Doqquz İklim
169 dəfə oxunub
22Tem/102

Raqif Raufoğlu

Görürsən?

 Görürsən?

Nə qədər insan sevgisi öldürdüm,

Heydər Əliyev Sarayı boyda.

Nə qədər mövzunu gündəmdən itirdim,

Gündəlik qəzetlərin sayı boyda.

Görürsən?

Nə qədər xeyri var

Tək qalmağın,

Yazmamağın,

Özünü belə aparmağın.

Görürsən?

Hər gün bu vaxt

Saat eyni yerə işləyir,

Eyni yerə qalır.

Vaxt 24-lük bir qəlibin içində

Özünə qapanır.

Bütün fəlsəfəsi

Bir günün içində dayanır.

Ona görə o vaxtdan

Hamının hekayəsi

“Bir gün”lə başlanır.

Görürsən?

Tənhalıq necə dərindi.

Qal, orda qal.

Ora elə sənin yerindi.

Düz başa düşməyəcəksən

Desəm mən indi

İçində olduğum bütün qadınlar mənimdi...

Bu yazını beyəndiniz?

RSS bəsləmələrə abunə olun!

Şərhlər (2) Geri izləmələr (0)
  1. İÇİNDƏ OLDUĞUM BÜTÜN QADINIAR MƏNİMDİ ÇOX GÖZEL


Şərh göndər.


Geri izləmə yoxdur.