Nərmin Hüseynzadə
Yunan filosofu Platonla müsahibə
Bir az özünüz haqda
- e.ə 427-ci ildə zadəgan ailəsində anadan olmuşam həyatının çox hissəsini Afinada keçirmişəm, “Sokratın apologiyası” (təriflənməsi ), “Qanunlar” və eləcə də dialoq formasında otuz dörd əsər yazmışam. Bundan başqa Pir, Teetet, Fedon, Parmenid, Fedr, Meneksen, və s. kimi dialoqların müəllifiyəm
- Niyə əsərlərinizin çoxusu dialoq formasındadır?
- Çünki, müəllimim Sokrat tələbələrini söhbətlərlə, dialoqlarla öyrədirdi.
- Deməli sevimli müəliminiz Sokrat olub. Bəs şagirdiniz?
- Aristotel
- Haqqınızda deyilən hansı fikirlə razılaşmırsınız?
- Ammonius Saccas adlı bir mütəfəkkrin mənim haqqımda “O, yunanca danışan Musadır” deməsi və Yəhya ən-Nəhvinin məni Hz. Musadan ilham alaraq öz fəlsəfəmi təkmilləşdirdiyimi iddia etməsi
- Hansı elmi digərlərindən daha üstün tutursunuz?
- Düşünürəm ki, kamilliyə can atan insan üçün elmlərdən ən gərəklisi qanunlar haqqında elmdir
.
- Gözəlliyi nədə görürsünüz?
- İdeyalar aləmində, əbədiyyətdə. Məncə “gözəllik hansı bir görkəmdə, hansı bir məxluqda, yaxud hansı bir əşyada görünə bilməz”. Mən gözəlliyi heç bir real mündəricə daşımayan, sabit, metafizik bir ideya kimi qiymətləndirirəm.
- Maraqlıdı, bəs Platonun aləmindı eşq nədi?
- Mənim aləmimdə eşq, ən təhlükəli bir ruh xəstəliyidir.
- Yenə ruh?
- Yəqin ideyalar, ruhlar haqqında təlimi- Metafizikanı nəzərdə tutdunuz. Ən çox tənqid olunduğum sahə. Həqiqi biliyə ruh haqqında təlim aiddir. Ruh özünün təcəssüm olduğunu cismani təbiətindən əvvəl mövcud olur. O çox vaxt ideyalarla eyni cinslidir, bədənsiz mahiyyətdir,bölünməzdir, görünməzdir,hissedilməzdir, ölməzdir. Ruh haqqında təlimim ilə Sokratın ruhun ölməzliyi haqqında fikirlərini inkişaf etdirmişəm.
- Sonda...
- Sonda dövlətinizə ədalət, müdriklik və güclü hakimiyyət arzulayıram. Çünki,
Dövlətlər yalnız o zaman xoşbəxt olacaqlar ki,, ədalət, müdriklik və güclü hakimiyyət bir yerdə olacaq.
Aristotellə danışdıqlarım...
- Özünüz haqda...
- Müəllimimdən sonra özüm haqqda heç nə deyə bilmərəm.
- Heç müəlliminizi tənqid etdiyiniz olmayıb?
- Platonun “İdeyalar ideyası” əsərini tənqid etmişəm. Mənim fikrimcə bu ideya həqiqi həyatla əlaqəsizdir. Etika məsələləri insanların ictimai vəziyyətləri ilə sıx əlaqədə baxılmalıdır.
- Bəs sizin yadınızda qalan şagirdiniz kim olub?
- II Filipin oğlu İsgəndər.
- Gəlin bir az kateqoriyalar haqqında təliminiz barədə danışaq
- Bu təlim Platonun ideyalar nəzəriyyəsinə və müxtəlif keyfiyyətli fikirlərinə əsaslanır. Mən hər şeydən əvvəl, iki kateqoriyanı– mahiyyət və keyfiyyət kateqoriyalarını fərqləndirirəm. Mahiyyət başqasında deyil, özündə yaşayır. xeyirxahlıq ideyası və xeyirxahlığın özü mahiyyət və keyfiyyətə aiddir. Keyfiyyət (və kəmiyyət) həmişə hansısa mahiyyətə uyğun gəlir. Keyfiyyət öz– özlüyündə mövcud deyildir. Mahiyyət– mübtədadır, keyfiyyət isə xəbərdir.
- «Birinci fəlsəfə» nə deməkdir?
- «Birinci fəlsəfə» ən ümumi səbəblər və yaxud başlanğıclar haqqında təlim, fəaliyyəti yox, varlığı öyrənən nəzəri elmdir. Birinci fəlsəfə ümumiyyətlə varlığı öyrənir, «ikinci fəlsəfələr» isə varlığın ayrı– ayrı tərəflərini öyrənir.
- Daim hərəkətdə olmağı yoxsa, sakit dayanıb düşünməyi üstün tutrsunuz?
- Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.
- Öz tədqiqatlarınızda Biologiyaya da yer ayırmısınız...
- Hə, 500-dən artıq heyvan növünü təsvir edib onların təsnifatına cəhd göstərmişəm. Mənə görə həyatın maddəsi vücud, forması isə ruhdur. Öz sistematikamda heyvanları 3 qrupa bölmüşəm- insan, bitki və heyvan.
- Quldarlıq barədə nə düşünürsünüz?
- Qullar heç zaman səxavətli ola bilməzlər, onlar pozğundurlar. Mən qulu ağasının “danışan alət”i simasıda görürəm. Buna görədə mənim ictimai-siyasi və fəlsəfi görüşlərim “ən mükəmməl sistem” saydığım quldarlığın möhkəmlənməsinə yönəlmişdi.
- Düzdü, sizin sahə ilə əlaqəsi olmasa da AYO və AYB qarşıdurması barədə fikrinizi bilmək maraqlı olardaı.
- Təəssüf ki, məlumatım yoxdur.
- Təəssüflənməyin. Müəlliminiz bir az siyasiləşdirmişdi sonluğu. Sizin son sözünüz?
- “Demokratiya: Gediləsi Uzun bir Yol”-dur. Hamınıza bu uzun yolu arzulayıram



19 Temmuz 2010, 09:07
Oradam buradan okudum, maraqlidir tebrik! Nermin
19 Temmuz 2010, 11:31
Ugur olsun Nermin!!!
19 Temmuz 2010, 16:15
Sonadek oxudum.Heqiqeten lezzet etdi.Sag olun Nermin xanim.
20 Temmuz 2010, 07:38
maragli idi…Diqqetnen oxudum!
20 Temmuz 2010, 11:18
Bir vaxtlar Əlisa Nicatın bu formatda yazıları var idi. Maraqlı eksperimentdir.
20 Temmuz 2010, 16:17
Tesekkur edirem!
23 Temmuz 2010, 16:58
ÇOX MARAQLIDIR
27 Temmuz 2010, 09:14
men de maraqla oxudum.ugurlar.
hormetle Ali Sirin
28 Temmuz 2010, 16:25
bilginizə və yazı üslubunuza , eyni zamanda müsahibə bacarığınıza heyranam…təbriklər…davamı gəlsin…
02 Ağustos 2010, 15:26
Cox, sag olun, minnetdaram haminiza
06 Ağustos 2010, 23:08
Men Nitşe ile müsahibenizi görmek isterdim…ugurlar
22 Ağustos 2010, 10:09
kimese terif deyende ele bil ozumu soyurem men. amma bu yaziya basqa soz dusune bilmedim. yeni musahibelerinizi gozleyirik.amma kimden musahibe alsaniz AYB i taniyib tanimadigini mutleq sorusun
26 Ağustos 2010, 11:28
Metleb, Fariz bey her ikiniz e tesekkur edirem!