Doqquz İklim
27 dəfə oxunub
27Tem/101

Şaiq Vəli

olacaqlar olacaqlar

Oldu, deyilənlər oldu,
Olacaqlar olacaqlar!
Soldu, açıldı gül… soldu,
Solacaqlar solacaqlar.

Kateqoriya: Poeziya Ardını oxu
44 dəfə oxunub
23Tem/104

Xanəmir Telmanoğlu

İkiqatlı  yeddi variantda ozanlama

 Oxuculara təqdim etdiyim bir şeyirin iki qatı yeddi variantda  ozanlaması ekspriment xarakterlidir.  Bu yeddi variantda əslindaə bir mətindir. Çagdaş şeyirin yeni strukturu  orqanizmi  içsəl-dış mexanizminə keçitdə bir cəht kimi qiymətləndirilə bilinər. Öncəki -əski şeyir nümunələrindən xoşgörüylə ədalət prinsipləriylə ayrılmagın bu türlü mətin sərgilənişləriylə poetik varidatı hesaba qatmagın dışında hələlik başqa yolünü görmürəm .hesab edirəm poetik mətinə qarşı belə qəddar davranış şeyirimizin gələcək ədəbi –poetik təməlinin oluşmasına pis-yaxşı öz sarsıdıcı töhfəsini verəcək . 

23 dəfə oxunub
23Tem/100

Sərraf Balaxan

Yuxu və ya azad dustağın hekayəti

Qəribə yuxu idi. Bu yaşımadək heç belə bir yuxu görməmişdim. Bəlkə, yalan danışıram. Çünki yuxularımın heç bircəsi belə yadımda qalmır. Amma bu yuxu...
Elə qəribəlik də bunda idi.
İstəyirəm ilk yadımda qalan yuxumu sizlərə danışım.
Bir yolun kənarında dayanmışdım. Kimisə gözləyirmiş kimi. Bu yolla elə bil cəmisi bircə maşın gedib-gəlirdi. Ya da ki, maşınların hamısı bir-birinin eyni idi.

61 dəfə oxunub
22Tem/101

Raqif Raufoğlu

Görürsən?

 Görürsən?

Nə qədər insan sevgisi öldürdüm,

Heydər Əliyev Sarayı boyda.

Nə qədər mövzunu gündəmdən itirdim,

Gündəlik qəzetlərin sayı boyda.

Kateqoriya: Poeziya Ardını oxu
25 dəfə oxunub
22Tem/101

Anar Gülümsoy

tilsimli təslim

...baxırsan dəli kimi çiyinlərinə... baxırsan, baxırsan... inanmırsan gözlərinə: hardan peyda oldu bu qanadlar? İlahi, harda gizlənmişdi qanadlarım, niyə görməmişəm bu vaxta kimi???!!!

Kateqoriya: Nəsr Ardını oxu
50 dəfə oxunub
19Tem/101

Azər Abdulla

Zəruri qeyd:  bu yazı 2006-cı ildə “ədalət” qəzetində yayımlanmışdı. əsər o2001-ci ildə yazılsa da, xanəmirin (quşdilixanəmirkülsoyuğu) həmyerliləri ilə arasında  baş verən ağır münaqişə səbəbindən beş il sonra sadəcə 50 ədəd şəklində çap olunmuşdu.

Təbrizdən keçən yol

Xanəmirin... Bağışlasın, artıq mətbuat aləmində tanındığına, hamıdan seçilən imzasını düzgün yazmadığıma görə müəllif məndən inciyə bilər. quşdilixanəmirkülsoyuğun “ağğğbaaağğğ» romanını (yeri gəlmişkən müəllifin “ra.m.o.n» adlandırdığı bu əsərə məncə, lirik, tragik poema, yaxud elegiya da demək olar) vərəqləyib gözdən keçirərkən kitabına, eləcə canına verdiyi qəribə adı, kitabın rəyçisinin, redaktor, bədii və texniki redaktorlarının adlarını oxuyanda sənət aləmində yenilikçi Uilyam Uitme, Rembo, Təbriz miniatür məktəbi, Pikaso, Salvador Dali, Bosx, Mayakovski, rejissor Tarkovski, bizim Alim Oasımov yaradıcılığına bir az bələd olsam da, peşmançılıqla, təəssüf hissiylə kitabı masanın üstünə atdım. Bu nə əllaməçilikdi, nə qədər axtarmaq olar, haçan özünə tapacaq Xanəmir?»-deyə düşündüm. Bir neçə il öncə “Qobustan” incəsənət toplusunun redaksiyasında Türkiyədə çap olurmuş “Kül soyuğu” şeir kitabının birini mənə, birini Tofiq Abdinə bağışlayanda Tofiq dərhal “Azar kitab haqqında yazar!» deyəndə “Zalım, yazırsan, özün yaz, Xanəmirin yanında yerini şirin eləməyinə bax bunun, bəlkə şeirləri məni tutmayacaq»- belə düşünsəm də, Tofiqə olan acığımı, hirsimi birtəhər uddum. Kitabı oxuyandan sonra yenə də “Qobustan”-toplusu redaksiyasında Xanəmirlə başqa vaxt görüşəndə, yetmişinci illərin əvvəllərində indiki Nəsimi heykəlinin yanından ötərkən Vaqif Cəbrayılzadənin qatlanmış şagird dəfdərində yazdığı şeirlərini çəkinə-çəkinə mənə verib rəyimi bilmək istəməsini xatırladım.

102 dəfə oxunub
19Tem/109

Nərmin Hüseynzadə

 Yunan filosofu Platonla müsahibə 

Bir az özünüz haqda

- e.ə 427-ci ildə zadəgan ailəsində anadan olmuşam həyatının çox hissəsini Afinada keçirmişəm, “Sokratın apologiyası” (təriflənməsi ), “Qanunlar” və eləcə də dialoq formasında otuz dörd əsər yazmışam. Bundan başqa Pir, Teetet, Fedon, Parmenid, Fedr, Meneksen, və s. kimi dialoqların müəllifiyəm

Kateqoriya: Nəsr Ardını oxu
103 dəfə oxunub
19Tem/101

Zahid Sarıtorpaq

Bir anın payız silueti

yarpaqlar qar düşənə qalmadı yenə
«sən nə düşünürsən?..» deyə
qosqoca dünyaya toxunur payız

bilgimiz nə qədərsə bir o qədər çaşqınıq
olümün şəcərəsini budaq-budaq oxumağa
üryanlara çırpılır könül birəm qar gəldiyində
amma həmişə elə bilirik yaza yarpaqlara
tumurcuqları çiçəyə boylu budaqlara köklüdür o
əslində bildiyimiz heç nədi görünür

Kateqoriya: Poeziya Ardını oxu
31 dəfə oxunub
16Tem/100

Tomas Elot

Şerin musiqisi

Şer haqqında yazan, ya da danışan şairin özünəməxsus xüsusiyyətləri ilə bərabər çatışmamazlıqları da var. Əgər bunları görməzdən gəlsək daha xoş olar. Mən heç bir nəsr yazımı darıxmadan oxuya bilmirəm. Əvvəlcə söylədiklərimi çox vaxt təkrarlaram, bəzən də inkar edərəm. Amma buna inanıram ki, şairlərin keçmişdə yazdıqları tənqidi yazılarında bəlkə məqsədsiz belə olsa, şüur altında hər zaman yazdığı şer növünü müdafiə edir.

Kateqoriya: Nəsr Ardını oxu
55 dəfə oxunub
16Tem/105

Ayxan

Tanqo Qasım

Kənd məktəbinə şəhərdən bir qrup nümayəndənin gələcəyi xəbəri camaatın dilinə düşmüşdü. Kişilər çayxanada, arvadlar bulaq başında bir-biriləri ilə bu barədə danışır, kəndə gələcək yad qonaqları qarşılamaq üçün səbirsizlənirdilər. Hamı evinin künc-bucağını təmizləyir, bağı-bağatı urvata salırdı. Yaşlı kişilər həyətin qabağında sıra ilə düzülmüş kötüklərdə oturub nümayəndə heyətinin nəyə görə gələcəyini dartışırdılar.

Kateqoriya: Nəsr Ardını oxu
58 dəfə oxunub
16Tem/105

Nərmin

Öz Dünyam

Yaxşı ki,dünyada hələ özüm var
Yaxşı ki, özümü itrməmişəm...
Elə düşünməyin bu nə misralar?!
Özünü itirib çoxdan insanlar...

Özləri məhv olub çox insanların
Quruca bədəndi, quruca daşdı...
Ruhu da çürüyüb çoxdan onların
Quruca cismdi,quru baxışdı...

66 dəfə oxunub
16Tem/105

Namiq Rəssam

qaç , get bu şəhərdən

qaç , get bu şəhərdən , dostum,
Nə qədər ki , ürəyin var...
Nə qədər ki , ürəyini
oğurlamayıb bu insanlar...
bu şəhər anlamaz bizi ...
qəmi sonsuz , havası ağır...
burda sevgi səmasından
xəyanət yağışı yağır...
deyirlər , Bakı bir cənnət ,
Bakı məsud , gözəl diyar...
Görən , Tanrı cənnətində

Kateqoriya: Poeziya Ardını oxu
41 dəfə oxunub
16Tem/100

Zahid Sarıtorpaq

   Buz baltası

                     Tofiq Qaraqayanın “ŞEİRİN ZƏNGLİ SAATI” şeirlər kitabının        doğurduğu ovqatın bəzi çalarları

           Çağdaş türk ədəbiyyatında saflığıyla daşdan süzülən su misallı sözə malik ystadlar oturuşmuş mövqeləriylə milli şeirimizin incilərini yaradırlar. Hansı cərəyanın, hansı dünyagörüşünün daşıyıcıları  olmalarından asılı olmayaraq bu gün türk şeirinin yükünü çiyinlərində namusla çəkən onlarla ünlü imza yiyəsi var. Bu insanların çoxu haysız-küysüz, sakit həyat sürür və təlatümlü iç dünyalarını günəşə tutulmuş ayna misallı yazılarıyla əks etdirirlər.

25 dəfə oxunub
14Tem/102

Hikmət Carçılı

Dar Ağacı

meydanlar dolduran vaxtın vardı sənin,
hamı tamaşana durardı sənin,
kiminin ürəyi gedərdi
bu saat əzizinin boynu həlqənin arasına keçib
sınacaq deyə,
kimi vicdanlı olmağa çalışardı
sənin qorxundan...
meydanlar dolduran vaxtın vardı,
hamı lərzəyə gələrdi adını eşidəndə,
hamı ləzzətə gedərdi meydana gedəndə
kiminsə həyatı bu gün dayanacaq deyə...
hamının ölümdən zəhləsi gedirdi...

Kateqoriya: Poeziya Ardını oxu
71 dəfə oxunub
14Tem/105

Vaqif Bayatlı Odər: Susub durmaq ancaq böyük həqiqətləri kəşf edərkən mümkündür

Mən indi ancaq fədakarlıqları, məhəbbətləri xatırlayıram

Allah heç bir dini kitabında “mən Allaham, dünyanı mən yaratmışam” deməyib

– Vaqif bəy, bir az öncə rahatsızlığız olmuşdu, şükür Allaha ki indi ayaqdasız və bizim suallarımızı cavablandırırsız. Bəs indi özünüzü necə hiss edirsdiz..

– Hər bir insan Allahın duyğusunun milyardda bir hissəsi də ola bilər. Ona görə də, hər bir insanın əbədiyyəti duyarkən, ayrıca olaraq özünü necə hiss eləməsi, ağrıması, hətta ölməsi ötəri hissdir. Dünyanın Allahla vəhdətdə ölümsüz duyumu var ancaq. Müəyyən vaxtdan sonra buna gəlib çatırsan. Bu qədimlərdən üzü bəri gələn bir söhbətin bir qədər şən davamıdır. Bir neçə yüz il, min il öncə bu barədə daha qızğın mübahisələrin iştirakçısı olmağım hissi olmadığım qədər mənə şübhəli görünür.

Kateqoriya: Müsahibə Ardını oxu
31 dəfə oxunub
10Tem/100

Xuan Rulfo

Xuan Rulfo (1918 - 1986) - Meksika yazıçısı. «Od içində düzəngah» (1953) adlı hekayələr toplusunun və «Pedro Paramo» (1955) romanının müəllifidir. Bu roman haqda Borxes belə yazır: ««Pedro Paramo» ispan dilli ədəbiyyatın və ümumiyyətlə, dünya ədəbiyyatının ən yaxşı romanlarındandır». Markesin «Pedro Paramo» haqdakı fikri isə daha qəti səslənir: «Bü günəcən ispan dilində yazılmış ən gözəl roman». Azərbaycanlı oxucular Xuan Rulfonun bu şah əsəri ilə bir - neçə il bundan qabaq yazıçı Yaşarın tərcüməsində tanış olmaq imkanı qazanıblar. Bu sayımızda Rulfonun «Luvina» adlı kiçik bir hekayəsini çap edirik.

LUVİNA

«Cənubda başı göyə dirənən dağlar arasında ən hündür dağ Luvinadır. Luvina həm də o dağların ən daş - kəsəklisidir. Həmin bu dağ sanki bütünlüklə əhənğ daşından hörülüb. Ancaq indiyəcən Luvinada heç kim bu daşı əzib əhəng eləmək haqda fikirləşməyib. Burada əhəng daşına həmişə əl - ayağa dolaşan lazımsız bir şey kimi baxıblar. Yerli camaat bu daşa «vəhşi» daş deyir.

Kateqoriya: Nəsr Ardını oxu