Doqquz İklim
141 dəfə oxunub
23Tem/107

Xanəmir Telmanoğlu

İkiqatlı  yeddi variantda ozanlama

 Oxuculara təqdim etdiyim bir şeyirin iki qatı yeddi variantda  ozanlaması ekspriment xarakterlidir.  Bu yeddi variantda əslindaə bir mətindir. Çagdaş şeyirin yeni strukturu  orqanizmi  içsəl-dış mexanizminə keçitdə bir cəht kimi qiymətləndirilə bilinər. Öncəki -əski şeyir nümunələrindən xoşgörüylə ədalət prinsipləriylə ayrılmagın bu türlü mətin sərgilənişləriylə poetik varidatı hesaba qatmagın dışında hələlik başqa yolünü görmürəm .hesab edirəm poetik mətinə qarşı belə qəddar davranış şeyirimizin gələcək ədəbi –poetik təməlinin oluşmasına pis-yaxşı öz sarsıdıcı töhfəsini verəcək .   

        Bu şeyirlər həm də ikiqatlı mətinlərdi.hər şeyirdə mətinlərin öz aralarındakı mücadilə poetiq simptomlar yaradır. Ilk baxışdan xarizmatik görükən şeyirin daxili mətni oxu prosesində polifonik məgzini bədii ədalət prinsipinə çatdırır yaxut tabe etdirir. Səriştəli qələmçi mətnin bütün incəliklərinə varmaq  üçün

Hər şeyirin öz lay qatı arasında bütöv şeyirin iç detallarında bədii energetikanın əhilləşmiş sabitliyi ilə yanaşı ölçüsüz ipə sapa yatmaz  metafiziq ərköyünlüyünü sezmə şansını buraxmamalı əsla. Az sonura azərbaycan türkcəsinin magiq imkanlarında bir şeyir mətninin açılan çözələnən estetikası  sözün mənanın ritmin necə ümumi sistem yaratma   reaksiyasının  düşüncənin təfəkkür müstəvisində  necə kimyəvi tərkib oluşturdugunun şahidi olacaqlar. Söylənilənlərə inanaraq nail olmaq üçün bu mətinləri bir neçə dəfə səssiz ardınca səsli oxumaları məsləhətdir.deyilənlərə əməl olunarsa mətnlə tanış insanın içində bir müddət süstlük hakim kəsiləcək. Niyə- söyləyim . bu yazını oxumagı qəbul edənin daxilində min illərin kifləşmiş yazı tör-töküntüsü  xərabəliyi kəndxudalıq edir. Birdən –birə yeni dünyanın zəhmini görən  incəliklərinə aludə olan aldanan min illik mətin qalıklarının sevinci  sərxoşlugu məglubiyətlə razılaşıb reaksiyasını sürdürəcək. Bu isə energetik formada beyindaxili damariçi  zaman kəsimində  dediyimiz süstlüyə mal olur.

ikiqatlı yeddi variantlı türkünün ozanlaması

 

BİR ŞEİRİN YEDDİ VARİANTI - ASSOSASİYASI

 

I variant

 

ey dili qafil                                     ey daad-dd

oyanıb açan güllər                      açınca doyan

ulaşaraq zar-zar                        qurdun səsinə qoşulub

kürəyə bıçaq vurulanda            daman

qan qan qızardığı yerdə            özgə cana alışar daşar

irişincə çöhrəsi baharın                           dağ taş var o – na hak ödəyən

düşdü bir könül şəhrinə yolum              uzaklara ayak döyən yol tamahkarı der dərviş

minnətlə ufüqdən uzaqlaşan gün          mən faniyəm mən fani

acı-acı ağlasan da baş qoşmur.             ışıq koşmur harıl-harıl atlarcasına

dəvənin ahəstə vurar dizlərində kini                                    oyanır səhra

haqqın uzanan yoludur ucalara bu aşiq dərviş -              dersən bəs dəvəymiş

qalxıb nəfəs umsan adəm çıxarar canı hayından              bərzah cayar soyundan

yəni can evindən at ışığı varıb arşda da ilişməz                     ox çıxmış yayından

dərvişin biri dərvişsənsə uğraşmaz heç bir aləm kölgənlə     olsa-olsa tikanın güldəndir.

not: şeiri oxudum hər sözün misranın səslənişini məna içərisində götürdüm bu variant yalnız səs duyumula yazıldı. bu ilk variant olan şeir içərimdə nəzarətdə olan yeni bir səsin ancaq səsin mənası üzə çıxsın deyə bu şəkildə bu anlamda qoşquya çevrildi

II variant

 

ey gülü-çiyəyi dil-dil

ey əlif.- i lam- ı lam- ı qıfıl

bax bu açılıb solandandır                                          bu iksir kimin

bu doğulub batandan                                                gör qürubdakın

budur qələmin qoxusu qələm adına qarışır       demək hak soruşur kimsən   vədə yetib sorgular qımışır

dəryalarda sular durularkən bir şaman            aşıb taşıyor nə bəə

gahdan ruha gahdan tənə qarışır                     ya istədiyin nəydi bəyim

bacım ağlasa da halıma                                      baş qoşma            

der açılar acların axır axmaq aşıdır                   bir gun hər kəsin ağzı sulanır

axıra daşar əvvəlim qafil                                    beləsi başka kimya

baxdım bu heyin qardaşıma atam kövrəldi     ikimizdən ozunu gordu olmaya    

der qu qu quşlar xəbərləşir düşüncə dən toprağa    biznillah

tənlər yönləşər can vədələşər                                    sən törən görməmisən

şeytan əbləh zəncirini gəmirib də gərnəşər             bilənlər bildiyinə ulaşar

odunu söndürər öz canı içində                           bəri başdan       

yağış altda dost söhbəti bitməz                             tükənməyincə qara saçlar

buğuna gələr toprağın toprağın.                             tanrının divanı dərviş aşqıyla bəzənər 

öyküsünü oxuduğum bu qaraca oğlan                     səy səy

bir də gördün o dağlardan qalkıb ışık ucuyla gələr         gülümsər

not: bu I variantın əsasında şeirim səslənişinə qoşularaq işləndi yazıldı

III variant

 

ey dili qafil fil fail F

səy dəli yeymiş (əymiş) ağıllıdan              derlər

sıxılıb çoxaldıqca dillər                                ilahi təcəllaaaaa eylər

yenə aləmin oduyla halallaşar                   etnos əlifbası savaş açar

ürəyə qurşun daman zaman                      ozanın qələmi büdrər  

ən xam ən xamxır at da öz ruhuna atılar…  turk olmaq zor oğlum

rızq-bəhər qəhriyllə söndü baharım              ışıq ışıq kimi qalar

ağacların başında yuxuladım meyvələriylə   ışıq  mənimlə uyumaz

ağacların başında bahalatdım barın               sonda ışıq bahalaşar

ac isə aclar yakıldıqca zülm damağında diş bağlar   ışıq qorkar  

qəfil bir tikə görüncə göz donar dodaq titrəşər           muti iklim axar  

Çinin üzərinə yyürüş hələ ki asta (dır)        namərdlər marıkdadır

çox aldanma çıxışına qoca qurd Vatikanın   ayasofya boz kurtdadır hilal-börüçülərdə

şərqə gələn günəşlə dönər geri. bu ilahi hikmətlə   hilalla oynayanlarla

ürəyin göynərsə məkkəyə dön                                   col atlarının ruhu da dinlənər

onda görərsən İtin də ular… qafil                              anlarsan  yalqızlığı  

ular ular o da öz aradığını bular                                 ya yalını sümüyüynü  ya səsini

itinin qabağına bir xışma  uuuu at                              susaaaarrr.  Yer yer susar

not: 1. bu variantda da orijinalı (I) əsas olaraq şeirin səslənişindən məna tutaraq yazdım. Sözsüz oxuyan quşdur, düşün belə mənə deyirlər o səsin anlamını tərcümə etsən çevirsən türkcəyə neçə məna qazana bilər mənim fərqində olduğum iç səslərindən birinin məqamının anlamı çevridə məhz beləymiş. bu variant ilk variant əsas götürülərək sətr-sətr tərcüməni xatırlada bilər

2. şeiri bu şəkildə sınaqdan çıxardığım zaman hər variantında fərqli şeir mətni mənası mövzusu ortaya çıxmalı olur. bir şeirin üzərində bu şəkildə oyun oynarkən şeir istər istəməz orijinal variantından hər bir detalıyla belə (ilkin mətindən) uzaqlaşıb tam müstəqil özgür bir mətn şəklinə durumuna düşür. bu türlü şeirsəl nəticə məncə şeirin ilkin mətninə sənətkar xəyanəti sayılmamalıdır

 

IV variant

 

eyyy daaadi-bidadd danəndə dəhan                                      dü…

bax bu boşluğa bıraxdığım boşaltdığım əllər                        DU

uuuzanarsa ötələrə nələrə ulaşır                                            DUD

diiillərə qıfılı vuranda Onun                                                  dud

iiinziva iz-iz səbrlə yarışır - derlər                                          du

zəəəhrə dönüşdü baaalım                                                        du

baaaşıma arı qoyulduqca qonduqca hər çiçəəəyin               dud

……..məlalə solar daaalı                                                             du   

ııışıq şaxıdıqca uduzar kini şəəərin                                            du

 ciiini tutub süründürər mööömün                                         du

baaaxmaz onun göz yaşıyla sədəflənmiş zəncirində zaaarına  du

qaaalxıb qibləyə durar duyular can saaayrışar                               dud

   ooonu öyənin aşqna kişnər aaat at daaanışar             du dud   du dud

not: 1. bu mətn də ilkinin əsasında - orjinal üzərində yazıldı

2. bir şeirin bir neçə variantı yazıldıqca üzə çıxdıqca əslində nə qədər ilk mətndən uzaqlaşılsa da, fərqli mövzulara, mənalara yönəlsə də əslində ilk, orjinal mətnin alt qatındakı bütün anlamları, mənaları üzə çıxır, dışa vurur. Bir şeir 7 variantda yazılırsa, sən həm də hər 7-nin 7-sini artan silsilə həddiylə düşün. Bu o demək: bir mətnin 348 variantı, qatı ola bilir. Bu yerdə şeirdə variantlıq ortadan çıxaraq bir başqa əsl ilkin mətnin tutumu, oxunduqca görünməyən, dərk olunmayan, xəyala gəlməyən bütün qatı (şeir sistemi içərisində) zühur etməyə başlar.

V variant

 

eyyy dinində qafil musurman               saqqalı məsum          

 gör o xristian dediyini                           sənin heç cübbən olamaz

hər gün beş dəfədən çox yıxılırsan       alnının ışığı altda

onun vatikandan açdığı atəşdən          minarələrim yıkılır kitablarım yakılır

bəs  bir kərəm ölm?yi vaaz edirdin     azacıq səbirlə filistini bitiririk

bahar qalıb dışarda                                icimizdə  allahla kimimiz var danaşan

qış girib şəhrə  hürkək-hürkək           utanıban ağaran cocuqlara raslayan               

indi ayaq izlərimiz tutulacaq nə yapsaq        ləpirlər buram-burm

bu nədir yoxsa ışıq                                         yokluğunda ağrıdığın ışıq

başqa bir dindəndir  dildən güldən                  kalbden qariblikdən sızar qefilden                            

qış musurmanlıg?n? dad ?f?ndim         kaaar kəfənimiz olalı

bahar o dünyamızdır der üzü-gözü nurlu   kitablarımız faniliklə bəlalı

başı qarlı daağ minarələrimizdən alışan azan     adlarımız rövşən

donmuş ürəkləri əridər                                     soyadımızdakı çöl dasğ kövşən

haydı xristian qardaş xoş gəldin                 qulağına azan dəysin

bizəsə ötələrdən bir dürlü xəbər…            dilin kəlmətullaha dönsün

fəqət bu iş mən bilən sənlik deyil               alnın topragı yumuşaltsın

ey musurmanın içindəki bir musurman     için gözükmədikcə uduzuruq

ayıl ayıl, ayıl, oyul, sayın göstər…              aləm yıgılsın oyun gostər

not: bu variant I variantdakı şeirin səslənişi  Sətir-sətir mənalığından qurtulub tam altda uyuyan məna deyim varianıyla üzə çıxır.

Burda şeirin informasiya versiyası şəkillənir.

Not: bu şeir yazıldıqdan sonra ilk variantından müəyyən məsafəni (mətn olaraq) qət edir. Bu minvalla bu variantın özü də əvvəlkiləri deyil. tam olaraq şeir mətnini özündən  başladır. Sadəcə alt qatda görünən xətlərlə ilk varianta bağlanır, qoşulur. Yəni bu şeirin bu mənası mənbəyindən, (orijinal variantından deyil) ilhamdan deyil, orjinal yazı mətnindən alıb, silsilə yaradır. Hansı ki, əsl şeirin məna və texniki, poetik sistemi bu şəkildə də üzə çıxır. Yəni cildini dəyişən şeir özəlliyini, poetik xarakterini bu sistemə adəpdə olaraq dəyişir. Hansı ki, bir zaman şeirin (orjanil vaxtı) bir qrim və tempin içində görünməzə oturub şifahi poetik, estetik şeir anlayışına bir yaşam verir.

 

VI variant (II variant əsasında)

 

eyy

ağla-qaranın od-la-suyun arasında mürgüləyib  cəddin zikr edən

hərdən kipriyin aralayıb                                          subhəsini dagıdan

bu gedən qovğalara tamah salan                         suyun saganaqca suzulur

(aləmin yuxusu səndən gəlir)                                yorgunluq asiqi 

aləmlərin qoxusu səndən gəlir                               gul butası  qeyri hala pozularsan

ey ağalarla qullar arasında qalan                          yaxan cırılmasın

ağa qaraya sürtüşüb                                                azaltma hikkəni 

qığılcım yayan ağı ağa                                             məni məni 

ağanı ağaya qaranı qaraya                                     onu ona səni sənə

qulu qula xatırladan                                                  bizi bizə qırdıran soyduran

nədir bu haray həşir dadmadınmı heç                   alacagın divaniliyim olmasın

yağıyla bitdiyində savaş                                      azar cıxınca canımdan

yurd padşahın caynağına keçir                           qafam itə yal qabı ol-ar

su üzündə əksini övsunlayarkən şaman            aldanan suysa qafil

yer-göy canına daraşır                                          bizimki hasra qalar  daha bizə Nə qalar   

acla toxu barışdırarkən zaman                           bunun qovgasına bax

dostun yuxulu üzündən qorxur Adam               dunyaya yenidən döndüyündən

anama sözlərimi səssiz söyləyərəm nədən     analığa şərikmi var

heç xeyri yoxdur                                                   irəm bagının padsahı da olsan 

qara topraq alacağına dirəşər                            qızının gözəlliyi keçəllə öcəşər

böylə ötməz dövran                                             sızlar yaram

əvvəl-axır şah damarımda zoqquldayır bu haray    yıgılar aləm

ürəyinin tıppıltısı toxumlayar topraqda                      gül həmişə hazır

bəs dersən xudaya                                                     nə zamandır gözlər asiq 

sənin aşkındadır köksümü dələn oyunlar               (bu qovgalar)

sənin aşkındır köksümü bəzəyən yara                   bunca etibar da yetər

not: V variant orjinalın son həlli kimi olsa da 6-cı o son həddi bir az uzaqdan yaxına, (məna və anlam olaraq) çöldən bir xeyli içəriyə doğru çəkdi.

VII variant

 

bak

dinlə dodağı mırıx dostum                        qafil ismin mubarək     

bu gördüyün dağ daş su topraq o qədər gülməlidir         azacıq sevin

bir gün bu ot ağac da                                                      gözünü böyüdərkən   səyirdərkən 

sənə qəh qəhə çəkib güləcək                          (səni loğaza qoyacaq)  

otuzu keçsən də                                           görərsən dil öyrənməyi

o qədər o qədər çiy yerin qalıb                canının bişmişi səksənər

bilmək istərsənsə                                    ariflik güldən qalma                                    

sənin bu bədəninin  toprağına            xam o qam yerinə

dar macalda da bir dən bir tikan da   can yandıda

əkmək amanat etmək naşılıq              yanğılar ara vermirsə                

bu bir az da qəliz söhbətdi                  zaman hec yox

açıb hər şeyi söyləsəm yaxşı düşməz    (bu həqiqətdir)  qoy soz yenə dagdan güldən cıxsın

görürəm bir göz atırsan ağa-qaraya      yurdunu tanırsan      

tüstün təpəndən çıxır qalxır                gecdir ama au da indi yarılır

ancaq neyləyəsən vaxtdan keçilmir    səsini qısma qafil

baxma nə qədər olmaya                       darılmaz gok qubbəsi uu-lartıya

nəfəsindəki ayinlər daşsa bu çöl-bayıra  daağlar qoşular ona cana inzivaya

uzaq başı turan dövləti qurular - dirilər    yenə dəyişmərik almanı ırmağı

bu azərbaycanlılar var ya                          onları halınan yoxla

qarabağı almaz (qarabağdan keçər)        dağılan qus yuvası üçün  şəhid düşür

ama inan turan dövləti qurar qafil (turandan keçməz)     turan quş yuvasıdır.

not: şeirin 7-ci variantı. Bu variant o qədər həvəngədən keçdi ki, son variant deyil, bəlkə də şeiin ilk mətninə də ilkinlik etdi. Mətnin nöqtələr arası xətti deyəsən geriyə dönüşdə bir nöqtəni də artırmış oldu. Doğrudan hər şey öz əvvəlinə qayıdır - xalq ifadəsi yerindəymiş. bu ifadədə həm də xalqın bir ifası var. ən azı bir şeirin mətninin variant prosesində bunu anlamış da olduq.

2001-ci il

Bu yazını beyəndiniz?

RSS bəsləmələrə abunə olun!

Şərhlər (7) Geri izləmələr (0)
  1. ” BİR ŞEİRİN YEDDİ VARİANTI – ASSOSASİYASI ” Xususile xowuma geldi ve maraqlidir

    Tewekkurler :) )))

  2. əla

  3. maraqlıdı

  4. XAN yeni ugurlar.

  5. Turan quş yuvasıdır o yuvanı tikən quşların qanadlarına qüvvət olsun

  6. Ustad əllərinə sağlıq, qələminə qüvvət.


Şərh göndər.


Geri izləmə yoxdur.