Anar Gülümsoy
tilsimli təslim
...baxırsan dəli kimi çiyinlərinə... baxırsan, baxırsan... inanmırsan gözlərinə: hardan peyda oldu bu qanadlar? İlahi, harda gizlənmişdi qanadlarım, niyə görməmişəm bu vaxta kimi???!!!
Uça bilərəmmi görəsən?
Qanadlarını açırsan, uçmağını görüb elə sevinirsənki. Yerüzünün əzablarından qurtulmuş kimi, azadlığını duymuş kimi uçursan.
Uçursan bu dünyadan o dünyaya “yupyumuru bir eşq ilə”.
Topa-topa dərdlərindən-buludlardan yuxarıda uçursan. Hara uçduğunu da bilirsən- düz, Tanrınin yanına!
Çarmıxa çəkilən İsanı, meraca qalxan Məhəmmədi(s) görürsən.
Xoşbəxt bir an- Tanrı hüzurundasan. Ilk dəfə Tanrı qulu kimi görürsən özünü. diz çöküb günahlarını etiraf edirsən, bağışlanmağını diləyirsən. Kövrəlir Tanrı, bir damla göz yaşı düşür üstünə, yuyulur günahların.
Indi yüpyüngülsən. Günahsiz-günahsız daha azad uçursan. Birdən bir dəstə qanadlı adamın qanadlı bir şairə qələm tuşlayıb pıçıldadığını eşidirsən:
-“Vaqif Bayatlı əllər yuxarı”!!!



23 Temmuz 2010, 16:57
UÇ AY ANAR UÇ
14 Ağustos 2010, 06:33
salam Anar.haralardasan sesin gelmir? Yazinda boyuk mena var.Ramazan ayin mubarek.Allah bilerekden ve bilmeyerekden islediyimiz butun gunahlarimizi bagislasin.Amin.