Doqquz İklim
97 dəfə oxunub
16Tem/107

Nərmin

Öz Dünyam

Yaxşı ki,dünyada hələ özüm var
Yaxşı ki, özümü itrməmişəm...
Elə düşünməyin bu nə misralar?!
Özünü itirib çoxdan insanlar...

Özləri məhv olub çox insanların
Quruca bədəndi, quruca daşdı...
Ruhu da çürüyüb çoxdan onların
Quruca cismdi,quru baxışdı...

Yaxşı ki, dünyada özüm var hələ
Yaxşı ki, özümü itirməmişəm...
Yaxşı ki, mən özüm olan dünyamı
Bu insanlar kimi məhv etməmişəm...

Yaxşı ki, dünyada özüm var hələ
Yaxşı ki, sığınacaq kiçik dünyam var...
Yaxşı ki, özümü tapıram orda
Ruhumla,özümlə mən tək qalanda...

Bu yağmur

Bu yağmur duracaq görəsən nə vaxt?
Nə vaxt göyün üzü aydın olacaq?
Nə vaxt günün üzü açılacaqdır?
Nə vaxt ağlamaqdan bezib buludlar
Dözüb ürəyində ağlayacaqdır?
nə vaxt ürəyimi deyil buludlar
Quru səhralari isladacaqdır?
nə vaxt ovucumda deyil damlalar
Quruyan köklərdə toplanacaqdır?
Bu yağmur duracaq görəsən nə vaxt?
O vaxt ki, ürəklər təmiz olacaq...
O vaxt ki, insanlıq qaytarılacaq...
Dünyaya baxıb düşünürəm mən
Yəqin ki, bu yağış heç durmayacaq...

Bu yazını beyəndiniz?

RSS bəsləmələrə abunə olun!

Şərhlər (7) Geri izləmələr (0)
  1. yaxsi ki sheir var
    ozumuzu itirmeye qoymayan sheirler

  2. şeirlərin haqqında fikirlərimi bilirsən…əsası , o dur ki , dayanma…

  3. Bu seirleri beyenmemek vicdansizliq olardi.Odurki dayanmayin…

  4. ..birinci seirin normal idi ,xosuma geldi …ikinci ise sanki Nusret kesemenliye oxsayirdin.umumiyyetle edebiyyatda bele romantik tipli seirlere artiq yer gormurem…yazanda da ele bir seir olmalidirki indiyedek yazilmis butun romantik tipli seirlerden tamamile ferqlensin…yedi idaye ile yazsan romantikliyinde rengareng olar..mence ferqlen hami kimi adi yagis damlalarindan yapisma …ugurlar…

  5. xanim yaxshi sherlerdir. ancaq serbeste kechsez daha yaxsh olardi.. ikinci sheirde o nefesi hiss etdim.. namiqle danishmamizda da bunu dedim.. bilirsiz bu hecanin bu gun hech yeri yoxdur vallah..
    ugurlar, inaniram ki, bundan da gozel eserlerini okuycagiq..

  6. Hikmət səninlə qətiyyən razı deyiləm şeiri məqsədli yazmırsan axı o necə gəlirsə elə də yazırsan həm də şeirin hansı vəzində yazılması əsas deyil məncə əsas onun kəsb etdiyi mənadır söhbət bu şeirlərdən getmir amma hecada yazılan elə şeirlər var ki sərbəstə belə o fikirləri ifadə etmək çətindi

  7. şərhlərinizə görə təşəkkür edirəm……


Şərh göndər.


Geri izləmə yoxdur.