Namiq Rəssam
qaç , get bu şəhərdən
qaç , get bu şəhərdən , dostum,
Nə qədər ki , ürəyin var...
Nə qədər ki , ürəyini
oğurlamayıb bu insanlar...
bu şəhər anlamaz bizi ...
qəmi sonsuz , havası ağır...
burda sevgi səmasından
xəyanət yağışı yağır...
deyirlər , Bakı bir cənnət ,
Bakı məsud , gözəl diyar...
Görən , Tanrı cənnətində
varmı soyuq , daş binalar ?!
Hər insanda bir xəyanət...
Hər addımda bir rəzalət...
İnsanında yoxdu inam ,
Tanrısında yox ədalət !!!
Heç Bakını sevmədim ki...
Keçsə də , 17 bahar...
Payız gəldi , xəzan oldu ,
Soldu gül açmış arzular...
Səmasına baxa bilmirəm ,
günahlar sarılmış , deyə...
Havasın uda bilmirəm ,
xəstə küləklər var , deyə...
Gözəllərinə baxa bilmirəm ,
gözəllərinin içi boş , deyə...
Dənizinə baxa bilmirəm ,
çirkli buruqlar var , deyə...
Qaç , get bu şəhərdən , dostum ,
Nə qədər ki , ürəyin var...
Bağışla , anacan
Bağışla , anacan ,
uşaqlığıma tüpürmüşəm...
sənin qollarında
böyüyən uşaqlığıma...
heç məni qınama...
mənim öz yolum var...
əlimdən tutub darta-darta ,
apardığın yol deyil , bu yol...
mənim öz yolum var...
yeddi milyardın gözübağlı
getdiyi yol deyil , bu yol...
mənim öz yolum var...
öz dünyam...
heç kimi buraxmıram öz dünyama...
heç məni qınama...
yaşaya bilmirəm ,
insanların , binaların arasında...
öz dünyamda ,
səndən daha böyüyəm ,
atamdan da...
peyğəmbərdən daha böyüyəm ,
Tanrıdan da...
yadındamı ?
bir sual vermişdim sənə ,
cavab verməmişdin mənə...
Nəyə görə ,
pəncərənin qabağına gül qoyursan ?
soruşmuşdum , indi anlayıram...
o tərəfdəki çirkinlikləri məndən
gizlətmək üçün etmişdin bunu...
bağışla , anacan ,
uşaqlığıma tüpürmüşəm...
ürəyim pıçıldayır...
bezmədimi qanlı ürək pıçıldamaqdan ?!
bezmədimi Tanrı nağıl uydurmaqdan ?!
bezmədimi dəli şair gecələr şeir yazmaqda ?!
bezəcək bir gün...
atacaq bir gün...
gedəcək bir gün...
öləcək bir gün...
. . . . . . . . . .
. . . . . . . ...
Bir şair yaşardı
Bir şair yaşar dı o zaman...
azadlıq həsrətilə ,
tənhalıq nəğməsilə ,
bir sevgi baxışında ,
bir payız yağışında ,
bir gecə ilğımında ,
zülmət qığılcımında ,
qarlı qış sazağında
o , tənha otağında
boş bir masa , bir də şam...
yağış yağdığı axşam...
solğun dəftər , bir qələm...
aman vermirdi zökəm...
dinləyirdi otağında sakitcə
bir qocadan yadigar qalan
divar saatının təkrarlanan , bezdirici nəğməsini...
və durmadan
köçürürdü boz vərəqlərə
beynində canlanan ağrılı-acılı şərqisini...
və son gecəsini yaşayırdı şair...
bu son gecəsində son şeirini yazdı ölümə dair...
masadakı şam əridi , söndü...
əzrayılın üzü döndü...
"həyatın son dəqiqələri necə də şirin olur"
yazdı dəftərinin son səhifəsinə...
əlvida söylədi həyat həvəsinə...
şeiri yarımçıq qaldı ,
dəftəri açıq qaldı ,
və dayandı
bir qocadan yadigar qalan
divar saatının təkrarlanan , bezdirici nəğməsi...
Bir şair yaşardı o zaman...
indi , yaşamır həmən şair...
azadlıq həsrətilə ,
tənhalıq nəğməsilə ,
bir sevgi baxışında ,
bir payız yağışında ...
əllərim sənə uzanır...
illərimsə qəbrimə...
qanadlarım sınmış yarı yolda...
kədər qonur gözlərimə...
kədər dayanıb məndən solda...
yuxarıdan aşağı baxıram...
aşağı...
baxıram parçalnmış dünyaya...
qəhr oluram sənsizlikdə...
xoşbəxtdir boz kütlə...
xoşbəxtdir balaca insanlar...
səadət gizlənib qəmsizlikdə...
boz kütlə gəzişir boz küçələrdə...
əllərim və illərim
əllərim sənə uzanır...
ilərimsə qəbrimə...
günlər tez keçir buralarda , qardaş...
nə sevgi qalıb məndə , nə də ki yaddaş..
biraz əvvəl kimə salam verdim , unuduram...
soyuyuram , qardaş , soyuyuram...
sağalmaz xəstəlik tutmuşam , sanki...
qışdan sağ çıxan sonuncu çiçək
soldu əllərimdə...
mənsə onu sənə gətirirdim , sənə...
sənə gətirməkçün möhtacdım ona...
dözmədi əllərimə...
çıxdı əllərim son çiçəyin sonuna...
yox , mən insan deyiləm...
şeytanam , girmişəm insan donuna...
əllərim sənə uzanır...
illərimsə qəbrimə...
uzaqlara baxıram...
Xocalıda ölən bir türk qızı görürəm...
Xirosimada ölən bir yapon qızı..
İkisi də mənə baxır...
baxışları ürək yaxır...
ağlaşırlar , verib baş-başa..
yapon qızı ölümdən qurtulmaq üçün
kağız gəmiciklər düzəldir...
türk qızı edir ona tamaşa...
İkisi də mənə baxır...
baxışları ürək yaxır...
sorurlar , niyə öldürürsən bizi , insan...
öldürən də insan , ölən də insan...
yapon qızının başına
ölüm yağır uğuldayan...
türk qızının evinin divarını dağıtdı
təkqollu dəmir pəhləvan...
öldürən də insan , ölən də insan...
əllərim sənə uzanır...
illərimsə qəbrimə...
qanadlarım sınmış yarı yolda...
kədər qonur gözlərimə...
kədər dayanıb məndən solda...
qar çiçəyim
bu yaz düşdüm səndən cüda...
əlvida , qar çiçəyim , əlvida...
Günəşi olmayan qaranlıq dünyadayam...
kimsə görməz , kimsə sevməz ki məni...
görməzdən gələrlər , görsələr belə...
sevməzdən gələrlər , sevsələr belə...
vərəqləyir dəftərimi gilavar..
nəfəsimdə Tanrı nəfəsi var...
şeir yazarkən belə
əlimin üstə
Tanrının əlini duyuram...
acı , sonsuz yuxudayam...
uyuyuram , qar çiçəyim , uyuyuram...
görməməli şeylər görür gözlərim...
içimi çürütdü qanlı hisslərim...
azan səsi gəlir qulaqlarıma...
evimizin yanındakı məscid azan verir..
çağırır 3-5 qocanı namaz qılmağa...
məsciddə boş-boşuna əyilib durmaqla
insanlığı sevəməzsən , ey qoca...
bu azan xalqa azan belə kömək etməz...
yetməz , qar çiçəyim , yetməz...
yetməz yaramızı sağaltmağa...
bu gözüqapalı millətin gözünü açmaq üçün
düşdüm səndən uzaqlara...
uzaqlara , qar çiçəyim , uzaqlara...
bu yaz düşdüm səndən cüda...
əlvida , qar çiçəyim , əlvida...



16 Temmuz 2010, 15:45
hemiweki kimi yene de gozel yazirsan…
19 Temmuz 2010, 11:38
Əla!!!
19 Temmuz 2010, 19:52
super!!!!!
23 Temmuz 2010, 09:34
ureyine saliq bu seherden qacmaq lazim artiq milliymizi itrmisik
28 Temmuz 2010, 16:26
hamınıza bir xeyli minnətdaram…
30 Temmuz 2010, 22:59
it was very interesting to read doqquziklim.net
I want to quote your post in my blog. It can?
And you et an account on Twitter?
03 Ağustos 2010, 09:20
I would like to exchange links with your site doqquziklim.net
Is this possible?
19 Ağustos 2010, 12:44
Oxudum bu yumruq boyda urekde ne qeder keder, umidsizlik var. Amma sherimizden qacib getsek o problrmlerde bizimle hemin yerlere yan alacaq. Unutma ki, problrmler bizim ozumuzdedi!