Azər Abdulla
Zəruri qeyd: bu yazı 2006-cı ildə “ədalət” qəzetində yayımlanmışdı. əsər o2001-ci ildə yazılsa da, xanəmirin (quşdilixanəmirkülsoyuğu) həmyerliləri ilə arasında baş verən ağır münaqişə səbəbindən beş il sonra sadəcə 50 ədəd şəklində çap olunmuşdu.
Təbrizdən keçən yol
Xanəmirin... Bağışlasın, artıq mətbuat aləmində tanındığına, hamıdan seçilən imzasını düzgün yazmadığıma görə müəllif məndən inciyə bilər. quşdilixanəmirkülsoyuğun “ağğğbaaağğğ» romanını (yeri gəlmişkən müəllifin “ra.m.o.n» adlandırdığı bu əsərə məncə, lirik, tragik poema, yaxud elegiya da demək olar) vərəqləyib gözdən keçirərkən kitabına, eləcə canına verdiyi qəribə adı, kitabın rəyçisinin, redaktor, bədii və texniki redaktorlarının adlarını oxuyanda sənət aləmində yenilikçi Uilyam Uitme, Rembo, Təbriz miniatür məktəbi, Pikaso, Salvador Dali, Bosx, Mayakovski, rejissor Tarkovski, bizim Alim Oasımov yaradıcılığına bir az bələd olsam da, peşmançılıqla, təəssüf hissiylə kitabı masanın üstünə atdım. Bu nə əllaməçilikdi, nə qədər axtarmaq olar, haçan özünə tapacaq Xanəmir?»-deyə düşündüm. Bir neçə il öncə “Qobustan” incəsənət toplusunun redaksiyasında Türkiyədə çap olurmuş “Kül soyuğu” şeir kitabının birini mənə, birini Tofiq Abdinə bağışlayanda Tofiq dərhal “Azar kitab haqqında yazar!» deyəndə “Zalım, yazırsan, özün yaz, Xanəmirin yanında yerini şirin eləməyinə bax bunun, bəlkə şeirləri məni tutmayacaq»- belə düşünsəm də, Tofiqə olan acığımı, hirsimi birtəhər uddum. Kitabı oxuyandan sonra yenə də “Qobustan”-toplusu redaksiyasında Xanəmirlə başqa vaxt görüşəndə, yetmişinci illərin əvvəllərində indiki Nəsimi heykəlinin yanından ötərkən Vaqif Cəbrayılzadənin qatlanmış şagird dəfdərində yazdığı şeirlərini çəkinə-çəkinə mənə verib rəyimi bilmək istəməsini xatırladım. Təşbeh, metafor, bənzətmə, obraz, kodlarla bol-bol yüklənmis misralar talantdan, istedaddan xəbər versə də, heç nə başa düşülmür, oxucuda heç bir duyğu, hiss oyatmırdı. Bir vaxt, hələ institutun ikinci kursunda oxuyan, mətbuatda nəinki şeiri, bir cümləsi belə çap olunmamış, bir şeir kitabım çap olunduğundan məni şair hesab edən Vaqifə “hisslərini, duyğularını, fikrini, anlaşılan, başa düşülən şəkildə sözə çevirə bilməmisən, aydınlıq yoxdur» cəsarətlə söylədiklərimi Türkiyənin Mərmərə unversitetində bitirmiş, mətbuatda imzasından tutmuş, şeirleri, esseləri, məqalələri ilə kiməsə bənzəməyən, yazılarındakı güclü ruhuyla seçilən Xanəmirə bir az ehtiyatla, bir az da özümü suçlu sayırmış kimi söylədim. “İnanıram, əminəm Vaqif Bayatlı Odər kimi səndə də tezliklə aydınlaşma olacaq, heç kimin yazılarına oxşamayan gözəl şeirlərini, yazılarını yazacaqsan» deməklə mənə həmişə sayqı və ehtiramla yanaşan (qəribədir, bu sayaq istəyi, ehtiramı ela o vaxtlar Vaqif Cəbrayılzadədə də görmüşdüm) Xanəmirdən bir sayaq şeirlərinə rəy söyləməkdən canımı qurtardım.
Xanəmirin istedadını, tərbiyəsini, mənə həmişə həssaslıqla, sayğıya yanaşmasını, bir vaxt yazılarından birini mənə həsr etdiyini xatırlayanda kitabını götürüb yenidən varaqlamalı oldum. "Önlük-önəlmək-önləmək" adlandırdığı ön sözü oxuyanda Yer kürəsi ağlagəlməz güclə meteoru özünə cəzb edən kimi romana yazılmış giriş məni özünə çəkdi. Hamı sevdiyi əsəri biməfəsə oxuduğunu deyir. Mənsə bəyəndiyim, sevdiyim əsərin tez qurtaracağından hayıfsılandığımdan, qorxduğumdan, aldığım zövqün, ləzzətin (ağrılı, kədərli, yaxud sevincli olsa da) ömrünü uzamaq üçün tələsmədiyimdən Xanəmirin ölçü və həcmcə balaca, tutumca ağır, sanballı bu romanını üç günə oxudum. Aldığım təəssüratı, yaşadığım hissleri, məndə yaranmış assosiasiyaların, yaşantıların soyumasını, köhnəlməsini, unudulmasını gözləmədən romanla bağlı tələm-tələsik yazmaq istədim. Romanın ilk cümlələrindən gənc yazıçının “ki, və"bağlayıcılarının ürəyincə olmadığı dərhal gözə çarpır, bir neçə yerdə işlətdiyi bu bağlayıcıların əl-qolunun qandallanaraq mötərizələr içində dustaq olunması gözdən qaçmır. Yazı manerasına, dəsti-xəttinə, insana, əşya-predmetlərə, hadisələrə münasibətinə görə çağdaş ədəbiyyatımızda Xanəmir heç kimə bənzəməyən öz üslubunu yaradıb. Ancaq mən onun üslubu barəsində danışmaq istəmirəm. Gənc yazıçının insana, onun varlığına, ruhuna, dünyaya, kosmosa-kainata münasibətindən söz açmaq istəyirəm. Məncə, insanın iç dünyasını, onun gücünün sonsuzluğunu, insanın yaşını, ölməzliyini, əzəmətini, gerçəkliyini və mücərrədliyini, daxilindəki gizlinlərin açılmasını, reallıq içində irreallıq, mücərrədlik içində aydınlığı Xanəmir kimi əhatəli təsvir edən çağdaş yazıçımız yoxdur. Xanəmirin indiyə qədər yazılarında elədiyi cəsarətli eksperimentlərinin, cəhdlərinin nəticəsi, bəhrəsi, nəhayət romanında baş tutdu. Romanın məzmununu bir cümləyə sığışdırmaq olsaydı...
Tufan, qasırğa, zəlzələ təkin gavurlar gözlənilmədən hücum edərək kən-di güllə, mərmi yağışına tutur, kəndin adamları bir-birindən xəbərsiz başını götürüb qaçır, yeddi qardaş bir yandan başlarını itirdiyindən, bir yandan da bir-birlərinə arxayın olduqlarından, daha çox qədərin qaçılmazlığın-dan doxsan dörd yaşlı anaları qaça bitmədiyindən kənddə qalır. Sonra oğlanları nə qədər cəhd etsələr də analarından bir xəbər tuta bilmirlər, bu xəbəri istanbulda eşidən yazıçı sonralar bu acı xəbəri sinirə bilmir, günlərlə içindən burulur, yazı masasının arxasında oturaraq (bəlkə də ayrıca yazı masası olmadığından dizinin üstünə qoyduğu dəftərdə) romanını yaza-yaza öz nənəsinə, öz qız balasına çevrilmiş doxsan dörd yaşlı çiçəklərini bütün hüceyrələri, bütün gücü, enerjisi, ruhuyla, bitib-tükənməyən dualarıyla... əsirlikdən xilas etməyə çalışır. O çiçək qarını on beş yaşlı qıza döndərərək kəndin qənşərindəki meşəyə qaçıraraq azğın ermənilərin, rus silahlılarının əlin-dən xilas edir.
Sonsuz, bitib-tükənməyən istəyi ilə! Burdaca bir an nəfəs dərək. Müqəddəs Qurani-Kərim kitabımızın bir ayəsində böyük-tükənməz sevgi-istək olanda insanın gec-tez arzusuna qovuşması barədə xəbər verilir. Bu-rada "Müsəlmanın ən güclü silahı onun dualarıdır" yada düşür. Müsəlmanın silahına bax, İlahi! Qəlbə toxunmadan, təhqir etmədən, qan tök-mədən, dua edib Allaha tapşırmaq, humanizmə, ədalətə bax...”
Tanınmış çağdaş Braziliya yazıçısı Paulo Koelonun "Kimyagər" romanı məgər bu tezisə söykənməyibmi? Və yaxud, bir ay ərzində sağala biləcək barmağının yarasını, bədəninin hüceyrələrini, yatmış daxili gücünü, enerjisini oyadaraq bütün diqqətini barmağının yarasına yönəldərək bir-iki saata qaysaqladaraq sağlam duruma çatdıran yəqini (yenə Şərq) xatırlayaq. Yaxud, kəramət sahibi böyük övliyalardan biri qəlyanını yandırmaq istəyəndə ondan yüz, min kilometrlərlə uzaqda olan başqa bir övliya hiss elərək ehtiram xatirinə onun qəlyanını odladığı məqam...
MEŞƏ. Gözəlliyinə, zənginliyinə, sonsuzluğuna, mürəkkəbliyinə görə meşə (!) rus ədəbiyyatında öz əksini geniş tapıb.
Quzey ölkə yazıçılarından birinin əsərində qışın oğlan çağında başdan-başa ağ kəfənə bürünmüş meşəyə (öz meşəsinə) gəzməyə çıxan adam azdığından, şaxta əzrayıltəkin onu həmişəlik buz ağuşuna alır.
Amerika yazıçısı, Nobel mükafatı laureatı Uilyam Folkner obrazlarıyla zəngin "Ayı" povestində qul-zəncilərin, hindu rəhbərlərinin davamçısı, oğlanın (oğlan povestdə əsas süjetlərdən biridir) mənəvi atası Sem Fazersi yabanı-vəhşi meşə (!) əgər yedizdirib-içizdirib adam eləmişdisə, həmin meşə (!) sonrakı nəslin nümayəndəsi olan oglanın (oğlan sonra evlənib adaxlısıyia qısa zaman kəsiyin-də xoşbəxt olsa da-əgər bunu xoşbəxtlik saymaq olarsa) yeganə qadını və aşnası olacağını yazırdı.
Ancaq, ancaq Xanemirin meşəsi (!) bambaşqa bir meşə(!)dir. Meşə də, dağların altından süzülüb gələn su da, ağacların yarpaqları arasından düşən gün işığı-şüa da yeni obrazlardır.
Yağışdan yarpaqları, budaqları, gövdəsi, ağacların dibi islanmış Xanəmirin meşəsi, yetmiş bir evli kənd, bir səngər, bir yurd, vətən, həm də doğma ananın qoynudur, həm də on beş yaşında qız, doxsan dörd yaşlı çiçəkləri»dir (qarıdır). O meşə həm də yazıçı Xanəmirin özüdür.
On beş yaşlı qız meşədə oturub budaqların, yarpaqların arasından “ocaq yeri kimi yanıb qaralmış» Kəndlərinə, uçub dağılmış evlərə baxdıqca, o evlərdə yaşayan adamlar, adamlarla bağlı olaylar, əhvalatlar yadına düşür, körpə uşaqlar, qızlar-gəlinlər, oğlanlar, qocalar, qarılar on beş yaşlı qızın sifətində təcəlla edir. On beş yaşlı qız min il öncə buralardan Keçmiş Atilla ordusunun gücünü-qüdrətini xatırlayır. ...”Qız anladı ki, bir vaxtlar buradan keçən O orduların, indi burada hopmuş səsləri, enerjiləri yenidən oyanıb, ayini təkrar edirlər. Bir zamanlar hansısa məqsəd naminə yürüş yapanlar indi bir ayin kimi öz-özünə icra olunur. Heç bir canlı-bəşər, güc, elm, ağıl rol oynamadan ayin baş verir, canlanır. Əsas odur ayin icra olunur. Qız səsə qoşulub qeyb oldu. Bu qədər səsliyin səsində özünə itirmədi. Nədənsə axın-axın gedən (atlı) süvarilərin ortasında dəbilqəli, ağır zəhmli at üstə gənc bir döyüşçünün kürəyindəki qılınc zərbəsini, yarasını görə bildi. Qızın qulağına dolan səslər içində nəfəs alıb verərkən gəncin iniltisi, gəncin zoqquldayan ağrıları, o səslərdən ayrılıb hələ də cövlan edirdi...» .(s.90-91).
“Meşə bir ana kimi qızı qoruduğutəkin, artıq qız da meşəni qorumaq gücündədir. Qız kəndin adamlarını xatırladıqca meşəylə öz doğması, sim-sarı, anası kimi danışır”,- bu məqamlar, romanın ən kədərli yerləridir. "...Meşə meşədir. Meşənin öz qanunları var. Orda mənim bir canım oturub. Oturmayıb, meşəni əbədi etməkçün ora varıb. Bir qız bu boy-da meşəni bütün xətalardan qoruyur. Söyləsəm gülüncmü olar. Ancaq bunu görəcəksiniz, ey şübhəsi dəniz inancı görüntüsündə olan insanlar» (s.110). Və yaxud, Meşə, ay Meşə, mən hardan gəlmişəm, məni qoru, ay meşə, indi onlar hardadı?"
On boş yaşlı qız min il, bəzən daha qədim, daha uzaq zamanla qovuşur. Romanda zaman, vaxt içində zamansızlıq görünür. Mübarək Məhəmməd (s.a.s.) peyğəmbərimizin ayağa qalxıb (qalxarkən əbasına dəyən içərisi su ilə dolu aftafası yıxılır) Burak adlı ata minib Cəbrayıl (e.) peyğəmbərin bələdçiliyi ilə göyün yeddi qatını keçərək, yeganə peyğəmbər kimi cənab Allahın Sidreyi-müntəha (sor) hədd) ərazisinə yaxınlaşdığını, Onun nurunu gördüyünü, qayıdıb yerə çatarkən aftafadan axmaqda olan suyun hələ də qurtarmadığını, oturduğu yerin hələ də soyumadığını xatırlayanda on beş yaşlı qızın romanda olduğu kimi sularla, səslərlə, daşla, yarpaqla, dağla, Sözlə yaşıd ola biləcəyinə inanmağımız gəlir. On beş yaşlı qız suyun, dağın, şüanın təkcə yaşıdı deyil, itirilmiş böyük, sonsuz zamanın içində həm də onların özüdür. Buna yenə də qocaman Şərqin-Doğunun din kitabının birində ("Bhaqa-vad-Qita olduğu kimi") indiki formasını-şəklini alana qədər insanın milyonlarla həyat formasından keçib gəlməsi barədə informasiya yada düşür.
İmzasının önündəki "quşdili" sözü həssas, hissiyyatlı müəllifin dağın, daşın, torpağın, suyun, ağacın, itin, quşun... dilini bildiyinə eyham deyilmi? Xanəmirin ədəbiyyatımıza gətirdiyi “ağğğbaaağğğ" romanı obrazlar kolleksiyasından ibarət, həm də informasiya ambarı-xəzinəsidir. Kəndin adamları kimi dağ, ağac-meşə, səs, su da canlıdır, informasiyalarsa quru, statitik məlumatlar deyil, son dərəcə poetik duyğularla obrazlı şəkildə ifadə olunub. "Hərtiz dağı bu bölgələrin. Zəngəzurun antenasıdır. Uzaq aləmlərin informasiya axınlarını bura, çəkib, burda doğulan, böyüyən, yaşayan insanların qanına, geninə, ruhuna, şüuruna, xarakterinə ötürür" (s.102).
Yaxud "DO.RE.Mİ" başlığında başqa bir təhkiyəyə diqqət edək: "...Günün telləri ani də olsa şaxıyanda elə bil qızın üzü böyümüşdü. Bu vaxt ərzində-qız meşəyə girəndən qızın böyüyən üzü onun içini, qəlbini də böyüdüb. 0 kənd, kənd camaatı qızın böyüyən tərəfində, böyüyən canında yer bulub. onlara günün oyunu bir şans, ərməğan kimi çatır. Hər kəs bu münasibətdən bilməyə-bilməyə, duymaya-duymaya öz nəsibini alır. Günəşin bu qədər aləmləri, canlıları qoyub Bu gənc, cılız bir qızla baş qatmasını içinə salıb gəzdirməkdər, yaxud da elə mənim kimi bu dəftərə yazmaqdan başqa əlac qalmır.
Günəşin bəzən bütün canlılara düşəcəyi anları yığıb qızın üzərində, ən çox da üzündə təcalla etdiyindən, Günəş bilərəkdən öz fani oyununu qızın varlığında qurur. Birdən qıza elə gəldi əl-ayağına, üzünə, boğazına dolaşan gün işıqlarına sarınıb, dolaşıb onunla birgə bu yerlərdən çıxıb gedə bilər. Günəş şüalarını, işığını yer üzündən necə çəkirsə, qız da o şəkildə, o ehmallıqla, kimsəyə, nəyəsə ağırlıq, təsir etmədən, incitmədən çəkib apara bilər. Görən bu çəkib aparma qızamı, yoxsa günəmi lazımdır? Belə olduğu təqdirdə qız meşədən elə qalxıb çıxardı, nə düşmən, nə erməni, nə vəhşilər, nə rus əsgərləri qızın tozuna, tükünə belə toxuna bilməzdilər. Ancaq bu müddət ərzində günün işığı qıza nə qədər doğmalaşmışdısa, bu ağaclar, meşə, bu meşənin hansısa qurtaracağının lap açıqlığının sonunda qıza çox, çox doğma, əziz, ürəkparçası olan, yeriyən, danışan, dərdləşən canlılar vardı. Onlardan ən azından birisi anasıdır. 0 qızılı tellərə sarılıb, dolaşıb, asılıb gedərsə, bu yer üzünə bir də dönməzsə, bəs anası onsuz necə olar?.." (s.120-121)
Həcmcə miniatür, lirik poemaya, simfoniyaya bənzər bu romanda işıqla qaranlıq, odla su, aydınlıqla sirr, görünənlərlə görünməyənlər, xeyirlə şər, zərrə ilə kainat bütövlükdə-vəhdətdə verilir. Müəllif insanlığın çevrə halında keçdiyi-dolandığı yola (miflər, nağıllar, sufilik, dərvişçilik, təsəvvüf, bədən-can-ruh, iç-batil, dış-zahir, başlanğıc-son) işıq salaraq aydınlaşdırmağa çalışır. Bütün varlıqlar zərrəcik toplusu olduğu kimi səslər, şüalar da dalğalarla-efirlə ötürülən hissəciklərdir. Romanda ayrı-ayrı başlıqlar bəzən bir, bəzənsə bir necə notlarla adlandırılıb. İstər bəm "DO», istərsə zil "Sİ” notu olsun, hamısında insanın ağrısı-acısı, sevinci, dünyanın işığı-qaranlığı, yerin-göyün, kosmosun hənirtisi, pıçıltısı duyulur.
Romanın şeiriyyəti, musiqisi indiki zamanın maşınlaşmış, texnikaya aludə olduğundan ruhaniyyətdən gen düşmüş çağdaş insanı-oxucusunu min illərlə geriyə qaytara bilir, onun qurumuş yaddaşına yaz yağışı çiləyir, daşlaşmış qəlbini, ruhunu yumşaldır, indi nağıla dönmüş, əfsanə, mif kimi görünənlərə (adamın şüadan, ağacdan, sudan, ruhdan törənişinə) adam inanmaq istəyir, inanır da, çünki bu əsərdə sənətçi ovsunçuluğu, hipnozçuluğu da var.
Çölün, meşənin gündüzünə nisbətən gecəsində-qaranlığında, xüsusilə tənha olanda adamda eymənmə, üşənmə, ürpəşmə, qorxu, vahimənin yaranması görəsən nədəndir? Müəllif romanının bir yerində bu müəmmanı belə açıqlayın "...İt keyləşmiş ağırlıq yaradan enerjini qızdan götürüb almışdı. O ağırlıq, Allah bilir, həndəvərdə, gecənin qaranlığında dolaşan minlərlə Şor qüvvələrlə qarışmışdı. Bu hadisə gündüz baş versəydi, ağır yükü işıq dərhal yandıra bilərdi. Çünki məkan buna, iqlim buna, mənəviyyat buna imkan verir(di). Ancaq gecə qaranlıqda şər qüvvələr göz açmağa imkan vermədən itin çəkib qızın canından dışarı atdığı ağırlığı göydəcə qarpdılar.
Qız quş kimi oldu..." (s.157)
Xanəmirin bu əsərini oxuduqca Kamal Apdullanın "Sehrbazlar dərəsi" romanı bu romanda qışın oğlan çağında Görükməz təpə, (təpə görünmür, ancaq üstündəki qar yığını görünür) o təpənin ətəyində gül-gülü, bülbül bülbülü çağıran yaz fəsli, orada "təkcənəliyə" (təkcənə sözü Kamal Abdutlanındır-A.A.) qapılmış sehrbazları, ruh çağıran Səyyah sehrbaz yada düşür.
Xalqın yaratdığı doğma əlifbası, cümləsi, sözü ilə birgə hər bir hərfində o xalqın, o millətin gücü, enerjisi, ruhunun olduğunu deyən Xanəmirin-(quşdi-lixanəmirkülsoyuğun) öləziməkdə olan ədəbiyyatımıza gətirdiyi yeni nəfəsinə, yeni üslubuna, cəsarətinə, (!) yeni obrazlarına, bu obrazların güclü ruhuna alqışlar olsun. Bütün gücünü, bütün ruhunu, bütün hüceyrələrini bir yerə toplayıb ağılagəlməz enerjinlə on beş yaşlı qızı-doxsan dörd yaşlı qarını azğınlaşmış erməni, rus silahlılarının mühasirəsindən çıxarıb, qədim mühasirəsi dağılmaqda olan doğma Təbrizimizə, oradan da ehtiyat və üsulluca sağ-salamat doğma Vətənə gətirib çıxara bildiyinə bərəkallah. Bir türk oğlundakı bu qüdrəti, bu məsuliyyəti, bu qeyrəti gələndə əmin oldum, inandım ki, bu gün dağınıq, pərakəndə olan türkün ruhu, linza günəşin səpələnmiş şüalarını bir yerə toparlayıb düşdüyü yeri yandırıb-yaxdığı kimi dağılıb parən-pərən düşmüş Türk ruhu da birləşib yeri-göyü lərzəyə salan gücünü qaytaracaq.o güc, o qüdrət təkcə düşmən tapdağında olan Qarabağ torpaqlarımızı deyil, həm da uzun müddət mühasirədə qalmış Təbrizimizi, Dərbəndi-mizi, Göyçəmizi, Zəngəzurumuzu, İrəvanımızı, Borçalı-Qarayazımızı... qurtaracaq, həm də dünyamızda unudulmaqda olan ədaləti, Tanrı haqqını bərpa edəcək.
Əzizim, Xanəmir, sən də Cavid Əfəndi kimi Türkiyədə təhsil aldığına görəmi, ilahiyyat, sufi, dərviş, irfançılığa üz tutduğunamı, Əlişir Nəvai, Yunis İmrə, Cəlaləddin Rumi Mövlanə, Füzuli, Nəsiminin içdiyi bulaqdan su içdiyinəmi, Doğudan keçərək çağdaş sənət izmlərini təbəssümlə salamlayıb qapılarını döyərək ərklə içəri keçib onlarla tanış olduğunamı, bəlkə həm da başqa aləmlərin-dünyaların xəbərlərini antena kimi çəkən Hərtiz dağının aylı-ulduzlu gecələrində gecələdiyinəmi, bəlkə həm də, həm də qaçqınlıq həyatı yaşadığına görə müəmmaların-sirlərin içindən keçərək azman ruhunla (ruhuna, cəsarətinə alqış!) qaranlıqları aydınlaşdırdın...
Kəndin evləri, o evlərdəki adamlar meşədən budaqların, yarpaqların arasından baxan qızın yaddaşında-xəyalında canlanır. Müxtəlif xarakterlər, talelər görünür. Gözəl formadır. Haçansa romanın ikinci nəşrini çap etdirəsi olsan, o adamların fonunda təkcə 1988-1989-cu ildə deyil, 1905-1915-1918-ci illərdə Zəngəzur, Vedibasar, Göyçə, Dərələ-yəz, həm də Bakı, Şamaxı. Xocalı, Ağ-dərədə... erməni, rus quzgunlarının törətdikiəri qırğın zamanı hələ də səsləri, iniltiləri eşidilən körpələrin qızların, qadınların, vurulub torpağa sərirmiş qoca-ların titrəməsini, bığ yeri tərləmiş yeni-yetmələrimizin buğlana-buğlana axan qanlarının mənzərəsini zamansız romanına qatsaydın yerinə düşərdi. Məsləhətdirsə.
P.S Xanəmirin bu əsəri son dərəcə ürəyimcə olduğundan, romandakı xırda-para çatışmazlığa göz yummalı oldum.



20 Temmuz 2010, 16:23
super…bravooo….
05 Ağustos 2010, 05:10
Amiable dispatch and this enter helped me alot in my college assignement. Say thank you you for your information.