Mətləb
Mən
“Qapılar bağlanır, növbəti stansiya…” şablon sözlər vaqonun divarlarına dəyib acizanə əks-səda verdi. Qulaqlarım bu sözləri eşitməkdən yorulmuşdu.Vaqona minmək istəyirdim, amma ayaqlarım… Ayaqlarım beynimdən gələn əmri yerinə yetirməkdən boyun qaçırırdı. Bu iki bədbəxtin inadkarlığı çox davam etsəydi nəsə pis bir hadisə baş verəcəkdi. Qapılar bağlanacaqdı və…
Şaiq Vəli
olacaqlar olacaqlar
Oldu, deyilənlər oldu,
Olacaqlar olacaqlar!
Soldu, açıldı gül… soldu,
Solacaqlar solacaqlar.
Xanəmir Telmanoğlu
İkiqatlı yeddi variantda ozanlama
Oxuculara təqdim etdiyim bir şeyirin iki qatı yeddi variantda ozanlaması ekspriment xarakterlidir. Bu yeddi variantda əslindaə bir mətindir. Çagdaş şeyirin yeni strukturu orqanizmi içsəl-dış mexanizminə keçitdə bir cəht kimi qiymətləndirilə bilinər. Öncəki -əski şeyir nümunələrindən xoşgörüylə ədalət prinsipləriylə ayrılmagın bu türlü mətin sərgilənişləriylə poetik varidatı hesaba qatmagın dışında hələlik başqa yolünü görmürəm .hesab edirəm poetik mətinə qarşı belə qəddar davranış şeyirimizin gələcək ədəbi –poetik təməlinin oluşmasına pis-yaxşı öz sarsıdıcı töhfəsini verəcək .
Sərraf Balaxan
Yuxu və ya azad dustağın hekayəti
Qəribə yuxu idi. Bu yaşımadək heç belə bir yuxu görməmişdim. Bəlkə, yalan danışıram. Çünki yuxularımın heç bircəsi belə yadımda qalmır. Amma bu yuxu...
Elə qəribəlik də bunda idi.
İstəyirəm ilk yadımda qalan yuxumu sizlərə danışım.
Bir yolun kənarında dayanmışdım. Kimisə gözləyirmiş kimi. Bu yolla elə bil cəmisi bircə maşın gedib-gəlirdi. Ya da ki, maşınların hamısı bir-birinin eyni idi.
Raqif Raufoğlu
Görürsən?
Görürsən?
Nə qədər insan sevgisi öldürdüm,
Heydər Əliyev Sarayı boyda.
Nə qədər mövzunu gündəmdən itirdim,
Gündəlik qəzetlərin sayı boyda.
Anar Gülümsoy
tilsimli təslim
...baxırsan dəli kimi çiyinlərinə... baxırsan, baxırsan... inanmırsan gözlərinə: hardan peyda oldu bu qanadlar? İlahi, harda gizlənmişdi qanadlarım, niyə görməmişəm bu vaxta kimi???!!!
Azər Abdulla
Zəruri qeyd: bu yazı 2006-cı ildə “ədalət” qəzetində yayımlanmışdı. əsər o2001-ci ildə yazılsa da, xanəmirin (quşdilixanəmirkülsoyuğu) həmyerliləri ilə arasında baş verən ağır münaqişə səbəbindən beş il sonra sadəcə 50 ədəd şəklində çap olunmuşdu.
Təbrizdən keçən yol
Xanəmirin... Bağışlasın, artıq mətbuat aləmində tanındığına, hamıdan seçilən imzasını düzgün yazmadığıma görə müəllif məndən inciyə bilər. quşdilixanəmirkülsoyuğun “ağğğbaaağğğ» romanını (yeri gəlmişkən müəllifin “ra.m.o.n» adlandırdığı bu əsərə məncə, lirik, tragik poema, yaxud elegiya da demək olar) vərəqləyib gözdən keçirərkən kitabına, eləcə canına verdiyi qəribə adı, kitabın rəyçisinin, redaktor, bədii və texniki redaktorlarının adlarını oxuyanda sənət aləmində yenilikçi Uilyam Uitme, Rembo, Təbriz miniatür məktəbi, Pikaso, Salvador Dali, Bosx, Mayakovski, rejissor Tarkovski, bizim Alim Oasımov yaradıcılığına bir az bələd olsam da, peşmançılıqla, təəssüf hissiylə kitabı masanın üstünə atdım. Bu nə əllaməçilikdi, nə qədər axtarmaq olar, haçan özünə tapacaq Xanəmir?»-deyə düşündüm. Bir neçə il öncə “Qobustan” incəsənət toplusunun redaksiyasında Türkiyədə çap olurmuş “Kül soyuğu” şeir kitabının birini mənə, birini Tofiq Abdinə bağışlayanda Tofiq dərhal “Azar kitab haqqında yazar!» deyəndə “Zalım, yazırsan, özün yaz, Xanəmirin yanında yerini şirin eləməyinə bax bunun, bəlkə şeirləri məni tutmayacaq»- belə düşünsəm də, Tofiqə olan acığımı, hirsimi birtəhər uddum. Kitabı oxuyandan sonra yenə də “Qobustan”-toplusu redaksiyasında Xanəmirlə başqa vaxt görüşəndə, yetmişinci illərin əvvəllərində indiki Nəsimi heykəlinin yanından ötərkən Vaqif Cəbrayılzadənin qatlanmış şagird dəfdərində yazdığı şeirlərini çəkinə-çəkinə mənə verib rəyimi bilmək istəməsini xatırladım.
Nərmin Hüseynzadə
Yunan filosofu Platonla müsahibə
Bir az özünüz haqda
- e.ə 427-ci ildə zadəgan ailəsində anadan olmuşam həyatının çox hissəsini Afinada keçirmişəm, “Sokratın apologiyası” (təriflənməsi ), “Qanunlar” və eləcə də dialoq formasında otuz dörd əsər yazmışam. Bundan başqa Pir, Teetet, Fedon, Parmenid, Fedr, Meneksen, və s. kimi dialoqların müəllifiyəm
Zahid Sarıtorpaq
Bir anın payız silueti
yarpaqlar qar düşənə qalmadı yenə
«sən nə düşünürsən?..» deyə
qosqoca dünyaya toxunur payız
bilgimiz nə qədərsə bir o qədər çaşqınıq
olümün şəcərəsini budaq-budaq oxumağa
üryanlara çırpılır könül birəm qar gəldiyində
amma həmişə elə bilirik yaza yarpaqlara
tumurcuqları çiçəyə boylu budaqlara köklüdür o
əslində bildiyimiz heç nədi görünür
Tomas Elot
Şerin musiqisi
Şer haqqında yazan, ya da danışan şairin özünəməxsus xüsusiyyətləri ilə bərabər çatışmamazlıqları da var. Əgər bunları görməzdən gəlsək daha xoş olar. Mən heç bir nəsr yazımı darıxmadan oxuya bilmirəm. Əvvəlcə söylədiklərimi çox vaxt təkrarlaram, bəzən də inkar edərəm. Amma buna inanıram ki, şairlərin keçmişdə yazdıqları tənqidi yazılarında bəlkə məqsədsiz belə olsa, şüur altında hər zaman yazdığı şer növünü müdafiə edir.
Ayxan
Tanqo Qasım
Kənd məktəbinə şəhərdən bir qrup nümayəndənin gələcəyi xəbəri camaatın dilinə düşmüşdü. Kişilər çayxanada, arvadlar bulaq başında bir-biriləri ilə bu barədə danışır, kəndə gələcək yad qonaqları qarşılamaq üçün səbirsizlənirdilər. Hamı evinin künc-bucağını təmizləyir, bağı-bağatı urvata salırdı. Yaşlı kişilər həyətin qabağında sıra ilə düzülmüş kötüklərdə oturub nümayəndə heyətinin nəyə görə gələcəyini dartışırdılar.
Nərmin
Öz Dünyam
Yaxşı ki,dünyada hələ özüm var
Yaxşı ki, özümü itrməmişəm...
Elə düşünməyin bu nə misralar?!
Özünü itirib çoxdan insanlar...
Özləri məhv olub çox insanların
Quruca bədəndi, quruca daşdı...
Ruhu da çürüyüb çoxdan onların
Quruca cismdi,quru baxışdı...
Namiq Rəssam
qaç , get bu şəhərdən
qaç , get bu şəhərdən , dostum,
Nə qədər ki , ürəyin var...
Nə qədər ki , ürəyini
oğurlamayıb bu insanlar...
bu şəhər anlamaz bizi ...
qəmi sonsuz , havası ağır...
burda sevgi səmasından
xəyanət yağışı yağır...
deyirlər , Bakı bir cənnət ,
Bakı məsud , gözəl diyar...
Görən , Tanrı cənnətində
Zahid Sarıtorpaq
Buz baltası
Tofiq Qaraqayanın “ŞEİRİN ZƏNGLİ SAATI” şeirlər kitabının doğurduğu ovqatın bəzi çalarları
Çağdaş türk ədəbiyyatında saflığıyla daşdan süzülən su misallı sözə malik ystadlar oturuşmuş mövqeləriylə milli şeirimizin incilərini yaradırlar. Hansı cərəyanın, hansı dünyagörüşünün daşıyıcıları olmalarından asılı olmayaraq bu gün türk şeirinin yükünü çiyinlərində namusla çəkən onlarla ünlü imza yiyəsi var. Bu insanların çoxu haysız-küysüz, sakit həyat sürür və təlatümlü iç dünyalarını günəşə tutulmuş ayna misallı yazılarıyla əks etdirirlər.
Hikmət Carçılı
Dar Ağacı
meydanlar dolduran vaxtın vardı sənin,
hamı tamaşana durardı sənin,
kiminin ürəyi gedərdi
bu saat əzizinin boynu həlqənin arasına keçib
sınacaq deyə,
kimi vicdanlı olmağa çalışardı
sənin qorxundan...
meydanlar dolduran vaxtın vardı,
hamı lərzəyə gələrdi adını eşidəndə,
hamı ləzzətə gedərdi meydana gedəndə
kiminsə həyatı bu gün dayanacaq deyə...
hamının ölümdən zəhləsi gedirdi...
Vaqif Bayatlı Odər: Susub durmaq ancaq böyük həqiqətləri kəşf edərkən mümkündür
Mən indi ancaq fədakarlıqları, məhəbbətləri xatırlayıram
Allah heç bir dini kitabında “mən Allaham, dünyanı mən yaratmışam” deməyib
– Vaqif bəy, bir az öncə rahatsızlığız olmuşdu, şükür Allaha ki indi ayaqdasız və bizim suallarımızı cavablandırırsız. Bəs indi özünüzü necə hiss edirsdiz..
– Hər bir insan Allahın duyğusunun milyardda bir hissəsi də ola bilər. Ona görə də, hər bir insanın əbədiyyəti duyarkən, ayrıca olaraq özünü necə hiss eləməsi, ağrıması, hətta ölməsi ötəri hissdir. Dünyanın Allahla vəhdətdə ölümsüz duyumu var ancaq. Müəyyən vaxtdan sonra buna gəlib çatırsan. Bu qədimlərdən üzü bəri gələn bir söhbətin bir qədər şən davamıdır. Bir neçə yüz il, min il öncə bu barədə daha qızğın mübahisələrin iştirakçısı olmağım hissi olmadığım qədər mənə şübhəli görünür.


