Doqquz İklim
189 dəfə oxunub

Çölçülər Ədəbiyyat Mərkəzi

"Çölçülər Ədəbiyyat Mərkəzi" 2006-cı ildə Xanəmir Telmanoğlu, Bəxtiyar Elcan və Cəlil Cavanşir tərəfindən yaradılmışdır. Qurumun yaranma səbəbi ədəbiyyata xidmət etmək, ən yeni ədəbiyyatımızı təbliğ etməkdir.
Bu günə qədər qurumun ətrafında gənc yazarlar toplanmışdır. Hal-hazırda "Azad Azərbaycan" radiosunun əməkdaşı Raqif Raufoğlu, Bahadur Qobustan, Anar Gülümsoy və digərləri qurumun üzvləridir. ÇƏM-ə üzvlük könüllülük prinsipi əsasındadır. ÇƏM indiyə qədər bir çox ədəbi-mədəni tədbirlərin təşkilatçısı olmuşdur.

ÇƏM-in idarəetməsində dairəvi sistem tətbiq olunur. Hər kəs sədr və hər kəs sıra nəfəridir.