə, bu bizim get-gedə insani dəyərlərimizi itirdiyimizi göstərir, yoxsa içimizin olmamasını..
– Özünü belə mənfi enerjili suallara, mühakimələrə kökləməsən, mən sənin gələcəkdə çox maraqlı bir nasir olacağına inanıram. Həmişə ən ağır vəziyyətlərdə də gözəl insanlar olub, səninlə söhbət edə-edə mən indidən gələcəkdə də onların var olacağını, yəni mənimçün artıq indidən onların var olduğunu duymaqdayam.
– Məsələn, siz nasir olsaydınız daha çox insanın içini yazardınız, yoxsa çölünü, ətrafını..
– Hamısını, həm də hamısının Allahı duyumunu, həm də onlar barədə Allahın duyduqlarını, düşündüklərini, etdiklərini, etmədiklərini... Bu, heç də şüur, duyğuçatmaz bir hiss deyil. Yaradıcı adamı bu istiqamətə yönəltmək Allahın özüyçün də maraqlıdır, bu, Onu həm də əbədi tənhalıqdan, darıxmaqdan qoruyur.
– Həm də deyirsiz ki, mənim nəsrdə heç 1 yaşım da yoxdu. Maraqlıdı, bəs Vaqif Bayatlı Odərin şeirdə neçə yaşı var..
– Şairin yaşı olmaq istədiyi dünya kimi dəyişkəndir, o həm əbədiyyətlə, həm istədiyi sözlərlə, yaşadığı duyğularla yaşıd ola bilər, yəni o həm üç günlük, həm də milyon yaşındadır.
– Yaxşı, bu yaşda şeirdə yaratdığınız “Şərqdən də Şərqə” cərəyanının əsas mahiyyəti nədən ibarətdi..
– Bu əslində cərəyan deyil, “cərəyan” ifadəsi onu, demək olar ki, kiçildir, azaldır.
– Əslində çox maraqlıdı, bəs nədi..
– Bəli, o, Allahın ən qədimi nağılıdır, ancaq ilk dəfə kimə çatıb, kim tərəfindən söylənib, bütün bunlar unudulub. Bu kitabdan sonra o, mütləq xatırlanacaq. O, Allahın da yadına düşəcək, əslində Onun yadından heç nə çıxmır, sadəcə bəzən O, qəsdən unudur ki, yaratdıqları Onu yadına salıb, sevsinlər. Ən çox sevən, sevdirən, sevindirən də O-dur.
– Bəs yeni nəsillərdən bu cərəyanın davamçıları olaraq kimləri görürsünüz..
– Hamını. Yoxsa bu işə başlamağın heç bir ləzzəti, marağı olmazdı. Bu, təkcə sevməmək deyil, Məcnun və onun zəif variantı Romeo ancaq ilk pillə ola bilər ona. Yəni bizə qədərki sevgilər, dastanlar, miflər, sadəcə onun başlanğıcıdır.
– “Hamını hamıya sevdirmək” – gündən günə sanki dəyərsizləşən insan münasibətləri fonunda siz bu yolu alternativ kimi seçmisiz, yoxsa belə də olmalıdı deyə düşünürsüz..
– Sevdirmək sevməyin ən yüksək fəzasından başlayır. Bu, əslində cərəyan da deyil, Allahdan gələn xilas həqiqətinin çatdırılmasıdır.
– Sizin nəsildən üzübəri kimləri ədəbiyyatımızın (həm şeirdə, həm nəsrdə) dayağı hesab edirsiniz və biz gənclər kimlərə tutunaraq irəliyə getməliyik..
– Dünyada ardınca getməyə ancaq bircə yaradıcı var: Tanrı. Onun yaradıcı təcrübəsini öyrənmək, dünyanın yeni modelini yaratmağa çalışmaqdır. Biz ancaq bununla Onda mərhəmətdən əlavə, həm də qürur hissi yarada bilərdik. Allah yaratdığı insanlarla fəxr etməlidir. Bu ucalığa qalxmağa layiq olmalıyıq.
– Sovetlər dönəmində yaradıcılığa başlayan yazarların çoxu belə düşünürlər ki, həmin vaxtlar onların yolunu kəsənlər çox olub, bu da onların yaradıcılığına ciddi zərbələr vurub. Sizcə, belə düşünənlər öz uğursuz yaradıcı talelərini sığortalamağa çalışırlar, yoxsa həqiqətən belə kəskin faktlar var idi..
– Yaradıcılıqda keç kəsin yolunu kəsmək mümkün deyil. Yazan yazır. Söhbət nə vaxtsa tanınmaqdan, tanınmamaqdan gedə bilər. Bayaq dediyim kimi, Allahın səninlə fəxr etdiyi məqama çatmaq gərək.
– Bəs siz o dönəmlər belə yolkəsmə faktlarıyla qarşılaşmısınız heç..
– Mən çox böyük maneələr, nifrətlər, həm də böyük fədakarlıqlar və məhəbbətlər görmüşəm. Mən indi ancaq fədakarlıqları, məhəbbətləri xatırlayıram.
– Bugün ədəbi siferalardakı çəkişmələr, qarşıdurmalar, sizcə, ədəbiyyatımızın inkişafina xidmət edir, yoxsa geriləməsinə..
– Əsl ədəbiyyatda qarşıdurma, çəkişmə mümükün deyil. Əsl ədəbiyyat gedir və ancaq kağızın xışıltısı, qələmin həzin addım səsləri duyulur.
– Ümumiyyətlə, bütün bu çəkişmələr, qarşıdurmalar lazımdımı..
– Bütün bunlar əslində Allaha qarşıdır. Təbii ki, həm də bunu edənlərin özləri özlərinə qarşıdırlar ən çoxu.
– Yaxşı, bütün bu olayların qarşısında susub durmaq çıxış yolu ola bilərmi..
– Susub durmaq ancaq böyük həqiqətləri kəşf edərkən mümkündür. O həm də bir an sonra və ömürlük susmağın, yeni daha gözəl bir dünyadan danışmağın başlanğıcı ola bilər.
– Bəs susan ziyalının yaltaq ziyalıdan nə fərqi var..
– Susmağın yaltaqlıqdan fərqi bir qədərdir və bəzi zamanlarda heç bir fərqi yoxdur, əmiuşağıdırlar.
– Sizi çox zaman GÖY ADAMI hesab edirlər, bəs GÖY ADAMInın yerdə bu baş verənlərə dözüb durması çətin deyilmi..
– GÖY ADAMI ona görə göy adamıdır ki, yerüzü həqiqətləri onu tabe edə bilmir. O həqiqətləri yerə endirəndə, o həqiqətlər yox, endirənlər özləri enirlər.
– Bütün bu maraqlı söhbətlərimizdən sonra Vaqif Bayatlı Odər insanlarımıza, xüsusən də yazarlarımıza üzünüzü tutub nə demək istəyir..
– Sevdirin. Alınmırsa daha da sevdirin, hətta ən böyük sevgi də sevdirməyin göyüzünə qalxa bilmir. Bu həm də çox ləzzətlidir. Hamı nifrət edir, ama sən sevdirirsən.
– Son olaraq bizim www.doqquziklim.net elektron dərgimizin oxucularına sözünüz..
– Azərbaycanı və Allahı daha da ucadan, daha da sevdirən insanları siz də sevdirin və ucaldın, sevmək ucalığından sevdirmək ucalığına qalxın. Görəcəksiniz sonsuz uca yolun başlanğıcındasız. Görəcəksiniz dünya həm də sizdən asılıymış, həm də çoxdan...



15 Temmuz 2010, 07:24
Esed senin Göy Adamından musahibe göturmeyine cox sevindim. Amma xetrine deymesin teze hec ne soruşmamısan ondan. Bunların hamisini azından on defe deyib biz de eşitmisik. İndi O Goy Adamının tamam başqa terefini acmaq daha maraqlı olardi. İmkan olanda meni de GÖY ADAMI ilə görüşdür bir iki sualim və sözüm var……………:) Ugurlar Qardas
15 Temmuz 2010, 08:20
Sərraf, sənin yazını çıxarıb verdim Vaqif bəyə, çox xoşuna gəldi.. haçan istəsən zəng elə axşamüstü gedək görüşək.. elə dünən mən görüşdüm.. təzə romanımın ilk oxucusu Göy Adamıdı..
şərhinə görə də çox sağ ol..
16 Temmuz 2010, 21:17
Serraf bey,sebirsizlikle sizin Shairle gorushunuzu ve bu gorushun neticesi olacaq musahibeni gozleyirik!Bu sohbetde ise hech bir soz ,oz teessuratimi deyirem,tekrar kimi gelmedi.
onlarca defe oxudugum,eshitdiyim fikirler,sozler sanki ilk defe seslenirdi,ilk defe oxunurdu.
Mence,Vaqif bey,hem shair,hem shexs olaraq,o qeder yenidir,gozlenilmezdir,benzersizdir,arzuolunandir …Hem de sheirinde ve eqidesinde deyishmezdir,donmezdir .Ve o sebebden de oxucuya maraqlidir.
19 Temmuz 2010, 16:17
VAQIF BAYATLI ODER-seir ALLAHi
20 Temmuz 2010, 09:31
Bahar gorunur Siz o Sema İnsaninin musahibelerini tv proqramlarini bir de ki kitablarini yaxsi oxumamisiniz. Men hele onunla gorusmeye ozumu tam hazir hesab etmesem de mehz bu gorus ucun ozumu hazirlamaqla mesgulam. Bir de ki qaldi Sizin onun haqqinda mene oyretmek istediklerinize…… bunlari Sizin bildiyinize gore Size aferin deyirem. ugurlar olsun